Gündəm

"AzerGold" QSC-nin İdarə Heyətinin sədri 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə ilk görüşünü keçirib

"MUMtv.az" bildirir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Vüqar Mamedov ilə ilk görüşünü keçirib.

3-cü “Yüksəliş” müsabiqəsində qaliblər sırasında yer alması münasibətilə mentorluq proqramının iştirakçısını təbrik edən Zakir İbrahimov onun praktiki fəaliyyətə cəlb olunması ilə mövcud potensialının inkişafına zəmin yaradılacağını, peşəkarlıq vərdişlərinin, bilik və bacarıqlarının, idarəçilik sahəsində təcrübəsinin artırılmasına zəruri dəstək göstəriləcəyini bildirib. Layihənin idarəçi rəhbərlərindən biri olaraq “AzerGold”QSC-nin İdarə Heyətinin sədri 1 illik fərdi inkişaf planı əsasında müsabiqə qalibi ilə sıx əməkdaşlıq edəcəyini, onunla təcrübəsini bölüşəcəyini və beləliklə, öz potensialını üzə çıxarmasına kömək göstərəcəyini vurğulayıb.

Görüşdə Z.İbrahimov “AzerGold” QSC-nin fəaliyyəti haqqında müsabiqə qalibinə məlumat verib, ölkəmizin dağ-mədən sahəsinin inkişafı istiqamətində reallaşdırılan layihələrdən danışıb, sözügedən sahənin xüsusi və mürəkkəb məqamlarına toxunub, geoloji, metallurji, mədənçıxarma və digər aspektlərindən bəhs edib.

Daha əvvəl 1-ci “Yüksəliş” müsabiqəsinin qalibi Nazim Novruzov və 2-ci “Yüksəliş” müsabiqəsinin qalibi Əli Əhmədovla Mentorluq proqramı çərçivəsində əməkdaşlıq etdiyini xatırladan Z.İbrahimov müsabiqə qalibləri ilə kifayət qədər məhsuldar əlaqələrin qurulduğunu diqqətə çatdırıb. Həmçinin qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin istedadlı gənclərin idarəçilik sahəsində önə çəkilməsi istiqamətində yürütdüyü siyasətə uyğun olaraq müsabiqə qaliblərindən Əli Əhmədov “AzerGold” QSC-də müşavir, İlyas İsmayıllı isə Strateji
planlaşdırma və layihələrin idarəolunması şöbəsinin müdirinin müavini vəzifəsinə təyin olunub.

Görüşdə müsabiqə qalibi Vüqar Mamedov 3-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədrinin şəxsi təcrübəsindən faydalanaraq, özünü inkişaf etdirməsi üçün yaradılan şəraitə və səmimi qəbula görə təşəkkürünü bildirib. O, proqram müddətində idarəçi rəhbərin tövsiyyələrindən maksimum bəhrələnməyə çalışacağını diqqətə çatdırıb.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html ) tərəfindən bir illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, sayca 4-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb

Son xəbərlər

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var…

Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya

Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?

Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi

Rusiyada azərbaycanlı biznesmen qəfil vəfat etdi - FOTO

Cəzaçəkmə müəssisində aclıq edən Cahangir Hacıyevin vəziyyəti pisləşib - vəkil

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? — DOSYE

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu

Prezident “Zəngilan” və “Şayıflı” SES-lərinin açılışını etdi

Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO

Bazar gününə olan hava proqnozu

Prezident 4 yeni kəndin təməlini qoydu

254 hektardan çox ərazi minalardan təmizləndi - VİDEO

Siyasi münasibətlər yeni müstəvidə

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Bütün xəbərlər