Gündəm

  İDDİA: Qasparyan qoşunları Qarabağa göndərəcəkmiş... - Ermənistanda hərbi çevrilişə cəhdin sirri açılır
 
 
 
 
 
 
 
 
Xəbər verildiyi kimi, dünən Ermənistanda hərbi çevrilişə cəhd olunub. Belə ki, Ermənistan ordusunun Baş Qərargah rəisi Onik Qasparyan və daha bir neçə general baş nazir Nikol Paşinyanın istefasını tələb edirblər. JAMAZ.İNFO xəbər verir ki, Paşinyanın "İsgəndər” raketləri ilə bağlı verdiyi açıqlamadan sonra onu ələ salan açıqlamalar verən Baş Qərargah rəhbərliyi bir neçə saat sonra istefaya göndərilib.

Qeyd edək ki, Ermənistan hökuməti Onik Qasparyan və başının dəstəsini dövlət çevrilişi etməkdə ittiham edib. Onlara qarşı cinayət işinin açılacağı gözlənilir. Lakin hazırda gərginlik davam edir və Paşinyan Rusiyanın maraqlarını müdafiə edən erməni generallarını cəzalandırmaq üçün hüquqi əsaslar axtarır.

JAMAZ.İNFO xəbər verir ki, erməni mənbələri hərbi çevriliş cəhdinin arxasında dayanan detallarla bağlı maraqlı məlumatlar yayıblar. Həmin məlumatlara görə, Onik Qasparyan və onunla həmfikir olan generallar Paşinyanı devirdikdən sonra daxildəki prosesləri nəzarətə almaq, qısa müddət ərzində ordunu toplayaraq, Qarabağa göndərmək fikrində olublar. İddia olunur ki, Qasparyan və korpus komandirlərinin bununla bağlı planları olub və məqsəd Qarabağda hərbi əməliyyatları yenidən başladıb, daxili auditoriyanın diqqətini bu şəkildə yayındırmaq istəyiblər.

Maraqlı detallardan biri də odur ki, Ermənistan Ordusunun Qarabağa göndərilməsi və yeni müharibənin başlanmasını təşviq edənlər sırasında Robert Koçaryan və Serj Sarkisyan da olmalıymış. Belə ki, onlar Qasparyanın planını dəstəkləyərək, Qarabağa qoşun göndərilməsi və müharibənin başladılmasını "Ermənistan ordusunun qüurunu geri qaytarmaq” kimi qiymətləndiriləcəkmişlər.

Qeyd edək ki, Onik Qasparyan və bir sıra erməni generalları Rusiya xüsusi xidmətinə bağlı şəxslər hesab edilir. Elə Koçaryan və Sarkisyan da bu statusdan xali deyillər. Yəni, onlara da rusların dəstək verdikləri sirr deyil. Lakin bu məlumatlardan anlaşılmayan bir məqam odur ki, noyabrın 10-da sülh bəyanatı imzalatdıran, Qarabağa sülhməramlı adı ilə qoşun yeridən Rusiya, təkrar müharibəyə hansı əsaslarla gərək görüb? Çünki Rusiya illərdən bəri arzuladığı ən böyük planlarından birini həyata keçirib və Azərbaycan ərazisində hərbi baza yaradıb. Onun Qarabağda qalması 5 il müddətini əhatə edəcək və bu müddət nisbidir. Ona görə ki, sülhməramlı adı altında Qarabağa yerləşmiş rus ordusunun oradan çıxarılması çox çətin olacaq. Daha doğrusu, rusların Qarabağdan çıxamaq kimi hər hansı fikirləri yoxdur. Belə olan təqdirdə, öz agent şəbəkəsi vasitəsi ilə yenidən müharibəyə start verməyin nəyə hesablandığı kifayət qədər maraqlıdır.

Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər