Gündəm

Sülh, yoxsa müharibə? İndi seçim Ermənistanındır
İkinci Qarabağ müharibəsi bitsə də, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb.

Məlum olduğu kimi, Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan Baş naziri müharibənin bitməsi ilə bağlı üçtərəfli bəyanat imzalayıb ki, orada tərəflərin bir sıra şərtləri öz əksini tapıb.

Amma Ermənistanda hakimiyyət uğrunda mübarizə gedir və məğlub ölkədə Baş nazirin imzaladığı sənədi heç də bütün qüvvələr qəbul etmək istəmirlər. Digər tərəfdən isə bəyanatda öz əksini tapan nəqliyyat əlaqələrinin bərpa edilməsi ilə bağlı məsələ də hələ ki, həllini tapmayıb.

Sülh müqaviləsinin mövcud olmaması yenidən müharibənin başlanması ilə bağlı ehtimalları artırırmı?

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistan Qarabağ müharibəsində Azərbaycanın uğurlu qələbəsini rəsmiləşdirən 10 noyabr Bəyannaməsində nəzərdə tutulan öhdəliklərin bir neçə bəndinə əməl etmir:

"Bütövlükdə sülh prosesinə aparan məlum bəyannamədəki bəndləri rəsmi Yerevan tam yerinə yetirəcəksə, sülh müqaviləsinin bağlanması mümkündür. Burada kommunikasiyaların açılması və Ermənistan silhahlı qüvvələrinin Qarabağdan çıxarılması ən başlıca motivdir. Hələlik rəsmi Yerevan tələsmir. Amma biz Paşinyanın acıqlamalarında müəyyən ziddiyyətlər görsək də muharibənin əleyhinə və sülhün əldə edilməsi istiqamətində erməni cəmiyyətinə mesajlar verir.

Hesab edirəm ki, Paşinyan hakimiyyətdə qalsa və öhdəliklərin yerinə yetirilməsini reallaşdıra bilsə, sülh müqaviləsi olacaq. Amma revanşistlər hakmiyyəti qəsb etsə, təbii ki, muharibə gündəmə gələ bilər. Fikrimcə, bu Ermənistanın bir dövlət kimi məhvi və Rusiyanın quberniyasına çevrilməsi ilə nəticələnə bilər”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər