Gündəm

Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib - VİDEO
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Martın 1-də Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə "Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda videokonfrans formatında tədbir keçirilib.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, videokonfransda Fövqəladə Hallar Nazirliyinin, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti təşkilatların, o cümlədən beynəlxalq təşkilatların məsul vəzifəli şəxsləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov bildirib ki, əhalinin və ərazilərin təhlükəsizliyinin etibarlı təminatı üçün Nazirliyin qəza-xilasetmə qurumlarının peşəkarlıq səviyyəsi durmadan artırılır, onların zəruri xilasetmə texnika və avadanlıqları ilə təchizatı məsələsinə xüsusi diqqət yetirilir, irimiqyaslı fövqəladə hallar zamanı mərkəzi və yerli icra hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlarla qarşılıqlı fəaliyyətdə mülki müdafiə məsələlərinin həlli istiqamətində mühüm addımlar atılır.

Qeyd edilib ki, fövqəladə halların effektli idarə olunmasının təşkili, fövqəladə hallara dair məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı yardımların təmin edilməsi məqsədilə Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən hər il respublikanın bütün ərazisində 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar genişmiqyaslı tədbirlər həyata keçirilir, bu tədbirlər zamanı əhaliyə mülki müdafiənin yaranma tarixi, məqsəd və vəzifələri, dövlətin mülki müdafiə sahəsində apardığı işlər, insanlara mülki müdafiə bilikləri, eləcə də fövqəladə hallar zamanı davranış qaydaları təbliğ olunur.

Sonra Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Səhiyyə Nazirliyinin nümayəndəsi, Azərbaycan Respublikasının Baş infeksionisti Təyyar Eyvazov, İqtisadiyyat Nazirliyinin Səfərbərlik hazırlığı sektorunun müdiri Anar Orucov, Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər təsərrüfatı və sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin əməkdaşı Mirhəsən Həsənov, BMT-nin Qacqınlar üzrə Ali Komissarlığının Azərbaycan Nümayəndəliyinin Hüquq şöbəsinin müdir müavini Samirə Allahverdiyeva mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

Videokonfransda FHN İctimaiyyətlə əlaqə idarəsinin hazırladığı və Mülki müdafiə sahəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən videoçarx da nümayiş olunub.

 
1/6
 
 
 
 
 
 
 

Son xəbərlər

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

Bütün xəbərlər