Gündəm

Bayrağımız Xankəndində MÜTLƏQ DALĞALANACAQ!
Qarabağdakı qondarma rejimin qanunsuz silahlı dəstələrinin - "ordu”sunun buraxılacağı barədə xəbər yayılıb. Bunun ardınca terrorçu rejimin "xarici işlər nazirliyi” və digər "qurumları”nın da ləğv ediləcəyi haqda iddialar erməni mediasında və teleqram kanallarında tirajlanıb. Bu kimi xəbərlərdən ciddi şəkildə narahat olan Qarabağ terrorçularının başçısı, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən barəsində cinayət işi açılan Araik Arutyunyan çevrənin daraldığını gördüyü üçün hərəkətə keçib. Arutyunyan "ordu” və "nazirlik”lə bağlı xəbərləri təkzib edib və bunları dezinformasiya adlandırıb. Həmçinin belə xəbərlərin ermənilər tərəfindən yayılmasından təəssüfləndiyini bildirib.

Baş terrorçu "bütün dövlət orqanları”nın işinə davam edəcəyi haqda sərsəm fikirlər söyləməklə Qarabağdakı bir ovuc erməninin qaçıb aradan çıxmasını əngəlləməyə və onları girovluqda saxlamaqla özünü də sığortalamağa çalışıb. Deyib ki, bütün diqqəti "artsax”ın qurulmasına, təhlükəsizliyin bərpa olunmasına, əsirlərin qaytarılması və itkinlərin tapılması prosesinə yönəltmək lazımdır.

Azərbaycan cəmiyyətinin, dövlətinin haqlı istəyi, hədəfi isə Xankəndində bayrağımızın qaldırılması, suverenliyimizin burada da bərpasıdır. Azərbaycan dövləti yaxın gələcəkdə bu hədəfə çata biləcəkmi? Bunun üçün hansı şərtlər lazımdır? Azərbaycan qalib tərəf olaraq bu hədəfi asanlıqla gerçəkləşdirə biləcəkmi? Nə etməliyik? Ermənistan cəmiyyəti ilə hansı formada davranmalıyıq ki, onların fikirlərini dəyişə bilək? Rusiyanın, Türkiyənin, Qərbin və Ermənistan cəmiyyətinin bu məsələdə davranışından çox şey asılıdırmı?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, Azərbaycanın artıq Xankəndində hakimiyyətini bərpa etməkdə olduğu haqda fikirlərə təkcə Azərbaycan və Ermənistan mediasında deyil, Rusiya və Türkiyə mətbuatında da yer ayrılır. Sosial şəbəkələrdə də bu məsələ geniş müzakirə olunur. Ermənistanda, Dağlıq Qarabağda bu fikirləri təkzib etməyə, özlərinə ürək-dirək verməyə çalışırlar. Qərbi, hətta Fransanı bu məsələ demək olar ki, maraqlandırmır. Deməli, haqq-ədalətin yerini alması üçün şərait tam olaraq yetişib: "Hər şey Azərbaycanın özündən asılıdır, dövlət, hakimiyyət və cəmiyyət olaraq təkidli olmalı, erməni quldurlarına heç bir şans verməməliyik. Azərbaycan bütün danışıqlarda bu məsələni təkidlə qoymalıdır, yəni qanuni haqqımızı tələb etməlidir. Türkiyədən də çox şey asılıdır. Hörmətli Prezident Ərdoğanın 2020-ci ilin 14 oktyabrında dediyi sözü, ”ad günümü fevralın 26-da Xocalıda keçirəcəyəm" sözünü də xatırlayırıq. Hesab edirik ki, bunun üçün heç bir ciddi maneə yoxdur. Ermənistan cəmiyyəti və hakimiyyəti həm hüquqi, həm də fiziki cəhətdən müqavimət göstərəcək gücdə deyil. Hər şey bizim xeyrimizədir. Tam nəticəyə nail olmaq üçün Ermənistana və Dağlıq Qarabağdakı quldurlara qarşı daha sərt və güzəştsiz davranmalıyıq. Onlara güzəşt edəndə zəiflik kimi başa düşürlər. Ona görə də ancaq sərt və təkidli təzyiqlər göstərilməlidir".

AMİP katibi Əli Orucov isə bildirdi ki, cəmiyyəti düşündürən əsas suallardan biri Xankəndində bayrağımızın nə zaman ucalacağıdır: "Onu da nəzərə almaq lazımdır ki, 44 günlük müharibədə Azərbaycan mümkün olan nə varsa onu da etdi. Azərbaycan çətin də olsa Xankəndində və digər ərazilərdə suverenliyini bərpa edəcək. Məsələlər mərhələ-mərhələ həyata keçirilir. Bütün məsələləri eyni anda həll etmək təbii ki, mümkün deyil. Ermənilər reallıqlara nəzərə almaq məcburiyyətində qalacaqlar. Reallıqlar onu diktə edir ki, qonşularla, o cümlədən Azərbaycanla normal münasibətlər qurulmalıdır. Azərbaycan beynəlxalq birliklə, ayrı-ayrı dövlətlərlə işini gücləndirməlidir, Qərb dairələrinə bəhanə verməməlidir, strateji müttəfiqlərinin sayını artırmalıdır, ordusunu daha da gücləndirməlidir, daxildə demokratik islahatlar aparmalıdır. Bütün bu və digər işləri həyata keçirsək, Xankəndində bayrağımızın qaldırılmasını reallaşdıracağıq”.
"Yeni Müsavat”

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər