Gündəm

Həbsdə olan erməni diversantlarla bağlı bunu etməliyik
MUMtv.az: - Azərbaycanda saxlanılan erməni diversantlarla bağlı bəzi ermənipərəst ölkələrin və xarici təşkilatların təzyiqlərinə baxmayaraq, rəsmi Bakı ədaləti mövqeyini qətiyyətli şəkildə saxlamaqdadır. Azərbaycana qarşı törətdikləri cinayətə baxmayaraq, ölkəmiz humanizm nümayiş etdirərək bir neçə gün öncə diversantların ailələrinə videomüraciət etməsinə şərait yaratdı. Bundan əvvəl isə onların ailələri ilə telefonla danışmasına şərait yaradılmışdı. Amma bütün bu humanist davranışlara baxmayaraq, Ermənistan rəhbərliyi də daxil olmaqla, bəzi Qərb dövlətlərinin Azərbaycana qarşı bu məsələdə qərəzli münasibəti davam edir.

Aprelin 28-də bir sıra ölkələrin parlament rəhbərlərinin "Beynəlxalq sülh və etimadın möhkəmləndirilməsində parlamentarilərin rolu” mövzusunda onlayn görüşündə Ermənistan parlamentinin spikeri yenidən bu mövzunu gündəmə gətirib, onların guya hərbi əsir olduğunu iddia edib. Milli Məclisin spikeri Sahibə Qafarova bu yalana cavab verib və onların hərbi əsir olmadığını bir daha nəzərə çatdırıb.

Bundan sonrakı mərhələdə əsas sual odur ki, Azərbaycan mümkün təzyiqlərə tutarlı cavab verərək, həmin terrorçuların cəzalandırılmasına necə nail olmalı, məsələni hansı yöndə həll etməlidir?

Bununla bağlı politoloqların, hüquq müdafiəçilərinin fikri birmənalıdır. Məhkəmə prosesi sürətləndirilməli və cinayət işi üzrə toplanmış faktlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, həmin Ermənistan vətəndaşları 10 noyabrdan sonra Azərbaycana göndərilib və hərbçilərimizə atəş açıblar. Ona görə biz onları terrorçu hesab edirik: "10 noyabra qədər bütün əsirlər təhvil verilib. Ancaq Ermənistan hakimiyyəti xaricdəki havadarları vasitəsilə aylardır Azərbaycana qarşı ”əsir" kampaniyası təşkil edib və açıq etiraf etmək lazımdır ki, Qərbin müxtəlif mərkəzlərindən dəstək görürlər. Ermənilər "əsir” mövzusundan Azərbaycana qarşı siyasi təzyiq alət kimi istifadə edirlər. Fransa və ABŞ-dakı ermənipərəst dairələrin "əsir” mövzusunu qanunverici orqanlara çıxarması da istisna deyil, artıq "təşəbbüs qrupları” formalaşıb. Azərbaycan haqlıdır, ancaq Ermənistan + erməni lobbisi + Qərbdəki mərkəzlər bizi haqsız duruma sürükləmək istəyirlər. Ona görə də bizim nəzarətimizdə olan erməni terrorçuları barədə konsepsiyamız olmalıdır. Elə olmasın ki, təzyiq artdıqca biz onları sərbəst buraxmaq barədə qərar vermək məcburiyyətində qalaq".

E.Şahinoğlunun sözlərinə görə, biz illərlə Dilqəm Əhmədov və Şahbaz Quliyev üçün beynəlxalq təşkilatlardan dəstək ala bilmədik, lakin indi onlar erməni terrorçularının müdafiəsi üçün canfəşanlıq edirlər: "Erməni separatçıları illərlə iki Azərbaycan vətəndaşını həbsxanada saxladı, günahları o idi ki, işğal altındakı ərazidə qohumlarının məzarlarını ziyarət etməyə getmişdilər. Biz vətəndaşlarımızı azad etmək üçün Qərbin heç bir siyasi mərkəzindən və ya beynəlxalq təşkilatdan dəstək ala bilmədik. Ancaq indi həmin mərkəzlər və beynəlxalq təşkilatlar erməni terrorçuları məsələsində bizə təzyiqi artırıblar. Ona görə həmin terrorçular üzərində məhkəmə işini sürətləndirməliyik. Ya da onların bir qisminin sərbəst buraxılmasını şərtlərimizin yerinə yetirilməsi ilə əlaqələndirməliyik. Bütün hallarda bu terrorçularla bağlı nə edəcəyimizi dəqiq müəyyənləşdirməliyik. Digər tərəfdən, təzyiq qarşısında hücum diplomatiyasını gücləndirməliyik. Azərbaycanın ombudsmanının da fəallığını artırmağa ehtiyac var”.

