Siyasət

“Türklərin planı budur ki...” – Qarabağ ətrafında inqilabi gəlişmə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

"Ölkəmizin bu ərəfədə mümkün olan yeganə şansdan istifadə etməkdən - müharibəyə başlamaqdan başqa yolu yox idi. Unutmayaq ki, ermənilər, konkret Paşinyan komandası Qarabağda Livan və Suriya ermənilərini məskunlaşdırma siyasətini intensiv aparırdı. Bu davam etsəydi, Azərbaycan üçün dəhşətli nəticələri olacaqdı”.

Mumtv.az xəbər verir ki, bu sözləri politoloq Zaur İbrahimli deyib.

Ekspert qeyd edib ki, işğal dövründə bölgədə ciddi şəkildə regionu Ermənistana bağlayan kommunikasiyalar qurulurdu, yollar salınır, hava limanları tikilirdi:

"Şuşada qondarma parlament binası tikməklə bütün dünyaya mesaj verirdilər ki, Azərbaycan işğal faktı ilə barışıb. Bizim real addım atmamağımız bunun təsdiqi olardı. Üstəgəl, Bayden ABŞ prezidenti seçildikdən sonra Paşinyan komandası çox güclənəcəkdi və Azərbaycanın beynəlxalq dayaqları zəifləyəcəkdi. Ona görə 1989-cu ilə qayıdırıq, "rus gəlir” fikirləri ilə yanaşı, yeni təhdidlərin aradan qaldırılması və yeni reallıqlar barədə də danışmaq lazımdır”.

Zaur İbrahimli bölgədə gedən geosiyasi proseslərə də diqqət çəkib:

"Ruslar ya gərək bütün Cənubi Qafqazdan çıxarıla ki, ölkəmiz də birdəfəlik bu məsələyə nöqtə qoya. Gürcüstandan çıxardılar, sonda ruslar hakimiyyətə gəldi. İkincisi, Serj Sərkisyan Avropa İttifaqı ilə saziş imzaladı, ABŞ-la danışıqlara başladı, 2016-cı ildən sonra davam gətirə bilmədi, Paşinyan Qərbin bəzi dairələri ilə sövdələşmədə hakimiyyətə gəldi, rusları təftişə başladı, indi hər gün Moskvaya zəng edir. Üçüncü, Türkiyə Əsədə hökm kəsdi, indi Suriyanın ərazi bütövlüyünü ruslarla birgə qoruyur. Dördüncü, Liviyada türklər qalib gəldi, amma sonda həm rusların dəstəklədiyi, həm də türklərin dəstəklədiyi qüvvələr neft satışını bərpa etmək üçün anlaşdılar.

Beşinci, biz Türkiyə və Rusiyanın İran olmadan yeni bir Astana formatı yaratdığını görürük. Altıncı, Türkiyənin bir bölüyünü ölkəyə gətirə bilmirdik, indi türk "F-16”ları Gəncədə keşik çəkir.

Gözləyərdik, Paşinyanı hakimiyyətə gətirənlər Bayden seçildikdən sonra bizi sanksiyalarla dizə gətirəydilər, "907-ci düzəliş” daha sərt formada bərpa olunsun? Qarabağ ərazisində bizim yurisdiksiyamız tanınır, anklav kimi, qara yara kimi qalsa da böyür-başın bağlamışıq. Bu, türklərin də əsas planıydı - məngənədə saxlamaq. Türkiyə nəzarət mexanizminin rəhbərlərindən biridir, bu da bizim sığortadır”.

Ekspert hesab edir ki, siyasət emosiya deyil, mümkün olanı etmək məharətidir:

"Biz 1992-1993-cü ilin səhvlərini təkrar edə bilmərik. O zamanda 12 iyulda başlanan qələbə hücumu Xankəndindən geri döndü. Niyə? Çünki rus vertolyatları bu hücumu saxladı. İndi vertolyotlar daha təkmildir. Rus üçün Murov dağının bu, yaxud digər yamacında olmağımızın fərqi yoxdur, hər ikisində asan hədəfik. Ona görə realist olmaqda fayda var”.


Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər