Gündəm

ERMƏNİLƏR QAŞINIRLAR: MÜHARİBƏ İSTƏYİRLƏR...
Son dönəmlər Xankəndinin yaxın gələcəkdə Azərbaycanın nəzarəti altına keçəcəyinə dair xəbərlər intensiv şəkil alıb. Hətta Azərbaycandakı bir sıra təşkilatlar da qeyd edirlər ki, bu məsələ 10 noyabr razılaşmasında yer alıb.

MUMtv.az  JAMAZ.İNFO-ya istinadən  xəbər verir ki, bu açıqlamalar və məlumatlardan sonra Qarabağda yaşayan ermənilər narahat olmağa başlayıblar. Daha doğrusu, əhali deyil, Qqarabağdakı terrorçuların nümayəndələri narahatdırlar. Bu gün isə Qarabağdakı erməni terrorçularının nümayəndəsi, özünü "”DQR parlamentinin spikeri” kimi təqdim edən Artur Tovmasyan yerli sakinlərə müraciət edib. Müraciətinin əsas məğzi isə Xankəndinin Azərbaycana verilməyəcəyi, üstəlik, keçmiş DQMV-nin sərhədlərini "bərpa edəcəkləri” ilə bağlıdır.

Tovmasyan iddia edib ki, 10 noyabr razılaşmasında Xankəndinin Azərbaycana veriləcəyi ilə bağlı hər hansı bir bənd mövcud deyil. Onun sözlərinə görə, belə bir şeyin olması mümkün deyil. "Bu gün Qarabağın təhlükəsizliyinin təminatçıları rus sülhməramlıları və Qarabağ ordusudur. Qarabağ heç bir şəkildə Azərbaycanın tərkibində ola bilməz və hətta hər hansı vertikal tabeçilik də mümkün deyil”.

Terrorçuların nümayəndəsi daha sonra bildirir ki, ATƏT-in Minsk Qrupu yenidən fəaliyyətə başladıqdan sonra onlar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətin sərhədlərini bərpa edəcəklər. "Minsk Qrupunun üzvləri də yaxşı bilirlər ki, Qarabağda yaşayan xalqın təhlükəsizliyinin təminatı onun statusu ilə bağlıdır. Təhlükəsizlik və dəqiq status Qarabağın erməniləsizləşdirilməsinə imkan verməyəcək”.

Tovmasyan özlərini "sülhpərvər” göstərməklə qalmayıb, hətta müharibə sözünü də dilə gətirib. "Biz sülhpərvər xalqıq. Qonşularımızda sülh və əminamanlıq içində yaşamaq istəyirik. Lakin bir həqiqət var, əgər danışıqlar baş tutmursa, deməli, müharibə başlamalıdır”.

P.S. Ermənilərin nə deməsindən, hansı təbliğat aparmasından asılı olmayaraq, Xankəndi Azərbaycan ərazisidir və tezliklə orada Azərbaycan Bayrağı dalğalanacaq, erməni əhali də bizimlə birlikdə yaşamaq məcburiyyətindədir. Tovmasyan və onun havadarlarının hansı iddiaya düşməsindən asılı olmayaraq, Azərbaycan Xankəndi və onun ətrafında hər hansı hərbi birləşmə, dəstə və ya ordunun mövcudluğuna imkan verməyəcək. Qaldı, ermənilərin müharibə sözünü yenidən dillərinə gətirməsinə, bu bizim üçün daha sərfəlidir. Çünki 44 günlük müharibədə darmadağın etdiyimiz erməni ordusunun qalıqlarını, əzmək Azərbaycan Ordusu üçün elə də çətin məsələ deyil. Tovmasıyanın "danışıqların alternativi müharibədir” deməsi, onların qudurmasının, kimlərəsə güvənməsinin təzahürüdür ki, bu dəfə Ordumuz onların da başını əzəcək.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər