Gündəm

Bakı erməni diversantlarla əslində nə edir?

 

 

Mumtv.az: - Füzuli və Zəngilanın mina xəritələri qarşılığında 15 erməni hərbçinin qaytarılması məsələsində müzakirəyə səbəb olan iki məqam var:

– Erməni diversantlara niyə çox yox, 6 ay həbs cəzası verildi?

– Məhkəmədə hökm oxunan ermənilər niyə qaytarıldı?

Əslində məsələnin mahiyyəti 6 aylıq cəzada, daha doğrusu, saxlanılanların bir çoxunun cəza müddətinin geri qayıtmamışdan öncə məhz Bakıda başa çatmasındadır. Hərçənd, öncə rəsmi Bakının müharibədən sonra saxlanılan erməni diversantlar üzərindən nail olmaq istədiyi hədəflərə baxmaq lazımdır.

Birinci hədəf: Qarabağın Azərbaycan torpağı olduğunu, sərhədlərimiz daxilində istənilən cinayətin Azərbaycan qanunları ilə cəzalandırıldığını Ermənistana, erməni cəmiyyətinə və beynəlxalq ictimaiyyətə sübut etmək idi. Buna qismən də olsa nail olunub və proses davam etdirilir.

İkinci hədəf: erməni hərbçiləri Qarabağa hərbi xidmətə getməkdən çəkindirmək, Ermənistan hakimiyyətinin qərarına daxildən təsir etmək idi. Buna tam nail olundu.

– erməni hərbçilərin ailələri övladlarının, yaxud yaxınlarının Qarabağdan geri qaytarılması tələbi ilə çıxış etdilər, bu tələb indi də davam edir;

– erməni ailələr övladlarının, yaxud yaxınlarının Qarabağa hərbi xidmətə göndərilməsinə etiraz etdilər;
– müharibədən sonra Ermənistandan Qarabağa hərbi çağırışçı göndərilməyib;

Bu, məhz erməni diversantların saxlanılmasından sonra gerçəkləşdi.

Üçüncü hədəf: erməni diversantlardan Ermənistanın daxili siyasətinə təsir göstərmək və mina xəritələri ilə "barter” etmək idi. Bu istiqamətdə konkret nəticələr var: Ağdam, Füzuli və Zəngilanın mina xəritələri alındı.

Geri qaytarılan erməni diversantlar arasında Bakıda məhkəmə hökmü ilə 6 aylıq həbs cəzasına məhkum edilənlər var və onların cəza müddəti istintaq dövründə başa çatmış hesab olunur. Görünür, erməni diversantların növbəti dəfə mina xəritələri ilə "barter” edilməsi danışıqları aparılıb və Bakı "barter”dən öcə iki gediş etdi:

1. Erməni diversantları Bakıda məhkəmə önünə çıxardı və hökm oxundu. Cəzalandırılmadan qaytarılması bu ermənilərin rəsmi İrəvanın iddia etdiyi kimi "hərbi əsir” olduğunu qəbul etmək, o cümlədən, müharibədən sonra Qarabağda baş verənlərin Azərbaycanın daxili işi olduğu prinsipinə zidd olardı.

2. Erməni diversantların bir çoxuna 6 aylıq həbs cəzası verilməsi cəzalarının Bakıda başa çatması məqsədi daşıyırdı. Çünki 10 il, yaxud daha çox həbs cəzası verib İrəvana göndərmək olardı, lakin onlar Ermənistana çatan kimi azad olunacaq və qəhrəmanlaşdırılacaqdı. Bakı Ermənistan hakimiyyətinə bu imkanı vermədi.

Və bu gedişlərin nəticəsini belə sıralamaq olar:

– erməni hərbçilərə Bakıda hökm oxumaqla onların "hərbi əsir” yox, diversant olduğu göstərildi;

– yüngül cəza ilə Azərbaycanın məqsədinin ermənilərin iddia etdiyi kimi "qisas” almaq yox, sərhədləri daxilində dövlət təhlükəsizliyini təmin edilməsi olduğu nümayiş etdirildi və bununla presedent də yaradıldı;

– və təbii ki, erməni diversantlardan profillərinə uyğun istifadə olundu: mina xəritələri əldə edildi;

Prosesin davam edəcəyi və digərlərindən də profillərinə uyğun istifadə ediləcəyi gözləniləndir.//aktualinfo.org

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər