Gündəm

Rusiya ATƏT-in Minsk Qrupunun qulpundan əl çəkmir
"ATƏT-in Minsk Qrupunun egidası altında Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin müntəzəm görüşlərinin keçirilməsi təcrübəsini bərpa etmək olar və bu, əhəmiyyətli beynəlxalq rezonans əldə edə bilər”.

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin "Kommersant” nəşrinə müsahibəsində belə deyib. O, Rusiya ilə yanaşı Minsk Qrupunun digər həmsədrləri-ABŞ və Fransanın da Azərbaycan və Ermənistan arasında etimadın yaradılması prosesinə cəlb olunmasının planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı suala cavabında bildirib ki, rəsmi Vaşinqton və Paris bu işdə faydalı rol oynaya bilər: "Bu üçlük təcrübə və ciddi xarici dəstəyə malikdir”.

ABŞ-ın keçmiş həmsədri Hoqlandın "yeyib-içib kef çəkirdik”, "həmsədr postuna karyera yüksəlişi kimi baxırdıq”, "danışıqların heç bir nəticəsi olmadı”, hətta rusiyalı həmsədrin "Lavrov planı” boş şeydir" kimi açıqlamalarından sonra yenidən Minsk Qrupunun fəaliyyətini gündəmə gətirmək Moskvanın nəyinə lazımdır? Bu yaxınlarda Ermənistan XİN-in başçısı da Minsk Qrupunun ötən illərdəki fəaliyyətsizliyindən gileylənmişdi. Bakının bu məsələdə mövqeyi bəllidir. Niyə ABŞ-ı və Fransanı yenidən danışıqlara cəlb etmək istəməsi isə suallar doğurur. İddialar var ki, Rusiya özü qondarma "status” məsələsini gündəmə gətirməyə ehtiyat edir. Bu səbəbdən danışıqlara onları qoşmaqda maraqlıdır.

Bu məsələdə Bakının mövqeyi necə olmalıdır?

Politoloq Əhəd Məmmədli narahatlığını bu cür ifadə etdi: "Rusiyanın Minsk Qrupunu ehtiyatda saxlaması Azərbaycan və Türkiyəyə təzyiq vasitəsidir. Kreml görsə ki, hər iki ölkənin Qarabağla bağlı qətiyyəti qarşısında tab gətirə bilmir, o zaman ABŞ və Fransanı məsələyə daxil etməyi məqbul sayacaq. Belə olan təqdirdə Rusiya hesab edir ki, Qarabağ məsələsində ABŞ və Fransa onun və Ermənistanın yanında olacaq. Ona görə Kremlin Minsk Qrupunu işə salması təəccüblü görünmür. Bu da Azərbaycan üçün ehtiyat mesajı olmalıdır. Azərbaycan hər vəchlə Minsk Qrupunun fəaliyyətinin bitdiyini, statusun gorbagor olduğunu deməsinə rəğmən Kremlin statusun gələcək nəsillərə qalmasını deməsi regionda Azərbaycan və Ermənistan üçün başqa məqsədin güdüldüyünü göstərir. Bunun üçün də Azərbaycan və Türkiyə qısa müddətdə keçmiş Qarabağ ərazisinin qalan rayonlarında öz siyasi və hərbi siyasətini təmin etməlidir. Əks halda, başımızı Rusiya, ABŞ və Fransa üçlüyü ağrıda bilər”.

Siyasi şərhçi Yeganə Hacıyeva isə düşünür ki, Rusiya uzun illər Dağlıq Qarabağ konfliktinin nizamlanmasının ATƏT-in Minsk Qrupu çərçivəsində davam etməsində maraqlı idi: "ATƏT-in Minsk Qrupu çərçivəsində istər xüsusi nümayəndələr, istərsə də digər rəsmilərlə əlaqələrə, danışıqları uzatmaq, total nəzarət, danışıqlarda kənar oyunçuların iştirakını əngəlləmək üçün imkan idi. Çünki Dağlıq Qarabağ konfliktinin nizamlanmasında tək legitim beynəlxalq qrup ATƏT-in Minsk Qrupu idi. ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyası konflikti beynəlxalq hüquq çərçivəsində, ATƏT-in prinsipləri əsasında danışıqlar vasitəsilə, sülh yolu ilə həlli kimi təqdim etsə də, əsas məqsəd status-kvonu uzatmaq idi. ATƏT-in Minsk Qrupu son illər prosesə həm də ”tərəflərin kompromisi vasitəsilə nizamlama" kimi fikirlər də əlavə etmişdi ki, bu da əslində Azərbaycanı kompromis əsaslarda sülhə məcbur etmək məqsədi daşıyırdı. ATƏT format olaraq ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, üzv ölkələr arasında siyasi və iqtisadi həyatın sivil birgə yaşayış qaydalarını, dövlətlərarası münasibətləri əməkdaşlıq və qarşılıqlı faydalılıq istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını daşısa da, onun bu funksiyanı ATƏT coğrafiyasında uğurla yerinə yetirdiyi iddia oluna bilməz. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri konfliktin beynəlxalq hüquq və münaqişənin nizamlanması çərçivəsində əldə olunmuş razılaşmalara əməl etməsi bir yana, işğalçı tərəfə siyasi, hərbi və mənəvi dəstək verirdi. ATƏT Minsk Qrupunun həmsədri olan ölkələr bitərəfliyi pozmamalı və neytral qalmalı olduğu halda 44 günlük müharibədə ATƏT Minsk Qrupunun üzvü Fransanın davranışları və Qarabağ konfliktinin mövcudluğunda ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin "xidməti və faydaları” göz önündədir. 27 il Dağlıq Qarabağ münaqişəsinin uzadılması ilə məşğul olan qrupun, obyektiv deyil, tərəf tutan, bəzən isə aqressorun vəkili kimi çıxış edən qrupdan hansı faydası ola bilər. Minsk formatı ATƏT coğrafiyasındakı regional münaqişələrin həllində özünü doğrultmur və məhz 27 ildən sonra Azərbaycanın özünün bu münaqişəni həll etməsi ATƏT-in nüfuzunu zədələdi. Günün günorta vaxtı ATƏT-ə üzv olan bir ölkə (Ermənistan) bu qurumun digər üzvünün (Azərbaycan) mülki əhalisinə ballistik raketlərlə hücum etdi. İnsan haqları təşkilatları buna irad bildirmədi, etiraz etmədilər. İndi münaqişə Azərbaycan Ordusunun gücü və qanı hesabına həll ediləndən sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən Madrid prinsipləri, 2010-2011-ci illərdə təklif edilən sənədlər, Kazan sənədi və s. sənədlərdəki maddələrə istinad etmək, 44 günlük müharibənin regionda dəyişdiyi reallıqları görməməzlikdən gəlmək və ən əsası aqressor tərəfi ruhlandıracaq mesajlar vermək anlamına gəlir. Burada 3 tərəfli razılaşmanı imzalamış ölkələrdən biri olan Rusiyanın belə səyləri çoxlu suallar doğurur".
"Yeni Müsavat”

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər