Gündəm

Şuşaya atılan
"İsgəndər” raketləri haqda o qədər fərqli ehtimallar var ki, bunun sonu görünmür.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk Şuşada İsgəndər-M raketlərinin partlamış qalıqlarının tapılması barədə fakta münasibət bildirərkən deyib.

Politoloq suala birbaşa cavab verməsə də, bu prosesin günahkarı və təşəbbüskarının Ermənistanın Baş naziri Paşinyan olduğunu deyib:

"Onun "İsgəndər” raketləri ilə bağlı dediyi sözlər Qarabağ müharibəsindən sonra deyil, əvvəllər söylənsəydi, onların bir dəyəri olardı. İndiki halda bu sözlər öz məğlubiyyətinin günahını başqasının ayağına yazmaq cəhdindən başqa bir şey deyil”.

Ekspert Rusiyanın arsenalında olan və başqa dövlətə satılması qadağan olunan İsgəndər-M raketinin partlamış qalığının Şuşada necə peyda olması barədə bildirib ki, bu, "Buk” müzakirələrinə bənzəyir:

"Ümumilikdə, Rusiya raket sistemlərinin modifikasiyasının təhlili 2014-cü ilin yayında Donbas səmalarında baş verən hadisələrdən sonra mediada fəal şəkildə müzakirə olunan Rusiya "Buk”unun xüsusiyyətlərinin təhlili məsələsini xatırladır (Sərnişin təyyarəsinin "Buk”la vurulması və raketin rusiyalı əsgərlər tərəfindən buraxılması barədə iddialar nəzərdə tutulur - red.) "İsgəndər”lərin Ermənistan ərazisində peyda olmağa başladığı zaman Azərbaycan informasiya sahəsində Rusiya Federasiyasının onları birbaşa İrəvana vermədiyi, bu komplekslərin Bakını qorxutmaq üçün açıq şəkildə nümayiş etdirildiyi fikri hakim olmağa başladı. Lakin müharibəyə qədər İrəvana verilmiş Rusiya qırıcılarının tam komplektləşdirilməməsi ilə bağlı olduğu kimi, bu halda da şəxsən hakimiyyəti ələ alan kimi fasiləsiz olaraq hərbi texnikanın üzərinə dırmaşan Paşinyana suallar yaranır. Göstərilən nümunələrdən göründüyü kimi, bir halda ki, Paşinyanın özünə inam yoxdur, o zaman daha vacib sual doğur: kim, nə və nə zaman döyüşlər gedən bu və ya digər rayona Rusiyanı hədəfə çevirmək üçün "İsgəndər”dən istifadə etməklə hücum reallaşdırıb?”

Politoloqun sözlərinə görə, azərbaycanlıların yerləşdiyi ərazilərə raket zərbələrini Rusiya tərəfinin endirdiyini söyləmək yumşaq desək, ən azından, qəribə olardı:

"Belə olan halda dərhal İkinci Qarabağ müharibəsinin gedişatını kökündən dəyişdirəcək bütün lazımi dəlillər tapılardı. Xüsusilə ABŞ Bakı ilə Moskvanı bir-birinə qarşı qoymaq üçün mütləq bu versiyadan istifadə edərdi”.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər