Gündəm

Ermənistanda vətəndaş müharibəsi?
Ötən gün İrəvanda vəziyyət qarışıb. Rusiyanın dəstəklədiyi müxalifət və Qərbin dəstəklədiyi Paşinyan tərəfdarlarının mitinqi keçirilib.

Müxaliflər günün birinci hissəsində yürüş keçirərək Paşinyanın dərhal istefaya getməsini tələb ediblər.

Yerli vaxtla 16.00-dan isə Paşinyan tərəfdarları ilə birlikdə yürüşə başlayıb və bütün əsgər, zabit və generalların geri çəkilməsini əmr edib. Ölkədə baş verən bu gərginlik Qarabağ məğlubiyyətindən sonra əslində gözlənilən proses idi.

Həttta 9 noyabrda imzalanan birgə bəyanatdan sonra ölkədə kəskinləşən münasibətlər fonunda vətəndaş müharibəsi də istisna olunmurdu. Görünən odur ki, hadisələrin bu cür gedişi vətəndaş müharibəsi ilə nəticələnə bilər.

Cebhe.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib ki, xaosun davam etməsi gözlənilir:

"Bu ölkənin müxalifətinin məğlubiyyəti ilə "Qarabağ klanı” güclənib Paşinyanı yıxmaq senarisi hazırlayırdı. Düşünürəm ki, onlar ilk gündən çalışırdılar ki, bunu etiraz formasında həyata keçirsinlər. Amma gördülər ki, Vazgen Manukyan, Robert Köçəryan, Serj Sarkisyan bu məsələdə uğur əldə edə bilmir, hərbi varianata əl atmağa çalışdılar. Ötən gün Baş Qərargah rəisi Qaspariyanın ordu birləşmələrinin komandirləri ilə birgə imza atdığı bəyanat hərbi çevirilişə cəhd idi. Bu proses hələ də davam etməkdədir. Çünki Qaspariyan hələ də vəzifədədir, istefa vermək fikri yoxdur. Prezident Armen Sarkisyan da Paşinyanın vəsatətini qəbul etmir, onu istefaya göndərmir. Göründüyü kimi, Prezident və Baş nazir, həmçinin Baş Qərargah arasında konflikt hökm sürür. Müxalifət, "Qarabağ klanı”, Baş Qərargah rəisi, Prezident birbaşa Moskvanın himayəsindədir və Baş nazir Nikol Paşinyana qarşı dirəniş var. Amma Ermənistan Baş nazirinin də ətrafı böyükdür, onu dəstəkləyən kütlə var. Paşinyan tərəfdarlarının mitinqi göstərdi ki, hələ ona qalib qalib gələ bilməyəcəklər. Paşinyan da öz xoşu ilə istefa verməyəcək, çalışacaq ki, bu prosesləri öz nəzarətində saxlasın və qalib gəlsin. Buna görə də siyasi xaosun davam etməsi gözlənilir".

Politoloq qeyd edib ki, xaos davam etsə belə, vətəndaş müharibəsinin olacağını gözləmir:

"Amma vətəndaş müharibəsinin baş verməsi gözlənilən deyil. Bunu vətəndaş qarşıdurması deyil, ordu və hakimiyyət qarşıdurması kimi xarakterizə etmək olar. Çünki ordu və hökumət arasında gərginlik davam edir, bu da hələ ki, silahlı müstəviyə gəlib çıxmayıb. Silahlı müstəviyə keçməsi də mümkün senarilər siyahısındadır. Əgər yaxın günlərdə Baş Qərargah rəisi istefaya getməsə, Paşinyan növbəti dəfə xalqı meydanlara toplayacaq və xalq Baş Qərargahı nəzarətə alacaq. Beləliklə də, onlar Qaspariyanı istefaya göndərəcəklər. Hesab edirəm ki, Paşinyan yay aylarına qədər vəziyyəti öz nəzarətində saxlamağa şalışacaq”.

"Atlas” Araşdırmalar Mərkəzi"nin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Paşinyan hakimiyyətdə qalsa da, istefaya göndərilsə də, ölkə vətəndaş müharibəsinin bir addımlığındadır:

"İki senari var: Ya Paşinyanın sözü keçəcək və Paşinyan hakimiyyətdə qalacaq, ya da hərbi çeviriliş olacaq. Hər iki halda Ermənistanda qarışıqlıq gözlənilir. Yəni Paşinyanı devirsələr də, yenə vətəndaş müharibəsi ola bilər, Paşinyan hakimiyyətini qorusa belə, yenə də belə ehtimal reallaşa bilər. Çünki ona tabe olmaq istəməyən qüvvələrin sayı da artıb. Hər iki halda Ermənistan vətəndaş müharibəsinə doğru çox sürətlə sürüklənir".

Onun sözlərinə görə, Ermənistandakı vəziyyət nə Azərbaycanın, nə də Rusiyanın maraqlarına cavab verir:

"Rusiya Ermənistanda sabitlikdə maraqlıdır ki, indiki rəhbər 10 noyabr və 11 yanvar bəyanatlarını yerinə yetirsin. Ola bilsin ki, sadəcə Rusiyada bəzi qüvvələr Paşinyanın "İsgəndər" raketləri ilə bağlı verdiyi açıqlamadan narazı qalsın. Amma bütün hallarda Ermənistanda çaxnaşmanın olması Rusiyanın maraqlarına uyğun deyil. Dövlətlərin əksəriyyəti də Ermənistanda sabitliyin tərəfdarıdır. Elə bizim özümüz də sabitlikdə maraqlıyıq ki, məğlub ölkə 10 noyabr və 11 yanvar bəyanatlarını yerinə yetirsin".

Son xəbərlər

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Bütün xəbərlər