Hüquq müdafiəçisi Çingiz Qənizadə də "Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, məhkəmə prosesləri sürətləndirilməlidir: "Onların etirafları dünya ictimaiyyətinə təqdim olunmalıdır ki, həmin terrorçular hansı tarixdə, hansı məqsədlə Ermənistandan Azərbaycan ərazilərinə gətiriliblər, qarşılarına qoyduqları məqsəd nə idi... Şübhəsiz ki, məqsədləri terror aktları törətmək, atəşkəsi pozmaq, sülh prosesinə təsir göstərmək və sair olub. Bu kimi ifadələr cəmiyyətə, dünya ictimaiyyətinə təqdim edilməlidir, məhkəmə prosesləri sürətlə aparılmalıdır. Onların əməlləri vahid bir cinayətə yönəlib - terror aktları törətmək və qanunsuz olaraq ərazilərimizə keçmək. Bundan sonra onların məhkəmə prosesindən etirafları görüntülü şəkildə dünyaya təqdim olunmalıdır. Daha sonra onlar haqqında hökm çıxarılmalıdır. Hökm çıxarıldıqdan sonra cənab Prezidentin konstitutsion hüququ var ki, gələcəkdə onları lazım gələrsə əfv etsin və ya üçüncü dövlətin xahişi ilə həmin dövlətə göndərsin. Bu, sonrakı proseslərdir. İndiki mərhələdə isə biz onların cinayətkar olmalarını, Azərbaycan ərazisinə hansı tarixdə, nə yolla, hansı məqsədlə gətirilmələrini beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Hesab edirəm ki, istintaq orqanları onsuz da operativ işləyirlər. Qarabağda baş verən hadisələri araşdırmaqla bağlı bizim çoxsaylı hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib, iş yükləri çoxdur. İş yüklərinin çoxluğunu nəzərə alaraq, biz neçə aydır bu prosesi gözləyirik. Ancaq indiki vaxtda, Qərbin bu məsələdən istifadə edərək Azərbaycana təzyiqləri gücləndirmək, bu məsələ üzərindən alver etmək cəhdləri yolverilməzdir. Ona görə də hesab edirəm ki, bu işin istintaqı təcili yekunlaşmalı, açıq məhkəmə iclası keçirilməlidir. Bundan sonra isə dünya onları hərbi əsir kimi yox, cinayətkar, terrorçu kimi tanıyıb, Azərbaycan dövlətindən, Prezidentindən xahiş edəcəklər ki, onları əfv edin. Bu isə başqa məsələdir və cənab Prezidentin səlahiyyətinə aiddir”.

Deputat Asim Mollazadə də "Yeni Müsavat”a danışarkən vurğuladı ki, diversant qrupunun törətdiyi cinayətlərlə bağlı araşdırmalar, cinayət işi davam edir: "Ermənistanda yenidən hansısa revanş arzusu ilə yaşayan, Azərbaycanın mülki əhalisinə böyük zərbə endirən bir siyasət də var. O da Ermənistanın Qarabağda yerləşən külli miqdarda minaların xəritəsini verməməsidir. Bunun özü də hərbi cinayət deməkdir. Çünki Ermənistan minaların xəritəsini verməməklə təkrarən, hər zaman olduğu kimi, mülki əhalini, uşaqları, qadınları hədəf seçir. Mənə elə gəlir ki, Ermənistan dünyadan nə isə tələb etməzdən öncə ilk növbədə hərbi cinayətləri dayandırmalı və öz öhdəliklərini yerinə yetirmək barədə düşünməlidir. Söhbət Zəngəzur dəhlizinin açılmasından və bu istiqamətdə Ermənistanın üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməkdən, minaların xəritəsini verməkdən və sülh istiqamətində real addımlar atmaqdan gedir. Azərbaycan Ermənistandan bir şey tələb edir- ərazi iddialarına son qoysun. Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan Ermənistanı çox ciddi layihələrə dəvət edə bilər. Digər tərəfdən, Ermənistan da bölgədə əməkdaşlıq prosesinə qoşularaq çox dərin iqtisadi və sosial böhrandan çıxa bilər. Ermənistan diasporası Nijdenin ideologiyası ilə qisas, müharibə fikirləri ilə yaşayır, bir sıra ölkələrdə Azərbaycana qarşı böhtan kampaniyası aparırlar. Eyni zamanda Ermənistanda yaşayan erməniləri yenə də öz mifologiyalarına qurban etmək istəyirlər. Onlar ermənilər barədə düşünmürlər, öz ərazi iddiaları ilə erməniləri qurbana çevirirlər”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər