Gündəm

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüşünü keçirib

"MUMtv.az" xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Vüqar Mamedov ilə növbəti görüşünü keçirib. Görüşdə müsabiqə qalibi ilə 1 illik fərdi inkişaf planı nəzərdən keçirilib, proqram  müddətində görüləcək işlər müzakirə edilib. Həmçinin fərdi inkişaf üzrə prioritetlərin müəyyənləşdirilməsi məqsədilə növbəti bir ay üçün fəaliyyət proqramı razılaşdırılıb. Belə ki, 1 aylıq müddətdə müsabiqə qalibinin SWOT analizi aparılacaq, fərdi və peşəkar inkişaf ehtiyacları müəyyənləşdiriləcək.

Bundan başqa, görüşdə Z.İbrahimov tərəfindən müsabiqə qalibinin idarəçilikdə karyera planlaması, müstəqil qərar qəbuletmə, peşəkarlıq vərdişlərinin
artırılmasına dair sualları cavablandırılıb, uzunmüddətli və proqressiv inkişafyönümlü tövsiyələr verilib.

V.Mamedov səmimi qəbula görə “AzerGold” QSC-nin İdarə Heyətinin sədrinə təşəkkür edib, görüşdə aparılan müzakirələrin, verilən tövsiyələrin növbəti 1 ay üçün razılaşdırılmış tapşırıqların icrasında, eləcə də ümumi proqram müddətində görüləcək işlərdə ruhlandırıcı və istiqamətverici faktorlar kimi effektiv təsir gücünə malik olacağına əminliyini ifadə edib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html ) tərəfindən bir illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Qeyd edək ki, sayca 4-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.


Son xəbərlər

Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var…

Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya

Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?

Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi

Rusiyada azərbaycanlı biznesmen qəfil vəfat etdi - FOTO

Cəzaçəkmə müəssisində aclıq edən Cahangir Hacıyevin vəziyyəti pisləşib - vəkil

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? — DOSYE

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu

Prezident “Zəngilan” və “Şayıflı” SES-lərinin açılışını etdi

Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO

Bazar gününə olan hava proqnozu

Prezident 4 yeni kəndin təməlini qoydu

254 hektardan çox ərazi minalardan təmizləndi - VİDEO

Siyasi münasibətlər yeni müstəvidə

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

“Azərsu”da kütləvi ixtisarlar başlandı

Şərurlu İsfəndiyar saxlanıldı – Təfərrrüat

Bütün xəbərlər