Gündəm

“AzerGold” QSC-də Zəfər Günü münasibətilə görüş keçirilib   - FOTO

Vətən müharibəsində əldə edilmiş qələbənin 3-cü ildönümü münasibətilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) çalışan şəhid ailəsi üzvləri və
müharibə iştirakçıları ilə görüş keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov açaraq, görüş iştirakçılarını tarixi qələbəmizin növbəti ildönümü – Zəfər Günü
münasibətilə təbrik edib, göstərdikləri fədakarlığa görə şəhid ailələri və müharibə iştirakçılarına dərin minnətdarlığını ifadə edib.

"MUMtv.az" bildirir ki, İdarə Heyətinin sədri düşmən üzərində əldə olunan hərbi-siyasi qələbənin müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin məntiqi nəticəsi olduğunu bildirib. Z.İbrahimov bu şanlı zəfərin qazanılmasında qüdrətli Azərbaycan əsgəri, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əvəzsiz payı olduğunu diqqətə çatdırıb. O, bu xüsusda QSC-nin Vətən müharibəsində şəhid olmuş əməkdaşları Rauf Əsgərov, Muxtar Qasımlı və digər şəhidlərimizin xatirəsini anaraq, onları dərin hörmət və ehtiramla yad edib.

Görüşdə dövlətimiz tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən hərtərəfli diqqət və qayğının təzahürü olaraq Səhmdar Cəmiyyət tərəfindən də müvafiq tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. QSC tərəfindən sözügedən kateqoriyaya aid olan şəxslərin müvafiq ixtisas və peşə bacarıqlarına uyğun olaraq işlə təminatına diqqət yetirildiyi qeyd edilib. Bildirilib ki, 10 nəfər 1-ci Qarabağ müharibəsi, 73 nəfər 2-ci Qarabağ müharibəsi iştirakçısı, 15 nəfər şəhid ailəsi üzvü Səhmdar Cəmiyyətdə fəaliyyətə cəlb edilib. Ümumilikdə isə “AzerGold”un fəaliyyəti nəticəsində törəmə və podratçı şirkətlər daxil olmaqla bugünədək 300 nəfərə yaxın müharibə iştirakçısı və şəhid ailəsi üzvünün daimi məşğulluğu təmin olunub.

Tədbirdə, həmçinin QSC-nin 1-ci və 2-ci Qarabağ müharibələrində iştirak etmiş, eləcə də şəhid ailəsi üzvü olan əməkdaşları çıxış edərək, 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyəti barədə danışıblar. Daha sonra tədbir iştirakçılarının Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil edilib. Ekskursiya zamanı iştirakçılara Hərbi Qənimətlər Parkı haqqında məlumat verilib, onlara İkinci Qarabağ müharibəsində düşməndən qənimət kimi götürülən döyüş texnikalarının və hərbi sursatlar nümayiş etdirilib. Sonda əməkdaşlara xatirə hədiyyələri təqdim olunub.

Son xəbərlər

Vüqar Səfərli hər şeyini geri istəyir

Prezidentdən deputatla bağlı SƏRƏNCAM

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Murad Dadaşov həyat yoldaşı ilə - FOTO

Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi

AYNA-nın Ramin Əliyev KABUSU – Anar Rzayevin yaxın adamı Tarqovıda “AT OYNADIR”

Bazar gününə olan hava proqnozu

Siqaretlə bağlı cərimələr kəskin artırılır

Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər

Məişət tullantılarının kənar yerlərə atılmasına görə 7000 manat cərimə tətbiq olunacaq

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

Azərbaycan millisi növbəti oyununa çıxacaq

Prezident ailəsi film təqdimatında

Ailəli iş adamı evli işçisi ilə qoşulub qaçdı - GORANBOYDA ŞOK !!!

Tanınmış həkim generalın klinikasını məhkəməyə verdi - Əmək haqqı tələb edir

Ötən gün 32 cinayətin üstü açılıb

Azərbaycan nefti bahalaşdı

Ölkəsini tərk edən aktyor qızı üçün beş vətəndaşlıq almağı planlaşdırır

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

"Telegram" kütləvi nasazlığın səbəbini açıqladı

İkinci Gəncə terrorundan dörd il ötür

Makron Paşinyanla sülh sazişini müzakirə etdi

Azərbaycanda bu şəxslər 7 min manat cərimə ediləcək

136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır - 20 manatdan

"Siz bəysiniz, biz isə rəiyyət..." - ETİRAZ VAR...

Daha iki vəzifəli şəxsə hökm oxundu - Yalnız 3 rayona getmək icazəsi verildi

İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."

Argentina Folklend adalarını geri qaytarmaq istəyir

"Çalışın yola verin, səsi çıxmasın" - Saatlı sakinindən narazılıq

Qərbdən Ermənistanla bağlı Rusiyaya CAVAB

Səriyyə Qənbərova işdən çıxarıldı

Azərbaycanda bu şəxslərə 6 min manat ödəniləcək

Bütün xəbərlər