Gündəm

“AzerGold” QSC kadr hazırlığı sahəsində fəaliyyətini genişləndirib

"MUMtv.az" bildirir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) dağ-mədən sahəsində uğurlu fəaliyyəti ilə ölkəmizin qeyri-neft sektorunun inkişafı ilə yanaşı, məşğulluq, ixtisaslı kadr hazırlığı istiqamətində dövlət siyasətinə töhfə verməyə davam edir. Belə ki, Daşkəsən və Göygöl rayonlarında aktiv hasilat, həmçinin Daşkəsən rayonunda aktiv istehsalat fəaliyyəti həyata keçirən QSC-nin 2022-ci ildə təsdiqlənmiş ştat cədvəlinə uyğun olaraq, faktiki 563 nəfər işçi olmaqla, ümumilikdə mədən ərazilərində çalışan podratçı şirkətlərlə birgə 2000 nəfərdən artıq işçi üçün müasir standartlara cavab verən iş şəraiti yaradılıb.

2022-ci ildə QSC-nin törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də isə ümumi olaraq 265 nəfər daimi işlə təmin olunub.
2023-cü ildə layihələrin icrası ilə əlaqədar həm “AzerGold” QSC, həm də onun törəmə cəmiyyətlərində yeni iş yerlərinin açılması, daimi işçi sayının artırılması planlaşdırılıb. Cari il təsdiq olunmuş yeni ştat cədvəlləri üzrə əməkdaş sayının “AzerGold” QSC-də 750, törəmə şirkətlərdə isə ümumilikdə 291 nəfər olmaqla, ümumilikdə 1041 nəfərə çatdırılması nəzərdə tutulub.

Yeni əməkdaşların məşğulluğa cəlb edilməsi prosesində vacib məsələlərdən biri də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyü
əməliyyatlarında iştirak etmiş qazilərimizin, şəhid ailə üzvlərinin işlə təminatıdır. Hazırda Cəmiyyətdə 44 nəfər Vətən müharibəsi iştirakçısı, 10 nəfər 1-ci Qarabağ müharibəsi veteranı, 1 nəfər müharibə əlili və 10 nəfər şəhid ailəsi üzvü çalışmaqdadır. Cari il də bu kateqoriyadan olan
vətəndaşların işlə təminatı məsələsinə müvafiq ixtisas və peşə bacarıqlarına uyğun olaraq xüsusi diqqət yetirilir.

“AzerGold” QSC tərəfindən dağ-mədən sənayesinin inkişafı üçün vacib sayılan kadr potensialının artırılması istiqamətində də fəal iş aparılır. Bu məqsədlə ölkədə fəaliyyət göstərən 8 ali təhsil müəssisəsi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə sıx əməkdaşlıq əlaqələri qurulub. Təhsil müəssisələri ilə əldə edilmiş razılaşmalar əsasında tələbələrin həm QSC-nin baş ofisi, həm də istehsalat sahələrində təcrübə keçmələri üçün
şərait yaradılır. Beləliklə, ali və peşə təhsili müəssisələrində elmi-nəzəri biliklər əldə edən tələbələr əyani surətdə istehsalat təcrübəsinə də yiyələnmiş olurlar. Həmçinin Səhmdar Cəmiyyətin mütəxəssisləri tələbələrə mühazirələr oxuyur, ustad dərsləri keçir, eləcə də müxtəlif müsabiqələr, stimullaşdırıcı tədbirlər həyata keçirirlər. Bugünədək 190 nəfər tələbə və məzun sözügedən təcrübə proqramında iştirak edib, 27 nəfər Cəmiyyətdə işlə təmin olunub.

Eyni zamanda, artıq ikinci ildir ki, “AzerGold” QSC ölkəmizdə fəaliyyət göstərən ali və peşə təhsili müəssisələrinin tələbələri üçün Təqaüd proqramı müsabiqələri təşkil edir. Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında zəruri kadrlarla təminatı, müvafiq ixtisaslarda yerli mütəxəssis bazasının inkişaf etdirilməsi məqsədilə elan edilən müsabiqələrdə qalib gələn tələbələr proqrama cəlb edilir, məzun olduqdan sonra onların
müvafiq vakansiyalar üzrə işlə təminatı istiqamətində Cəmiyyətin tələbatına uyğun olaraq zəruri addımlar atılır.

Son xəbərlər

Yuxuda su görmək

Bethovenin sirlərini saç telləri açdı

İsveç parlamenti NATO-ya üzv olmağa razılıq verib

Medvedev deyir ki, Rusiya müharibəyə Ukraynanın Rusiyanın bir hissəsi olduğu üçün başlayıb

Fəlakət bölgəsində epidemiya iddiaları...

Şimali Koreya bir neçə qanadlı raket atdı

Rusiya Ukraynanı yenidən vurdu

Əmək və Azadlıq Alyansı prezident seçkilərində namizəd irəli sürməyəcək

Yaponiyanın baş naziri elan olunmamış səfərdə Ukraynaya dəstəyi davam etdirəcəyini vəd edib

ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycan

Putin Çinin Ukraynada sülhə dair mübahisəli təkliflərini alqışlayır

Blinken: Azərbaycan və Ermənistan tezliklə sülh sazişi imzalaya bilər

Əfsanəvi özüyeriyən zenit silahı "Şilka" "qatil dronları" adını aldı

Çexiya prezidenti artıq Ukraynaya kömək edə bilməyəcəklərini bəyan edib

Tramp məhkəməyə qandallı gəlmək və iclası tamaşaya çevirmək istəyir

Almaniya xalqı ən çox müharibədən qorxur

Moskvada "qarayara" şübhəsi ilə xəstə yerləşdirilib

Vətəndaşlardan `haqq` tələb edın MTK sahibi universitetin baş müəllimi imiş... - BU NƏDİ BELƏ?

Dövlət qurumlarında TENDER MAXİNASİYASI: Qətldə suçlanan şəxs necə qalib “seçilib”?

Klinikalar arasında ƏSL SAVAŞ GEDİR... - BU NƏDİ BELƏ?

Scholz Ukraynada uzunmüddətli münaqişənin olacağını proqnozlaşdırır

BMT-nin klimatoloqları “insanların sağ qalması üçün bələdçi” nəşr etdi

Donald Tramp həbs olunub?

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

Yaponiyanın baş naziri gözlənilmədən Ukraynaya səfər edib

Yaponiya Təpəli İbisi Materikdə Vəhşi vəziyyətə qaytarmaq üçün Prosesə Başlayır

Çekirge dağı parçalanıb

Lukaşenko təhlükəsizlik qüvvələri tərəfindən terror aktları üçün nəzərdə tutulan partlayıcı maddələrin aşkar edildiyini açıqlayıb

Cankoy şəhərində partlayış Rusiyanın "Kalibr NK" qanadlı raketlərini məhv etdi: Şəhərdə fövqəladə rejim tətbiq edildi

İran XİN rəhbəri gələn həftə Moskvaya rəsmi səfər etməyi planlaşdırır

Yaponiyanın Baş naziri NWO başlayandan bəri ilk dəfə Ukraynaya səfər edəcək

Toivo Klaar Brüsseldə Çavuşoğlu ilə görüşüb

Bütün xəbərlər