İdman

 
 
 
 
 
 
Rusiyanın diktəsi və rəhbərliyi ilə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birgə Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni bəyanatla çıxış edib.

Sidorov münaqişənin regionun təhlükəsizliyinə təhdid törətdiyini dilə gətirib. Maraqlıdır ki, bu məsələ dəfələrlə Azərbaycan tərəfindən səslənsə də, KTMT indi belə bir qənaətə gəlib. Rus generalın sözlərinə görə, indi siyasi nizamlama prosesi intensivləşib, lakin tam atəşkəs üçün hələ çox iş görülməlidir:

"Bu baş verməyincə, Qarabağ münaqişəsi regional təhlükəsizliyə əsas təhdid mənbəyi olaraq qalır”.

Maraqlıdır ki, KTMT rəsmisi bu bəyanatı bu günlərdə Ermənistan parlamentinin deputatı Arman Babacanyan Rusiyanın əleyhinə işlətdiyi ifadələrdən sonra səsləndirib. Ekspertlər bu bəyanatı həm də erməni deputata cavab kimi dəyərləndirir. Qeyd edək ki, Arman Babacanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərin tənzimlənməsinə dair qanunvericilik dəyişikləri ilə bağlı müzakirələr zamanı çıxış edərək deyib ki, Ermənistan Rusiya ilə münasibətləri əsnasında öz dövlət maraqlarını qurban verir, Rusiyaya hər şey verir, əvəzində isə heç nə almır:

"Bizim KTMT ilə bağlı istənilən fəaliyyətimiz ancaq Ermənistanın ləyaqəti və suverenliyi hesabına onun Rusiya maraqlarına qulluq edən qurum statusunu dərinləşdirir".

Qarabağ münaqişəsinin səbəblərinin və problemin aradan qaldırılması üçün Ermənistanın üzərinə düşən məsuliyyəti hər kəsə bəllidir. Ermənistan Azərbaycan torpaqlarını işğal edib və həmin əraziləri qeyri-şərtsiz boşaltmağa məcburdur.

Maraqlıdır, bəs KTMT-ni həyəcanlandıran səbəb nədir?

Politoloq Fikrət Sadıqov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, KTMT belə bəyanat verirsə, münaqişənin həlli ilə bağlı tədbir görməlidir:

"Azərbaycan hər dəfə deyir ki, Dağlıq Qarabağ probleminin həll olunmaması region üçün ciddi təhlükədir. Yəni bu yeni bir açıqlama deyil. Hər zaman böyük dövlətlərə və beynəlxalq təşkilatlara bəyan etmişik ki, bu problemin həll olunmaması hər zaman region üçün təhlükə olaraq qalır. Əgər nə zamansa münaqişə alovlansa, bu təkcə münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanı əhatə etməyəcək. Bura bir sıra oyunçular da cəlb oluna bilər. Amma bundan sonra nələr baş verəcək, hansı proseslər gedəcək, bunu proqnozlaşdırmaq olar. Çünki söhbət Azərbaycan torpaqlarının işğaldan azad olunmasından gedir. Bu istiqamətdə Azərbaycan əlindən gələni edəcək ki, Qarabağ problemini öz maraqları çərçivəsində həll etsin. KTMT-nin rəsmi nümayəndəsi belə bir bəyanat verirsə, deməli, onlar bunu nəzərə alaraq tədbir görməlidir. Onlar müttəfiqləri olan Ermənistana təzyiq etməli, ona başa salmalıdırlar ki, bu təhlükənin mənbəyidir. Bu problemin əsas səbəbkarı Ermənistandır. Beynəlxalq hüquq normaları var və Ermənistan bu normalara əməl etməli, işğal olunmuş ərazilərdən çıxmalıdır. Regionda təhlükəsizlik təmin olunmalıdır. Əsas məsələ məhz budur”.

Politoloq hesab edir ki, bəzən bu məsələdə təhriflərlə də məşğul olurlar:

"Sanki Azərbaycan Ermənstanı işğal etmək istəyir, ona təhlükə yaradır. Bu belə deyil. Söhbət ancaq Azərbaycan torpaqlarının azad edilməsindən gedir. Əminəm ki, Azərbaycan bunu edəcək. Bundan KTMT, BMT və digər beynəlxalq qurumlar sadəcə olaraq, nəticə çıxarmalıdırlar”.

Fikrət Sadıxovun fikrincə, KTMT-nin bəyanatında Rusiyanın mövqeyi daha qabarıq şəkildə ifadə olunur:

"Çünki Rusiya bu təşkilatın aparıcı oyunçusudur. Rusiya bu təşkilatın "aparıcı oyunçu”su olaraq bir sıra proseslərə, hətta rəhbərlik edir. Bunu biz də yaxşı başa düşürük. Amma eyni zamanda KTMT-də Qazaxıstanın, Belarusun, Qırğızıstanın da öz mövqeyi var. Onlar da müəyyən dərəcədə nəyəsə nail ola bilərlər. Onlar da Azərbaycanın maraqlarını nəzərə alıb, Ermənistana təzyiq göstərməlidirlər. Əgər onlar bu regionda təhlükəsizliyin təmin olunmasını istəyirlərsə, Ermənistana təzyiq etməlidirlər”.

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər