Gündəm

Saxtalaşdırma: Qarabağa daşınan ermənilər iki dəfə “şişdi” - NƏ BAŞ VERİR?
 
 
 
 
 
 
 
 
 
 
 
Qarabağa qaytarılan ermənilərin sayında şişirtmələr baş alıb gedir.

Axar.az xəbər verir ki, bütün kommunal xidmətlərin pulsuz olmasına, gündəlik ərzaq təminatını isə Rusiya sülhməramlılarının öz üzərinə götürməsinə (Rusiya Qarabağdakı ermənilərə həftədə adambaşına 5 kq ərzaq yardımı edir), eyni zamanda, onlar üçün evlərin tikintisi və qayıdan "qaçqınlara” Ermənistandakılardan daha artıq "sosial dəstək” göstərilməsinə rəğmən, Qarabağa qayıtmaq və öz həyatını cəhənnəmə çevirmək istəməyən ermənilərin sayı az deyil. Onlardan bəziləri isə gətirildikdən az sonra Xankəndini tərk edirlər.

Rusiya sülhmıramlıları 14 noyabrdan indiyə qədər 52.631 ermənini Qarabağa qaytarıldığını açıqlasa da, Ermənistan bu rəqəmi ən azı iki dəfə şişirdib. Bu gün mediaya açıqlamasında Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyan deyib ki, Qarabağa 100 mindən çox erməni qaytarılıb.

"Qarabağda əvvəl yaşayan ermənilərin, demək olar ki, hamısı geri qaytarılıb”, - o deyib.

Elə bunun ardınca da Arakelyan öz-özünü təkzib edib. Bildirib ki, müharibəyə qədər Qarabağda 140 min erməninin yaşadığını nəzərə alsaq, hazırda təxminən 30 mindən bir az çox qaçqın qalıb Ermənistanda. Diqqət edin, ilk cümləsində "erməni qaçqınların təxminən hamısının” geri qayıtdığını bildirir, sonrakı cümlədə isə 30 mindən bir az çoxunun qaldığını iddia edir.

Digər tərəfdən, ermənilərin qayıdışının məsuliyyəti və təhlükəsizliyi Rusiya sülhməramlılarının üzərindədir. Rusiya MN isə rəsmi statistikanı hər gün təqdim edir və bu rəqəm dəqiqdir. Qaytarılanların sonradan Qarabağı tərk etməsini nəzərə aldıqda bu rəqəm daha az olmalıdır.

Rusiya MN-in statistikasını izləyəndə də bəlli olur ki, artıq bu rəqəm günlük 30-40 nəfərə düşüb. Halbuki ilk günlər 1500-2000 min civarında idi. Yəni nə qədər mümkündürsə, o qədər də - yəni 52.631 nəfər qaytarılıb və bundan sonra cüzi dəyişiklik ola bilər.

Rusiya MN-in yaydığı rəsmi açıqlamanı tam iki dəfə şişirtməkdə məqsəd Qarabağda erməni əhalisinin sayını artırma cəhdidir.

Qeyd edək ki, Azərbaycan rəsmi şəkildə Qarabağda göstərilən 139 min rəqəmini təkzib edib. Prezident İlham Əliyev də açıqlamasında Qarabağda cəmi 60 min civarında erməni yaşadığını bildirib.

Ermənistan sovet dönəmində də Qarabağda yaşayan ermənilərin sayını artırır və yaxud Ermənistanda faktiki yaşayan erməniləri Dağlıq Qarabağ Muxtar Vilayətində qeydiyyata saldırır, bununla da ermənilərin sayını şişirdirdi.

Eyni proses davam edir və Azərbaycan hüquq-mühafizə orqanları artıq prosesə mütləq nəzarət etməlidir.

Son xəbərlər

ABŞ-da yumurta böhranı: Azərbaycan məhsul ixracına başlayır

Tibbi sığorta zərfində xidmətlər genişləndiriləcək

Yol polisi şəxsi telefonu ilə çəkdiyi video əsasında cərimə yaza bilərmi?

“Laser Beauty Clinic”in bağlanan filialından YENİ BİABIRÇI GÖRÜNTÜLƏR: Türkiyəli həkim görün nə paylaşıb / FOTO

Qaradağda əməliyyat: həbslər var

Gələn ay plastik cərrahların fəaliyyətinin yoxlanılması başa çatır

Ərdoğandan qərar: Satışına qadağa qoydu!

Bəşir Süleymanlının həbs edildiyi bildirilir

FHN-dən yanğın təhlükəsizliyi ilə bağlı - Müraciət

Ramin Dekonun həbs müddəti uzadıldı

Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır

Məmməd Alpayın da həbs edildiyi deyilir

Nurlan Librenin həbs müddəti uzadıldı

Bayram günlərində yağış yağacaq, külək əsəcək, temperatur 10-15 dərəcə enəcək - XƏBƏRDARLIQ

Tədris-Cərrahiyyə Klinikasından ŞİKAYƏT - Həkimlərin maaşları aylardır ödənilmir, aparatlar işləmir - RƏSMİ AÇIQLAMA

Baş prokururluq Endokrinoloji Mərkəzdə yoxlamalar aparır- Rəhbər və həkimlər barədə araşdırma başlandı

"DOST" 3.3 milyonluq tenderini də bu şirkətə verdi

Qızılın qiyməti rekord vurur: Bahalaşmaya səbəb nədir?

Xankəndidə ölən erməni qadının meyiti Ermənistana aparıla bilər

Sabah 30 dərəcə isti olacaq

DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edib

Bu içkilər ağız xərçəngi yaradırmış

Prezident Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib

Prezident onları təltif etdi - SİYAHI

Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib

Bu iki bürc ciddi münasibətdən qaçır

Həkim erkən qırışların səbəblərini açıqladı

Rüstəm Xəlilov abadlıq işlərinə 1.5 milyon xərcləyəcək

Azərbaycanda 500 nəfər böyrək GÖZLƏYİR

Rəsmi Bakı Qırğızıstan və Tacikistan arasında sərhəd sazişini ALQIŞLADI

Kurskda kritik vəziyyət: Ukrayna ordusunun bütün yolları bağlandı

Bütün xəbərlər