Gündəm

“12 min kvadrat kilometrlik ərazi Azərbaycana qaytarıla bilər” - GƏLİŞMƏ


MUMtv.az: - “Sərhədlərin dəqiqləşdirilməsinə gəldikdə, 1920-ci ildə SSRİ-nin tərkibinə daxil olarkən, hansı respublika hansı sərhədlərlə ora girmişdisə, həmin sərhədlərlə də oradan çıxmalıdır. Putinin özü də dəfələrlə deyib ki, bəzi respublikalar SSRİ-yə az torpaqla girib, çox torpaqla çıxıblar. Bunlardan ən birincisi Ermənistandır. Ermənistan Sovet İttifaqına az torpaqla girib, çox torpaqla çıxdı. Buna görə də, sərhədlər dəqiqləşdirilərkən SSRİ xəritələrinə baxmaq lazımdır”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı maraqlı müzakirələr gedir. Sizin bu yöndə gözləntiniz nədir? Rusiya xarici işlər naziri ötən gün erməni həmkarı ilə görüşündə də bu məsələlər haqda danışdı.

- Rusiya birtərəfli qaydada, Azərbaycanla məsləhətləşmədən sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı ortaya mövqe qoyur. Bu, Azərbaycanın suverenliyinin məhdudlaşdırılmasına cəhd və ya ən azı hörmətsizlik əlamətidir. Beynəlxalq suveren bərabərlik hüququ var. Buna görə, BMT-yə üzv olan dövlətlərin hamısı eyni suveren hüquqlara malikdir. Heç kim Azərbaycan əraziləri ilə bağlı qərar qəbul edə bilməz. Azərbaycan konstitusiyasında ərazilərimizlə bağlı maddədə birmənalı şəkildə göstərilir ki, Azərbaycan ərazilərinin və ya sərhədlərinin dəyişdirilməsi ümumxalq referendum yolu ilə həyata keçirilə bilər. Bu, özünü 11-ci maddədə göstərir. Buna görə də, Rusiya liderlərinin Azərbaycan əraziləri ilə bağlı verdiyi bəyanatlar konstitusiyamıza hörmətsizlikdir.

Sərhədlərin dəqiqləşdirilməsinə gəldikdə, 1920-ci ildə SSRİ-nin tərkibinə daxil olarkən, hansı respublika hansı sərhədlərlə ora girmişdisə, həmin sərhədlərlə də oradan çıxmalıdır. Putinin özü də dəfələrlə deyib ki, bəzi respublikalar SSRİ-yə az torpaqla girib, çox torpaqla çıxıblar. Bunlardan ən birincisi Ermənistandır. Ermənistan Sovet İttifaqına az torpaqla girib, çox torpaqla çıxdı. Buna görə də, sərhədlər dəqiqləşdirilərkən SSRİ xəritələrinə baxmaq lazımdır.

Rusiya Krımı da SSRİ-nin məlum xəritələrinə görə işğal edib. Özü isə həmin xəritələr əsasında həmin əraziləri geri qaytardığını deyir. Əgər bu, Rusiya üçün keçərlidirsə, Azərbaycan üçün də keçərli olmalıdır. Buna görə də, mütləq 1920-ci ilin xəritələri əsas götürülməlidir. 9000 kvadrat kilometrlə SSRİ-nin tərkibinə daxil olan Ermənistan 21 min kvadrat kilometrlə çıxıb. Bizim təxminən 12 min kvadrat kilometr ərazimizi mənimsəyib. İndi bu ərazilər qaytarılmalıdır. Məsələnin yeganə düzgün və ədalətli həlli budur.

- Sizcə, proses siz dediyiniz kimi yekunlaşa bilərmi?

- Bunun üçün gərək çox ciddi siyasi, diplomatik işlər görülsün. Eyni zamanda, Rusiya və Türkiyə arasında müəyyən məsələlərdə razılaşma olmalıdır. Bu, bizim maraqlarımıza uyğun deyil, amma hər halda düşünürəm ki, Azərbaycan bu məsələdə mümkün qədər çox çalışmalı və müraciət etməlidir.

- Ümumiyyətlə, sərhədlərin müəyyənləşdirilməsi ilə Ermənistan və Azərbaycan arasındakı bir əsrlik qarşıdurma başa çatacaqmı?

- Bu, çətin görünür. Hesab edirəm ki, bu qarşıdurma çox çətin başa çatacaq. Çünki Ermənistanın yerləşdiyi ərazilərin hamısı vaxtilə Azərbaycana məxsus olub. Ruslar bu torpaqları bizdən alıb ermənilərə veriblər. Açığını deyim ki, ən azı Ermənistan Azərbaycanın şərtlərini qəbul etməyənə qədər bu qarşıdurma davam edəcək.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın G-20-nin Romada keçirilmiş sammiti çərçivəsində Cənubi Qafqazdakı prosesləri amerikalı və fransalı həmkarları ilə müzakirə etdiyi bildirildi. Sizcə, bu, Qərbin Türkiyəni bölgədə tərəf və geosiyasi oyunçu kimi qəbul etməsi deməkdirmi?

- Əlbəttə, qəbul olunur. Bu görüşlər göstərdi ki, istəsələr də, istəməsələr də Türkiyənin bölgədəki rolu və nüfuzunu qəbul edirlər. Artıq bu yöndə Türkiyə ilə hesablaşırlar. Qənaətimə görə, Türkiyənin bölgəmizdəki yeri, nüfuzu və mövqeyi getdikcə daha da güclənəcək. Türkiyə bölgədə öz mövqeyini tutub və bir geosiyasi oyunçu kimi özünü sübut edib.

- Türkiyə lideri Romada “Altılıq” platforması ətrafında da müzakirə aparıb. Bu platformanın perspektivi varmı?

- Bununla bağlı həddindən artıq problemlər və ya həll edilməli olan məsələlər var. Əvvəla, Gürcüstan və Rusiya arasında ciddi problemlər mövcuddur. Bundan başqa, İran və Azərbaycan, İran və Türkiyə arasında problemlər var. Eləcə də, Türkiyə və Rusiya arasında bu kimi problemlərin olduğunu deyə bilərik. Amma açığını deyim ki, xoş niyyət göstəriləcəyi təqdirdə, bunlar həll edilən problemlərdir. Əlbəttə, heç nə asan həll olunmur, çətinliklər həmişə olur. Amma buna baxmayaraq, biz gərək bu çətinlikləri dəf edək. Bu altı dövlət öz aralarında razılaşacağı və bir-birinin suverenliyinə hörmət edəcəyi təqdirdə, həqiqətən də bu bölgədə çox ciddi əməkdaşlıq imkanları yaranacaq.

- Bəs həm bu təşəbbüsə, həm də Zəngəzur dəhlizi layihəsinə etirazçı mövqedə dayanan İran son nəticədə hansı mövqeyi seçə bilər?

- Dediyim kimi, burada təkcə İranın yox, Gürcüstanın da seçimindən çox şey asılıdır. Bilirsiniz ki, Rusiya Gürcüstanın xeyli ərazisini işğal edib. Nə Azərbaycan, nə də Türkiyə bu işğalı tanıyır. İndi bu məsələ yoluna qoyulmalıdır. Eyni zamanda, İran və Azərbaycan arasında Cənubi Azərbaycanla bağlı çox ciddi fikir ayrılığı var. O cümlədən, İran və Türkiyə arasında ciddi anlaşılmazlıqlar mövcuddur. Belə məsələlər düşündüymüz kimi, asan həll olunmur. Yəni problemlər çoxdur, əvvəlcə bunlar həllini tapmalıdır. Açığını deyim ki, problemləri asanlıqla yoluna qoymaq asan deyil.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər