Gündəm

Yolun açılması sülh yolunu açmır... - GƏLİŞMƏ
MUMtv.az: - Ermənistan Respublikasının rəhbərləri mətbuat nümayəndələri qarçısında çıxış edərkən tez-tez “Artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” fikirlərini bildirir və köhnə hava ilə “millətlərin müqəddaratını təyinetmə” prinsiplərindən, Minsk Qrupunun Qarabağın statusu ilə bağlı bəyanatlarından bəhs edirlər. Sovet xəritələri əsasında sərhədlərin müəyyənləşməsinə könülsüz razılıqlarını bildirsələr də, ardınca mütləq bu müəyyənləşmənin Qarabağın statusuna aid olmadığını vurğulayırlar. Məğlub olmuş, böhran içərisində olan erməni dövləti və bütövlükdə erməni milləti indiki acınacaqlı vəziyyətində 33 il ərzindəki iddialarından geri çəkilməməklə nəyə və hansı qüvvəyə güvənirlər? Bu bəyanatlar daxili auditoriyaya hesablanır, yoxsa Qarabağ uğrunda mübarizəyə yeni təkan vermək və ya havadarlarının təsiri ilə Azərbaycana təzyiq siyasətini davam etdirmək məqsədi güdür? Daxili auditoriya variantı daha məntiqli görsənir, ona görə ki, Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 il ərzində ermənilərin “Artsax müstəqil olmalıdır” tələblərini qəbul etməyib və təbii ki, 44 günlük müharibədəki qələbədən sonra da belədir. Sadəcə olaraq ermənilər yuxarıdan yapışırlar ki, ən aşağını ala bilsinlər.

Sovet xəritələrindən və konkret olaraq hansı ilin xəritəsindən istifadə olunacağı da erməni tərəfin müzakirə mövzusudur. 1920-cu il xəritəsinin üstünlüyündən və qəbul olunmayan tərəflərindən,1989- cu il xəritələrinin zərərindən danışırlar. Bir sözlə erməni siyasəti yalnız öz maraqlarına xidmət etməkdə davam edir və burada qeyri-təbii heç nə yoxdur. Hər kəs yaxşı olanı öz tərəfinə çəkmək istəyir. Amma, məsələlər istəklə deyil, beynəlxalq hüquqla, reallıqla həll olunur.

Reallıq nədən ibarətdir?

Real mənzərəyə baxanda tərəflərin bir-biri ilə təzad təşkil edən mövqelərini görürük. Gündəmdə olan sərhəd məsələsində ermənilərlə tam bir fikir və yanaşma ayrılığı var. Bu ayrılığın başında nə Göyçə, nə də Qara göl istiqamətində guya bizim Ermənistan ərazilərini zəbt etməyimiz haqqında uydurma ittiham dayanmır. Bu, sırf qabaqdangəlmişlik edib bizi təzyiq hədəfinə gətirməkdir, həm də boğulanın saman çöpündən yapışmasından başqa bir şey deyil. Amma, ermənilərin bu təbliğatına qarşı, yalançı “arqumentlərinə” qarşı bizim cavablarımız qənaətbəxşdirmi?

Ermənilər sərhədləri müəyyənləşdirmək istəmirlərsə, istəməsinlər. Bu yanaşma bizim beynəlxalq hüquqla tanınan sərədlərimizdə möhkəmlənməyimizə mane ola bilməz. Sovet xəritəsi əsasında sərhəd xəttini , mühəndis-sərhəd qurğularını yaradıb, necə deyərlər düşmənlə aramızda tikanlı məftillərimizi çəkib bütün dünyaya da elan edəcəyik. Ermənilər özlərini o dərəcədə həyasız aparırlar ki, lovğalanıb deyirlər ki, “Türkiyə və Azərbaycanın ərazi bütövlüyü hüququ Ermənistandan asılıdır. Ermənistan bu hüququ tanımayınca hər iki dövlətin ərazi bütövlüyü şübhəli olaraq qalacaq”. Ermənilərin bu mövqeyi “xoruz yox idi səhər açılmırdı?” məsəlinə uyğun gəlir. Anklav kəndlərin problemini danışıqlar yolu ilə, beynəlxalq hüquqa əsasən həll etmək istəməsələr, Azərbaycan yenə də beynəlxalq hüquqa əsaslanıb, o əraziləri də hərb yolu ilə geri qaytara bilər.
Nəqliyyat infrastrukturunun manelərini aradan qaldırmaq sülh sazişinə gətirib çıxara bilərmi? Məsələn, bizim Mehridən keçib Naxçıvana getməyimiz(hətta, məsələnin iqtisadi və beynəlxalq əhəmiyyəti də), ermənilərin də həmin yoldan və Qazaxdan keçib Gürcüstana, Rusiyaya getməsi nə dərəcədə sülhə təkan verəcək? Yol infrastrukturu açılanda erməni yumşalıb Azərbaycanın tərkib hissəsində yaşamağı qəbul edəcək? Ermənistan rəhbərlərinin apardığı siyasət budur ki, Azərbaycan müharibədə qələbə qazanmasına baxmayaraq hələ də Ermənistandan asılıdır. Qarabağın nəzarət edə bilmədiyimiz hissəsini “Artsax” deyib hələ də əllərində saxladıqlarını, Naxçıvana yol üçün Ermənistandan asılı olduqlarımızı, sərhədləri tanımadıqlarını xüsusi təzyiq vasitəsi kimi qabardırlar. İşğal altında qalan 8 anklav kəndi heç vaxt geri qaytarmayacaqlarını təbliğatını aparırlar. Nəyə nail olmaq istəyirlər? Azərbaycanın bununla razılaşmayacağını bilirlər, amma vaxtı uzatmaqla hələ də ümid edirlər ki, daim düşmənçilik toxumu səpən diasporanın təsiri ilə super güclər Azərbaycana təzyiq edəcək və biz hansısa güzəştlərə gedəcəyik.

Biz güzəştə getmirik, amma düşmənin əlindəki kozırlardan məhrum etmək üçün də təsirli siyasət yürütmürük. Biz sərhəd məsələsində, yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq hüquqa əsaslanan ərazimizi bildiyimiz üçün düşmənin delimitasiya və demarkasiya işlərinə razı olub -olmaycağına önəm verməməliyik. Bütün Ermənistan Zəngəzur dəhlizinə razı olmayacaqlarını bəyan edir. Olsun. Deməli, elə əks təzyiq siyasəti yürüdülməlidir ki, bu dəhliz üçün erməni yalvarmaq dərəcəsinə çatsın, xahiş etmiş olsun. Belə təzyiq yenə Qarabağın özüdür, Qarabağdan erməni silahlı birləşmələrinin təcili çıxarılması məsələsinin gündəmə gətirilməsidir, qaçqınlarımızın o yerlərə köçürülməsi prosesinə başlamaq siyasətidir. Onsuz da bu dəhlizin açılması daha çox Moskva üçün lazımdır və gec-tez buna nail olacaq, amma hələ ki, Kreml ondan nifaq alması kimi istifadə edib gərginliyi bir az da artırır. Ehtimal olunan Moskva görüşündə müzakirə olunan məsələlərin Azərbaycan və Ermənistan arasında sülh yaratması ehtimalı çox-çox azdır. Yol açılması sülh yolunu açmır. Düşmənimizi tanıyırıq.

Qələbədən sonrakı bir il sübut etdi ki, Qarabağın bir hissəsinə neçə ki, Ermənistan və havadarı Rusiya nəzarət edir daim bizə müxtəlif təzyiq vasitələri tətbiq olunacaq. Ona görə də, yolun açılması öz yerində, əsas diqqəti Qarabağa nəzarətin Azərbaycana keçməsi üçün 10 noyabr üçtərəfli sazişin bəndlərinin yerinə yetirilməsinə yönəltmək məqsədəuyğundur.

İlham İsmayıl //moderator.az//

Son xəbərlər

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bütün xəbərlər