Gündəm

Bitmiş format: Köhnə
MUMtv.az: - Minsk qrupunun 3 həmsədr ölkəsinin səfirləri Şuşaya getmək təklifini qəbul etməməklə, əslində bu vasitəçilik formatının tabutuna qalın bir mıx vurdular. Aydındır ki, eyni vaxtda MQ-nin 3 həmsədr ölkəsinin səfirinin eyni davranış sərgiləməsi təsadüf ola bilməz, bu, onların arasında əvvəlcədən müzakirə edilmiş və razılaşdırılmış məsələdir.
Maraqlıdır ki, hazırda nə ABŞ, nə də Fransa Rusiya ilə normal danışa bilirlər. Dünyada Minsk qrupunun 3 həmsədri arasında praktik olaraq diplomatik "soyuq müharibə" yaşanır. Şuşaya getmək onların son aylarda ümumi dil tapdıqları bəlkə də, yeganə mövzudur. Amma məqsəd nədir? Ağla yeganə variant gəlir: "Ermənistanın xətrinə dəyməmək”.

Fəqət bu zaman başqa, çox ciddi sual ortaya çıxır: Səfirlərin Şuşaya getməsi niyə Ermənistanın "xətrinə dəyməlidir" axı?! Məgər Şuşa mübahisəli ərazidir ki?!
Məsələ ondadır ki, Ermənistandakı müəyyən seqment üçün bəli: Həmin ölkənin mediasında axmaqlıq da olsa, Şuşa Azərbaycan tərəfindən "işğal edilmiş” ərazi kimi göstərilir. Və MQ-nin həmsədr ölkələrinin səfirləri Şuşaya getməkdən imtina edirlərsə, belə çıxır ki, onlar erməni mediasındakı həmin uydurma ideoloji tezisi ciddi qəbul edirlər?!

Kifayət qədər qalmaqallı məsələdir və hər 3 ölkə öz elçilərinin təklifdən imtina etməsinə rəsmi Bakını qane edəcək bir şəkildə aydınlıq gətirməlidir. Əks təqdirdə, bu dövlətlərlə regional formatlarda əməkdaşlıqda anlaşılmazlıqların və problemlərin davam etməsindən qaçmaq mümkün olmayacaq.

Hazırda Minsk qrupuna münasibətdə Bakı ilə İrəvanın arasında ciddi fikir ayrılığı var. Azərbaycan hesab edir ki, MQ Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində vasitəçilik edə bilər. Ermənilər əksinə, "Qarabağın statusu”nun müzakirəsinin MQ çərçivəsində davam etməsini istəyirlər. Rəsmi Bakı bu yanaşmanı qəti şəkildə rədd edir. Minsk qrupunun özü isə ekzistensial boşluqdadır: Nə ilə məşğul olacağına qərar verə bilmir. Onun bu qərarsızlığı 25 il ərzindəki fəaliyyətsizliyini çox xatırladır.

Belə bir məqamda Şuşaya dəvəti qəbul etməməklə Minsk qrupunun həmsədrləri ciddi səhvə yol verdilər. Göstərdilər ki, tərəf tuturlar, mümkün gələcək missiyanın müəyyənləşməsi məsələsində Ermənistanın yanaşması onlara daha yaxındır. Bu isə 25 illik səhvin təkrarıdır.

MQ həmsədrlərinin belə addımı Bakıya imkan verir ki, formata inamsızlığını daha yüksək notlarla ifadə etsin. İllər boyunca Minsk qrupunun missiyası Qarabağ münaqişəsinin həllində 3 güc mərkəzinin regional maraqlarını balanslaşdırmaq idi. Artıq münaqişə həll olunub və bu missiya avtomatik aradan qalxıb. İndi postmünaqişə dövrünün "sənəd-sünəd məsələlərini” çözmək lazımdır. Bu zaman daha çox texniki və logistik yanaşma tələb olunur ki, bu da MQ üçün münasib iş deyil.

Mayın sonlarında Avropa Birliyinin 3+1 təmsilçisinin bölgəyə səfəri və müzakirə etdikləri mövzular kifayət qədər maraqlı məsələ idi. Belə görünürdü ki, "Minsk qrupunun üç həmsədri + ATƏT sədrinin xüsusi nümayəndəsi” formulunu "AB-nin 3 ölkəsinin xarici işlər nazirləri + ali nümayəndənin mandatı” formatı ilə əvəzləmək indiki mərhələdə qarşıda duran işlər üçün daha uyğundur.

Bu format may ayında Avropa Birliyinin xarici işlər nazirlərinin Lissabon şəhərində Rumıniyanın təşəbbüsü ilə keçirilmiş qeyri-rəsmi görüşünün nəticəsində meydana çıxmışdı. Təşəbbüsün məhz Rumıniyadan gəlməsi və qrupa ondan başqa Avstriya ilə Litvanın xarici işlər nazirlərinin daxil olmaları da, əlbəttə ki, təsadüfi deyil. Bu "Lissabon üçlüyü” regionda geosiyasi maraqları olmayan dövlətlərdir, yalnız bir güc mərkəzini - bölgənin hər üç ölkəsinin strateji tərəfdaşlığa can atdığı Avropa Birliyini təmsil edirlər, demək, Misk qrupunun "geosiyasi maraqları balanslaşdırma” missiyasının ağırlığından azaddırlar. Ona görə də, ciddi, vacib məsələlərin müzakirəsində uğurlu vasitəçilik etmək şansları daha çoxdur.

Bu, yeni reallıqlara uyğun yenilənmiş format ola bilər. ATƏT-in Minsk qrupu münaqişə dövrünün təsisatı idi. Sanki bir ürək xəstəsi vardı və onu sağaltmaq üçün kardioloq dəvət olunmuşdu. İndi həmin xəstə özü sağalıb qalxıb, amma davamlı başı ağrıyır. Artıq yeni yanaşmaya ehtiyac var, nevroloq gəlməlidir. Minsk qrupu aradan keçən müddətdə göstərdi ki, yeni reallığa və yeni ixtisaslaşmağa uyğunlaşmağı bacaracaq qədər elastikliyi yoxdur. Üstəlik, missiya da fərqlidir.

Ermənistanda yeni hökumət formalaşandan sonra postmünaqişə dövrünün prosedurlarını həyata keçirməyin vaxtı çatacaq. İlk növbədə sərhədlər demarkasiya olumalı və sülh müqaviləsi imzalanmalıdır. Bu işlər üçün Minsk qrupu, özünün də göstərdiyi kimi, yaramır. "Qəhrəmanlar kartof soymaq üçün deyillər”, hazırda isə məhz kartof soyanlar lazımdır. Demək, "Minsk üçlüyü” yerini yavaş-yavaş şərti "Lissabon üçlüyü”nə, yaxud, ona bənzər digər formata verməlidir. "Qarabağın status”u kimi mənasız və qeyri-real mövzulardan danışmaq, əksinə, prosesi bir az da dolaşdırır.

Azərbaycan prezidentinin dediyi kimi, "Sülh müqaviləsi yoxdursa, deməli, sülh də yoxdur”. Minsk qrupu "Qarabağın statusu” məsələsini aktual saxlamaqla bölgəni yenidən münaqişə dövrünə qaytarır Azərbaycan isə regionun postmünaqişə dövrünə adlaması üçün çalışır. Ona görə də, bizi geriyə dartan bu dormatın demontajı vaxtıdır. Bunun müzakirəsi üçün ciddi əsası da elə özləri veriblər.

Vüsal Məmmədov
Azvision.az

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər