Gündəm

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “E-Şikayət” sisteminin imkanlarını genişləndirir.

"MUMtv.az" xəbər verir ki, artıq vətəndaşlar adıçəkilən sistem üzərindən xidmətindən narazı qaldıqları poçt (karqo) rabitəsi operatorlarından tənzimləyici quruma şikayət edə biləcəklər. Bunun üçün istifadəçilər əvvəlki qaydada müvafiq link vasitəsilə “E-Şikayət” sisteminə daxil ola bilərlər. İstifadəçilər “İdentifikasiya nömrəsi ilə” bölməsinə daxil olduqdan sonra avtomatik olaraq “Abunəçi” səhifəsinə yönləndirilirlər. Daha sonra isə vətəndaş üçün avtomatik yaradılmış “Abunəçi kabineti”ndən müraciət və ya şikayəti tənzimləyici qurum olan İKTA-ya ünvanlamaq imkanı əldə edilir.


Qeyd edək ki, hazırda həm də “E-Şikayət” sistemi vasitəsilə internet, telefon rabitəsi, mobil internet və mobil telefon kimi telekommunikasiya xidmətləri üzrə də müraciətlərin qəbulu həyata keçirilir.

“E-Şikayət” sistemindən istifadə ilə bağlı ətraflı məlumatı vizual təlimata nəzər yetirməklə əldə etmək olar. Vətəndaşlar, həmçinin sürətli poçt rabitəsi xidməti göstərən lisenziyalı poçt rabitəsi operatorlarının interaktiv siyahısı ilə İKTA-nın rəsmi saytında tanış ola bilərlər.

Adıçəkilən sistemdə vətəndaşlarla yanaşı, poçt rabitəsi operatorlarının da müvafiq səhifəyə daxil olması üçün imkan yaradılıb. Belə ki, lisenziyalı poçt rabitəsi operatorlarının sistemin idarə olunması üzrə təlimatlandırılmış əməkdaşı müraciət və ya şikayətlə tanış olmaq və onu icra etmək üçün qeyd olunan linkə keçid edərək “ASAN İmza” və ya “SİMA Token” (Elektron İmza) giriş üsullarından birini seçib şirkətin rəsmi səhifəsinə daxil ola biləcək.

Xatırladaq ki, 2023-cü ilin noyabrında yaradılan “E-Şikayət” sistemi üzrə indiyə qədər 600-dən artıq müraciət daxil olub və onların böyük əksəriyyəti müsbət həllini tapıb.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Son xəbərlər

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

“Azərsu”da kütləvi ixtisarlar başlandı

Şərurlu İsfəndiyar saxlanıldı – Təfərrrüat

80 manat alan neçə müharibə veteranı var? — Rəsmi CAVAB

"Ermənistan rus qoşunlarına ehtiyac olmadığını elan edib" - Xandanyan

Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ

Taksilərdə minimal gediş haqqı 4,5 AZN olacaq? — AÇIQLAMA

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edildi

Lavrov səhvən Putinə "uzunqulaq" dedi - VİDEO

Pənah Hüseyn namizəd olacağı dairəni açıqladı

Mirzoyan Avropa Şurasının sessiyasında delimitasiyadan DANIŞDI

Cavanşir körpüsü sökülür - RƏSMİ

Pakistanda qızlar məktəbinə bombalı hücum

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı

Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı- SƏBƏB

Şuşanın Baş planı barədə məlumat verildi

Alimlərin maddi təminatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənistan Peskovun dediklərini təkzib etdi

Müzakirələrə səbəb olan vakansiyalar üzrə hansı tələblər qoyulur?

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Qubad İbadoğlu siyasətdən getdi

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Müsavatda növbəti seçki - Namizədlər açıqlandı

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? - AÇIQLAMA

Sülhlə bağlı danışıqlar Ermənistan-Azərbaycan sərhədində keçirilə bilər

Bütün xəbərlər