Siyasət

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev açıqlama yayıb.

İcmadan APA-ya daxil olan açıqlamada deyilir:

"Dünən – 21 may tarixində Ermənistan ən yüksək səviyyədə sülh prosesinə zərbə vuran bir addım ataraq, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin erməni icmasına özünün təşkil etdiyi qanunsuz "seçki” şousu ilə təyin etdiyi qondarma "prezident” üçün, qondarma "andiçmə mərasimi” təşkil etdi. Bu təxribat Ermənistan siyasi rəhbərliyinin ən yüksək səviyyədə təmsilçiliyi ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhərində, "Azərbaycan" kinoteatrının binasında təşkil edildi.

 
 

Bütün addımlar – qondarma "seçki” şousu, qondarma "andiçmə” tədbiri və ən əsası bu tədbirin Azərbaycan üçün xüsusi mənəvi önəmi olan yerdə - Şuşada təşkili bir məqsədə xidmət edirdi - sülh danışıqlarının nəticəsiz qalmasını təmin etmək.

Hətta dünən təşkil edilən "tədbir” o qədər mənasız və əsassız idi ki, qondarma rejimin yeni oyuncaq "rəhbəri” öz çıxışında Ermənistan baş nazirinin 2019-cu ilin avqustunda Xankəndində səsləndirdiyi "Qarabağ Ermənistandır, nöqtə” ifadəsini eynilə təkrar etdi.

Belə olan halda sual olunur ki, əgər Qarabağ Ermənistandırsa, sən kimsən? Cavab isə əslində çox aydındır, Ermənistan tərəfindən münaqişənin mahiyyətini təhrif etmək məqsədilə işğal edilmiş Azərbaycan ərazilərinə təyin olunmuş qondarma nümayəndə.

Qətiyyətlə bildiririk ki, Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq. Münaqişənin mahiyyəti ən yüksək səviyyədə hüquqi təsdiqini BMT və digər beynəlxalq təşkilatların qətnamə və bəyanatlarında tapmışdır. ATƏM-in (indiki ATƏT) 1992-ci ilin mart ayında Helsinkidə keçirilən sammitinin yekun sənədində aydın göstərildiyi kimi, Ermənistan və Azərbaycan Respublikaları münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları isə münaqişənin maraqlı tərəfləridir.

Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və bu dəyişdirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsində də göstərildiyi kimi, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.

Bir daha bəyan edirik ki, Ermənistan – Azərbaycan münaqişəsi yalnız Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, işğalçı Ermənistan ordusunun Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması və öz torpaqlarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin bütün işğal olunmuş ərazilərə geri qayıtmasından sonra həll oluna bilər. Bölgədə davamlı və ədalətli sülhün təmini isə yalnız Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni və azərbaycanlı icmalarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, sülh şəraitində birgə yaşayışı ilə mümkündür. Bu bizim üçün qırmızı xətdir və regionda sülhün təmin olunması üçün başlıca şərtdir”.


Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər