Gündəm


"Nikol Paşinyanı istefaya göndərmək asan məsələ deyil, hətta mümkünsüzdür”.

Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyanla Baş Qərargahın rəhbərliyi və hərbçilər arasında yaranan qarşıdurmanı şərh edərkən politoloq Zərdüşt Əlizadə deyib.

Politoloqun fikrincə, Ermənistandakı hazırkı durum ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın devrilməsi dövrünü xatırladır:

"Rusiyanın səbr kasasını Paşinyanın "İsgəndər” raketlərinin keyfiyətsizliyi barədə verdiyi bəyanat daşırdı. Məhz bu açıqlamadan sonra Moskva nəzarətində olan Ermənistan ordusuna göstəriş verdi ki, Paşinyanı devirmək zamanıdır. Qanuna zidd olaraq Baş Qərargah rəhbəri başda olmaqla 40-a yaxın hərbçi Paşinyana istefaya getməsi üçün ultimatum verib. Bu vəziyyət keçmiş prezident Levon Ter-Petrosyanın devrilməsini xatırladır. O zaman Ter-Petrosyan Qarabağ məsələsində güzəşti sülhə razı olduğundan, 3 general ultimatumla onun kabinetinə daxil olaraq, istefasına nail oldular. İndi də həmin situasiyaya bənzər bir vəziyyətdir. Erməni hərbçiləri Moskvanın göstərişilə Paşinyanı devirmək istəyir”.

Z. Əlizadə hesab edir ki, hərbçilər çətin seçim qarşısındadır: "Paşinyan onların tələbinə tabe olmamaqla, qanuna söykənməklə hərbçiləri seçim qarşısında qoyub. Hərbçilər dünyanın gözü qarşısında hərbi çevriliş etməlidir. Lakin hərbi və siyasi müxalifətin zora əl atmasının qarşısını Qərb dünyası, ABŞ və Fransafakı erməni diasporasının mövqeyi alır. Onlar da Paşinyanın devrilməsinin əleyhinədir. Ona görə də Ermənistanda hakimiyyətə iddia edən qüvvə heç zaman Rusiya xatirinə diaspora ilə münasibətləri korlamağa getməz”.

Bununla belə Z.Əlizadə düşünür ki, Ermənistanda Rusiyanın mövqeyi və proseslərə təsir etmək imkanları yetərincədir: "Paşinyan danışıqlara hazır olduğunu söyləyib. Eyni zamanda tələb edir ki, hökumət başçısı kimi göstərişləri həyata keçirilsin. Mübarizə davam edir. Paşinyan inadkar, səbrli siyasətçi olduğunu, hakimiyyəti qorumaq sahəsində bacarıqlı olduğunu nümayiş etdirir. Onu istefaya göndərmək isə elə də asan deyil, deyərdim ki, hətta mümkünsüzdür”.

Son xəbərlər

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

Bütün xəbərlər