Gündəm


MUMtv.az: - Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan Baş naziri arasında 10 noyabrda imzalanan bəyannamədə nəzərdə tutulan məsələlərdən biri də Naxçıvana quru yolunun bərpasını təmin edəcək Zəngəzur dəhlizinin açılmasıdır.

Azərbaycan Qarabağda yaşayan erməni əhalinin Ermənistanla əlaqələrini təmin edəcək Laçın dəhlizi ilə bağlı üzərinə götürdüyü məsələləri yerinə yetirsə də, hələ də Zəngəzur dəhlizi məsələsi öz həllini tapmır. Azərbaycan hakimiyyəti isə bu məsələdə qərarlıdır. Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir daha vurğulayıb:

"Biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq"

Prezident bu məsələdə əsas rəqibin zaman amili olduğunu deyib: "Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə də bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır".

Göründüyü kimi, Azərbaycan qətiyyətini bir daha ortaya qoyub. Ermənistanın isə Vətən müharibəsindən sonra yaranmş vəziyyəti doğru dəyərləndirməsi onun özü üçün vacibdir.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistan 10 noyabr bəyannaməsində öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir:

"Amma görürük ki, Ermənistanda dəhlizin açılmaması üçün manipulyasiyalar edirlər, Azərbaycana müəyyən ağır şərtlər sürmək istəyirlər. Prezident İlham Əliyevin prinsipial mövqeyi, Ermənistana və onun havadalarına verdiyi mesajdan bəlli olur ki, Azərbaycan bu məsələnin üzərində çox ciddi dayanıb. Görünür ki, dəhlizin açılması üçün Azərbaycan bütün variantlardan istifadə edəcək”.

Zəngəzur dəhlizinin təkcə Azərbaycan üçün önəm kəsb etmədiyini, Türkiyə üçün də vacib olduğunu deyən politoloq hesab edir ki, rəsmi Bakı bu istiqamətdə Ankara ilə birgə fəaliyyət göstərməlidir:

"Rusiya da bu məsələdə müəyyən dərəcədə maraqlıdır. Rusiyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycana müəyyən şərtləri var. Görünür, bu şərtlər daxilində müəyyən tənzimləmələr etməyə çalışırlar. Ona görə də Prezident İlham Əliyev heç bir şərt qəbul edilmədən bu məsələyə ciddi şəkildə nail olunacağını qeyd etdi. Bu, həm də Ermənistana müəyyən təzyiq vasitəsidir, Azərbaycan qalib ölkədir. Ermənistanda isə revanşist açıqlamalar verilir. "Nəyin bahasına olursa-olsun” açıqlaması Ermənistanda siyasi böhrana, cəmiyyətdə böyük bir rezonansa gətirib çıxarır”.

Politoloq bildirib ki, regionda 7 ay əvvəl qalib eyforiyada açıqlamalar verən Ermənistanın indiki durumu acınacaqlıdır:

"Bununla bağlı rəsmi açıqlamalar verilir, Rusiyaya şikayət edilir. Amma görünür, Azərbaycan tərəfi Prezidentin dediyi kimi Zəngəzur məsələsində hər bir varianta əl ata bilər. Çünki bu gün Azərbaycan üçün həyati məsələ Naxçıvana quru yolu əldə etməkdir. Hesab edirəm ki, Azərbaycan bu məsələni həll edəcək və Naxçıvana yol açılacaq. Ermənistanda seçkilərdən sonra Nikol Paşinyan da buna gedə bilər. Düşünürəm ki, Paşinyanın komandası da bu məsələdə maraqlı olacaq. O öz çıxışında məsələnin Ermənistanın maraqlarına cavab verdiyini demişdi”.

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər