Gündəm

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Naxçıvana səfər edib

"MUMtv.az" xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

Nümayəndə heyəti əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstəsi qoyaraq, Ulu Öndərin xatirəsini ehtiramla yad edib.

Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilib. Qonaqları salamlayan Fuad Nəcəfli görüşdən məmnunluğu dilə gətirərək, son dövrlər Naxçıvanda bütün sahələr, xüsusilə də iqtisadiyyatın inkişafı istiqamətində atılan addımlardan, köklü islahatlardan bəhs edib. Görüşdə ötən ay dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın Muxtar Respublikanın iqtisadiyyatının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsinə böyük təkan verəcəyi vurğulanıb.

Səmimi qəbula görə təşəkkür edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə əldə olunan müsbət nəticələr və gələcək planlar haqqında ətraflı məlumat verib. Zakir İbrahimov Cəmiyyətin Naxçıvanda hazırkı fəaliyyəti və planlaşdırılan işlərlə bağlı danışıb. Qeyd edilib ki, Cəmiyyət tərəfindən Muxtar Respublikanın Culfa rayonunun ərazisində yerləşən və perspektivli hesab edilən 2 yataq, 2 təzahür sahəsində müxtəlif mərhələlər üzrə kəşfiyyat və tədqiqat işləri aparılır. Sözügedən yataq və təzahür sahələrinə “Ortakənd” qızıl,
“Başkənd” mis-qızıl, “Paradaş” mis təzahür, eləcə də “Göydağ” mis-molibden təzahür sahələri daxildir. “Ortakənd” qızıl yatağında 2018-dən ildən etibarən mərhələli şəkildə buruqqazma, çoxprofilli geofiziki tədqiqat işləri yerinə yetirilib. Hazırda yatağın istismara hazırlığı prosesi çərçivəsində İlkin Texniki-İqtisadi hesablama parametrləri üzrə araşdırmalar davam etdirilir. Texniki-İqtisadi Əsaslandırmanın daha sonrakı mərhələlərində yatağın mövcud resurslarının həcmi və tətbiq ediləcək texnoloji metodologiya müəyyən ediləcək. Əlavə edilib ki, indiki mərhələdə nəticələr çox
ümidvericidir.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Naxçıvana səfər edib

Z.İbrahimov, həmçinin ənənəvi olaraq, nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və insan sağlamlığına təsirinin kompleks ekoloji, sosial və iqtisadi qiymətləndirilməsinin qanunvericiliyin tələblərinə uyğun qaydada beynəlxalq norma və standartlar əsasında aparılacağını vurğulayıb. Bildirilib ki, “Ortakənd” qızıl yatağının qarşıdakı illərdə , digər yataqların növbəti illərdə istismara verilməsi, hər bir yataq üzrə təqribən 500 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bununla da yeni mədənlərin işə salınması ilə Muxtar Respublikada məşğulluğun artırılmasına ciddi töhfə verilməsi planlaşdırılır.

İdarə Heyətinin sədri 2023-cü ilin avqust ayından etibarən Naxçıvanda ilk dəfə olaraq innovativ kəşfiyyat metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişlərinin həyata keçiriləcəyini qeyd edib. Beləliklə, Naxçıvan MR-in şimal-şərq hisəssini əhatə edən 2,566 km² sahədə məsafədən peyk üsulu ilə hiperspektral zondlama tipli tədqiqatların aparılmasına başlanılacaq və tədqiqatlar nəticəsində perspektivli lokal sahələr müəyyən olunacaq.

Z.İbrahimov Cəmiyyətin korporativ sosial məsuliyyət missiyasına uyğun olaraq digər hasilat sahələrinə qonşuluqda yerləşən şəhər, qəsəbə və kəndlərdə icra edilən ənənəvi sosialyönümlü proqramların Naxçıvanda da həyata keçiriləcəyini qeyd edib.

Hazırda sözügedən regionda yerləşən yataqlarda aparılan fəaliyyətin geoloji kəşfiyyat və tədqiqat mərhələsində olmasına baxmayaraq, regionun spesifik xüsusiyyətləri, yerli icmaların ehtiyac meyarları nəzərə alınmaqla sosial dəstək layihələrinin hazırlanaraq icra ediləcəyini qeyd edib.

Z.İbrahimov yeni yataqların istismara verilməsi ilə ölkə iqtisadiyyatına, xüsusilə də Naxçıvanın sosial-iqtisadi inkişafına, məşğulluq səviyyəsinin
artırılması, həmçinin əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına böyük töhfə verəcəyinə əmin olduğunu diqqətə çatdırıb.

Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “AzerGold” QSC-nin səmərəli fəaliyyətində uğurlar arzu edib, əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün zəruri addımların atılacağını, dövlət şirkətinin Muxtar Respublikada fəaliyyətinin təşkilinə aidiyyəti üzrə hərtərəfli dəstək göstəriləcəyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Son xəbərlər

Vüqar Səfərli hər şeyini geri istəyir

Prezidentdən deputatla bağlı SƏRƏNCAM

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Murad Dadaşov həyat yoldaşı ilə - FOTO

Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi

AYNA-nın Ramin Əliyev KABUSU – Anar Rzayevin yaxın adamı Tarqovıda “AT OYNADIR”

Bazar gününə olan hava proqnozu

Siqaretlə bağlı cərimələr kəskin artırılır

Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər

Məişət tullantılarının kənar yerlərə atılmasına görə 7000 manat cərimə tətbiq olunacaq

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

Azərbaycan millisi növbəti oyununa çıxacaq

Prezident ailəsi film təqdimatında

Ailəli iş adamı evli işçisi ilə qoşulub qaçdı - GORANBOYDA ŞOK !!!

Tanınmış həkim generalın klinikasını məhkəməyə verdi - Əmək haqqı tələb edir

Ötən gün 32 cinayətin üstü açılıb

Azərbaycan nefti bahalaşdı

Ölkəsini tərk edən aktyor qızı üçün beş vətəndaşlıq almağı planlaşdırır

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

"Telegram" kütləvi nasazlığın səbəbini açıqladı

İkinci Gəncə terrorundan dörd il ötür

Makron Paşinyanla sülh sazişini müzakirə etdi

Azərbaycanda bu şəxslər 7 min manat cərimə ediləcək

136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır - 20 manatdan

"Siz bəysiniz, biz isə rəiyyət..." - ETİRAZ VAR...

Daha iki vəzifəli şəxsə hökm oxundu - Yalnız 3 rayona getmək icazəsi verildi

İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."

Argentina Folklend adalarını geri qaytarmaq istəyir

"Çalışın yola verin, səsi çıxmasın" - Saatlı sakinindən narazılıq

Qərbdən Ermənistanla bağlı Rusiyaya CAVAB

Səriyyə Qənbərova işdən çıxarıldı

Azərbaycanda bu şəxslərə 6 min manat ödəniləcək

Bütün xəbərlər