Gündəm

MUMtv.az: - “Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdükləri "3+3" formatına dair təşəbbüs Rusiya tərəfindən dəstəklənir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib. “Biz çoxtərəfli regional əməkdaşlığın inkişafında bu formatın ehtimal olunan bütün iştirakçılarının birmənalı olaraq maraqlı olduğunu əsas götürürük. Bu mexanizmin tətbiqi dövlətlər arasında etimadın artmasına, ziddiyyətlərin həllinə dəstəkdir”, - Zaxarova qeyd edib.

XİN rəsmisi bütün tərəflərin mənafeyini nəzərə almaqla həmin mexanizmin tezliklə tətbiqinə tərəfdar olduqlarını vurğulayıb.

Qeyd edək ki, “3+3” platformasının yaranmasına əsas əngəl Gürcüstandır. Rəsmi Tbilis Rusiya ilə münasibətləri normallaşmadan belə bir platformada yer almayacağını bəyan edib. Həmçinin, İran da bu formata qatılacağı ilə bağlı konkret bəyanat səsləndirməyib. Hətta son zamanlarda Azərbaycan ilə münasibətləri gərgin olduğu üçün İranın da hazırkı mövqeyi ürəkaçan görünmür. Reallıq isə odur ki, “3+3” platformasının yaranması və kommunikasiyaların açılması Rusiyanın özünə də sərf etdiyi üçün rəsmi Moskva onun həyata keçməsində olduqca maraqlıdır. Rəsmi Moskva bu bəyanatları ilə öz istəyini açıq-aşkar göstərir.

Görünən odur ki, Rusiya Gürcüstan və İranın bu platformaya qoşulması üçün əlindən gələni əsirgəməyəcək.

Bəs mövcud vəziyyətdə Gürcüstan və İranı razı salmaq üçün Rusiya hansı güzəştlərə gedəcək?

Bununla bağlı Cebhe.info-ya açıqlamasında politoloq Fuad Çıraqov bildirib ki, İran “3+3” platformasına qatıla bilər, lakin Gürcüstanın bu formata qoşulacağı real görünmür:

“Çünki bu mövzuda Gürcüstan və İran mövqeyi tamamilə fərqlidir. Əslində, İran prinsipcə bu lahiyəyə etiraz etmir. Hətta onlar rəsmi şəkildə “3+3” formatından imtina etməyib. Sadəcə olaraq, hazırda İran və Azərbaycan arasındakı münasibətlərdə müəyyən gərginlik var. İranın narazılığı Zəngəzur dəhlizi ilə bağlıdır, amma bu məsələ onları narahat etməməlidir. Nəticədə Zəngəzur dəhlizi açmaq iki ölkənin suveren hüququ olduğu üçün bu, Azərbaycan və Ermənistan arasında həl ediləcək məsələdir. Yəni, İranın buna hər hansısa müdaxilə etmək hüququ yoxdur.

Ümumiyyətlə, Azərbaycan və İran arasındakı münasibətlər normallaşacağı təqdirdə, Tehranın bu formatda yer alacağını düşünürəm. “3+3” platformasının həyata keçməsində əsas maneə məhz Gürcüstandır. Çünki onların bu məsələ ilə bağlı prinsipial mövqeyi var. Yəni Abxaziya və Cənubi Osetiya ilə bağlı Rusiya ilə Gürcüstan arasındakı problem həll olmasa, onlar bu platformada yer almayacaq. Gürcüstan istəyir ki, Rusiya Abxaziya və Osetiyanı Gürcüstanın ərazi olaraq tanımalı və bu bölgələrdən çıxmalıdır. Lakin görünən odur ki, Rusiya Abxaziya və Cənubi Osetiya ilə bağlı mövqeyindən geri çəkilməyəcək. Ona görə də Rusiyanın bu məsələdə güzəştə gedəcəyinə inanmıram”.



Son xəbərlər

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bütün xəbərlər