Gündəm

Bakı erməni terroçuları Yerevana nə üçün təhvil vermədi?
"Aprelin 8-də gecə saatlarında "Erebuni" aeroportunda təyyarənin boş enməsinə görə təkcə terrorçuların ailələri peşman olmayıb, demək olar ki, Azərbaycan əvvəlcədən razılaşdırılmış oyun qaydasının düzgün getmədiyini görən kimi tərs üzünü çevirib. Paşinyan - Putin görüşü, ardınca da Rusiya baş prokurorunun iki ölkəyə səfəri, nəhayət, Putinin Əliyevə zəngi, tərəflərin 10 noyabr razılaşmasına sadiq olmasını ifadə etməsi ilə hər şeyin yolunda olduğu görünür".

Yenisabah.az xəbər verir ki, bu barədə siyasi şərhçi Əziz Əlibəyli bildirib.



Onun sözlərinə görə, proses o qədər rahat və yolunda görünürmüş ki, İrəvandan birbaşa Bakıya uçan təyyarə haqda ilk xəbəri Ermənistan parlamnetinin deputatı Srbuhy Grigoryan öz səhifəsində qeyd edib:

"Erməni deputat sosial şəbəkədə qeyd etmişdi ki, artıq təyyarə bir saata İrəvana enəcək. Lakin az sonra məlum olur ki, sözügedən hava nəqliyyatında pilotlardan başqa heç kim yoxdur. Hətta medianın aeroporta girişi belə qadağan edilir ki, gətirilənlərin kimliyi bilinməsin. İlkin razılaşmaya görə Azərbaycan tərəfi 15 erməni terrorçusunu qaytamaq üçün razılığını bildirir. Amma qarşılığında 10 noyabr razılaşmasının 4-cü bəndinin tam icrasını tələb edir. Yəni, Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir, tərəflərdən heç biri müddətin bitməsinə altı ay qalmış bu müddəanın tətbiqinə xitam vermə niyyətini ifadə etmədiyi halda qalma müddəti avtomatik beş illik müddətə artırılır".

Siyasi şərhçi qeyd edib ki, razılaşmanın pozulmasına səbəb erməni administrasiyasının sosial şəbəkədə yaydığı dezinformasiya və əsassız ittihamlar olub:

"Təyyarənin Bakıdan qalxmasına az qalmış erməni adminstrasiyası sosial şəbəkələr vasitəsilə elan edir ki, Azərbaycan tərəfi 10 noyabr razılaşmasının 8-ci maddəsini (İlk versiya nəzərdə tutulur, düzəlişdən sonra 9-cu maddə), (Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və ölülərin cəsədlərinin mübadiləsi aparılır.) yerinə yetirmir və ittiham tendensiyası başladır. Güman edirəm ki, bu, təyyarənin Bakı aerportundan qalxmasına dəqiqələr qalmış yaşanır. Hətta ola bilsin ki, 15 nəfər erməni əsgəri təyyarəyə oturdulubmuş. Lakin son anda Azərbaycan tərəfi onları qaytarmaqdan imtina edir və bu proseslər şübhəsiz ki, sırf qapalı qapılar arxsında yaşanan proseslərdir. Çünki terrorçularla bağlı proses yaşanmamışdan az əvvəl Azərbaycan XİN-i İKT nazirlərinin görüşündə bildirib ki, Azərbaycan bütün savaş əsirlərini Ermənistana nəql edib".

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər