Gündəm

Azərbaycanda 5G Strategiyasının hazırlanması ilə bağlı İşçi Qrupu yaradıldı

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyi ilə Azərbaycanda “5G Strategiyasının hazırlanması üzrə” İşçi Qrupu yaradılıb.

"MUMtv.az" xəbər verir ki, İşçi Qrupu İKTA-nın Azərbaycanda 5G infrastrukturunun qurulması və geniş tətbiqi məqsədilə 5G Strategiyasının hazırlanması üzrə tədbirlər planı çərçivəsində yaradılıb. İşçi Qrupunda ölkədə 5G şəbəkəsinin tətbiqində maraqlı olan bazar iştirakçılarının, o cümlədən ölkədə fəaliyyət göstərən mobil operator, telekommunikasiya sahəsində fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri təmsil olunur.

İşçi Qrupunun əsas məqsədi Azərbaycanda növbəti illər ərzində rəqəmsal cəmiyyətin davamlı inkişafını təmin etmək üçün ən müasir və yeni yaranan texnologiyaların yayılması üzrə tələbləri özündə əks etdirən vahid 5G Strategiyasını hazırlamaqdır.
5G Strategiyasının məqsədi ölkədə təhlükəsiz və dayanıqlı beşinci nəsil (5G) infrastrukturunun inkişafı və tətbiqi üçün bütün maraqlı tərəflərin yanaşmalarını nəzərə almaqla strateji yanaşmanı formalaşdırmaq və müştəri təcrübəsində əhəmiyyətli təkmilləşdirmələrə nail olmaqdır.

İşçi Qrupunun iştirakı ilə mütəmadi görüşlərin keçirilməsi, 5G Strategiyasının hazırlanması zamanı vacib olan mərhələlər və onların icrası ilə bağlı görüləcək işlərə dair müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.


Son xəbərlər

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

“Azərsu”da kütləvi ixtisarlar başlandı

Şərurlu İsfəndiyar saxlanıldı – Təfərrrüat

80 manat alan neçə müharibə veteranı var? — Rəsmi CAVAB

"Ermənistan rus qoşunlarına ehtiyac olmadığını elan edib" - Xandanyan

Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ

Taksilərdə minimal gediş haqqı 4,5 AZN olacaq? — AÇIQLAMA

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edildi

Lavrov səhvən Putinə "uzunqulaq" dedi - VİDEO

Pənah Hüseyn namizəd olacağı dairəni açıqladı

Mirzoyan Avropa Şurasının sessiyasında delimitasiyadan DANIŞDI

Cavanşir körpüsü sökülür - RƏSMİ

Pakistanda qızlar məktəbinə bombalı hücum

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı

Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı- SƏBƏB

Şuşanın Baş planı barədə məlumat verildi

Alimlərin maddi təminatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənistan Peskovun dediklərini təkzib etdi

Müzakirələrə səbəb olan vakansiyalar üzrə hansı tələblər qoyulur?

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

Bütün xəbərlər