Gündəm

"AzerGold" QSC-nin İdarə Heyətinin sədri 2-ci “Yüksəliş”  müsabiqəsinin qalibi ilə görüşüb

"MUMtv.az" xəbər verir ki, "AzerGold" Qapalı Səhmdar Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 2-ci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Əli Əhmədov ilə görüş keçirib.

Görüşdə Mentorluq proqramının iştirakçısını 2-ci “Yüksəliş” müsabiqəsində qaliblər sırasında yer alması münasibətilə təbrik edən Zakir İbrahimov onun praktiki fəaliyyətə cəlb olunmaqla idarəçilik sahəsində təcrübəsinin artırılması üçün zəruri dəstək göstəriləcəyini bildirilib. Layihənin idarəçi rəhbərlərindən biri olaraq "AzerGold" QSC-nin İdarə Heyətinin sədri 1 illik fərdi inkişaf planı əsasında müsabiqə qalibi ilə sıx əməkdaşlıq edəcəyini, onunla təcrübəsini bölüşəcəyini və beləliklə, öz potensialını üzə çıxarmasına kömək göstərəcəyini qeyd edib.

İlk dəfə 2021-ci illdə layihənin idarəçi rəhbərlərindən biri olaraq 1-ci “Yüksəliş” müsabiqəsinin qalibi Nazim Novruzovla Mentorluq proqramının icrasına başladığını xatırladan Z.İbrahimov ötən müddət ərzində müsabiqə qalibi ilə karyera planlaması, effektiv idarəçilik, etik prinsiplər və peşəkar standartlar, böhran menecmentinə dair kifayət qədər məhsuldar əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. İdarə Heyətinin sədri 2-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə də səmərəli əməkdaşlığın qurulacağına əmin olduğunu bildirib.

"AzerGold" QSC-nin İdarə Heyətinin sədri 2-ci “Yüksəliş”  müsabiqəsinin qalibi ilə görüşüb

QSC-nin İdarə Heyətinin sədri əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinə uyğun olaraq, bu gün ölkə gənclərinin dövlət idarəçiliyində irəli çəkildiyini, mühüm vəzifələrin onlara həvalə olunması, etibar edilməsi üçün layiqli və ədalətli seçim aparıldığını vurğulayıb. Qeyd olunub ki, məhz bu siyasətə
uyğun olaraq dövlətimizin başçısı tərəfindən təsis edilən "Yüksəliş" müsabiqəsi idarəetmə bacarıqları və intellektual səviyyəsi yüksək olan perspektivli gənclərin müəyyən edilməsi, onların fərdi inkişafı istiqamətində ciddi addımların atılması, milli kadr ehtiyatının daha da zənginləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.

"AzerGold" QSC-nin İdarə Heyətinin sədri 2-ci “Yüksəliş”  müsabiqəsinin qalibi ilə görüşüb

Görüşdə müsabiqə qalibi Əli Əhmədov 2-ci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində "AzerGold" QSC-nin İdarə Heyətinin sədrinin şəxsi təcrübəsindən faydalanaraq, özünü inkişaf etdirməsi üçün yaradılan şəraitə və səmimi qəbula görə təşəkkürünü bildirib.
Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər