Gündəm

Ermənistan atəşkəsi niyə pozdu?
Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətə uğradı.

Azərbaycan işğal altındakı torpaqlarını hərbi əməliyyatlarla azad etdi və nəticədə Ermənistan 10 noyabr bəyanatına imza atmaq məcburiyyətində qaldı.

10 noyabr bəyanatından sonra bölgədə hərbi əməliyyatlar dayandırıldı və Ermənistan təslimçi sülhə tabe olmağa məcbur oldu.

Bu günlərdə isə Ermənistan yenidən təxribata əl atıb. Belə ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, Ermənistan Qazax istiqamətində atəşkəs rejimi pozub.

Qeyd olunub ki, fevralın 2-də saat 05:00 radələrində Ermənistan silahlı qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.

Ermənistanın bu təxribatının arxasında nə dayanır? 44 günlük müharibədən məğlub çıxan Ermənistan yenidən müharibə istəyir?

Politoloq Qabil Hüseynli məsələni Cebhe.info-ya şərh edib.

Politoloq hesab edir ki, bu, Baş nazir Nikol Paşinyana qarşı olan qüvvələrin törətdiyi təxribatdır:

"Ermənistanın sabiq prezidentləri Serj Sarkisyanın və Köçəryanın adamları ordu içərisində kifayət qədərdir. Onlar hər vasitə ilə Azərbaycanı provokasiyaya çəkmək istəyirlər. Bunu Qazax istiqamətində ona görə edirlər ki, KTMT-nin də məsələlərə qarışmaq imkanı olsun. Ermənilər dinc durmayacaq, amma bu onlar üçün ağır olacaq. Baş verən insident araşdırılacaq və həmin adamların kimliyi və hansı səbəbdən bunu etdikləri aydınlaşdırılacaq. Düşünürəm ki, təhlükəli presidentdir, amma Ermənistanda daxili proseslərdən qaynaqlanan və mərkəzi hakimiyyətə tabe olmaq istəməyən qüvvələrin əməlləri olduğuna şübhə etmirəm”.

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər