Gündəm

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Keniya Respublikasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Zakir İbrahimov Azərbaycanla Keniya arasında dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində möhkəmlənməsinin məmnunluq doğurduğunu bildirib. İdarə Heyətinin sədri iqtisadi münasibətlərin inkişafı, xüsusilə dağ-mədən sahəsində əməkdaşlığın qurulması üçün böyük prespektivlərin olduğunu diqqətə çatdırıb.

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

"MUMtv.az" bildirir ki, görüşün davamında Z.İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Cəmiyyətin strateji planları və dağ-mədən sektorunda iqtisadi səmərəliliyin artırılması istiqamətində görülən işlər haqqında bəhs edib. Yarandığı dövrdən etibarən “AzerGold” QSC-nin beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu bildirən Z.İbrahimov fəaliyyətin gələcəkdə ölkə hüdudlarından kənarda da genişləndirilməsinin QSC-nin strateji planlarına daxil olduğunu qeyd edib.

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Sədr mineral resurslarla zəngin olan Afrika qitəsinin də maraq dairəsində olduğuna diqqət çəkib. Keniyanın işgüzar dairələrini təmsil edən qonaqlar kənd təsərrüfatının iqtisadiyyatın lokomotivi olduğunu, buna baxmayaraq metallurgiya sənayesinin, xüsusilə də dəmir filizinin emalının geniş şəkildə təşəkkül tapdığını bildiriblər. Keniyada mövcud olan səpinti qızıl yataqları, o cümlədən mis, sink və digər növ metal resurslarının istismarı istiqamətində əməkdaşlıq perspektivləri, investorlar üçün yaradılan imkanlar, bu istiqamətdə tətbiq edilən stimul, güzəşt və imtiyazlar barədə məlumat verilib.

“AzerGold” QSC-nin faydalı təşəbbüslərə, o cümlədən təcrübə mübadiləsinə açıq olduğu diqqətə çatdırılıb. Bu xüsusda dağ-mədən sənayesi üzrə müvafiq qurumlar, dövlət və özəl şirkətlərlə əməkdaşlıq perspektivlərinin tərəflər arasında dəyərləndirilməsinin mümkünlüyü qeyd edilib. Daha sonra leqal mədənçiliyinin təşviqi, mədən layihələrində “yaşıl enerji”, “yaşıl texniologiyalar”ın tətbiqi planları, eləcə də digər qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.


Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər