Gündəm

Qarabağa köçürülən ermənilərin aqibəti... – Şərh
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

BMT Təhlükəsizlik Şurasının 1992-ci ildə keçmiş Yuqoslaviya üzrə qəbul etdiyi 752 nömrəli qətnamədə "Keçmiş Yuqoslaviyanın hər yerində əhalinin etnik tərkibini dəyişdirmə cəhdlərini dayandırmağa” çağırılmışdı. Bu qətnamə işğal altındakı Qarabağa da şamil edilməli idi.

Mumtv.az bildirir ki,bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib. Politoloq bildirib ki, uzun müddətdən bəri Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirən Ermənistan prosesi 2020-ci ilin sentyabr aMyına qədər davam etdirib:

"Tarix boyu Qarabağ ərazisində erməni əhalisi yaşamayıb. Bu, bilinən bir gerçəkdir. Baxın, mən demirəm xristian əhali olmayıb. Əksinə, dünyanın ən qədim xristian kilsələri, ən qədim xristian xalqı albanlar Qarabağda yaşayıb, bu gün də yaşamaqdadır. Lakin bu o demək deyil ki, Qarabağ qədim erməni yurdudur. Ermənilər Cənubi Qafqaza 19-cu əsrdə Kürəkçay, Türkmənçay, Ədirnə, Gülüstan sülh müqavilələri ilə gətirilib. Bunu erməni tarixçiləri də yaxşı bilir. Bu məqsədlə Birinci Qarabağ müharibəsindən sonra bu ərazidə etnik təmizləmə siyasəti həyata keçirildi. Məqsəd yerli əhalini ərazidən tamamilə köçürmək, əvəzində dünyanın müxtəlif ölkələrindən erməniləri gətirərək, orada məskunlaşdırmaq idi.

Ermənistanın özünün belə kifayət qədər əhalisi olmadığı üçün işğal edilən Qarabağı qoruması qeyri-mümkün idi. Bu yolla muzdlu qüvvələri, həmçinin terror təşkilatı olan ASALA, PKK kimi ünsürləri işğal edilən ərazilərə gətirib, eyni zamanda hərbi təhlükəsizliyi də təmin etmək istənilirdi”.

Politoloq bildirib ki, bir müddət öncə sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik olan Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayılmışdı:

"Azərbaycan da daxil olmaqla, dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edirdi. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərin olmadığını nümayiş etdirdi.

Ermənistan işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasəti ilə faktiki olaraq həmin insanları özünün məsuliyyətsiz, avantürist siyasətinin qurbanına çevirirdi. Hələ bu proses baş tutanda demişdim ki, Livanın ermənilərini Qarabağda heç bir rifah və ya təhlükəsiz həyat gözləmir. Çünki gec-tez Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bu gün biz bir daha bunun olduğunu görürük. Azərbaycan öz torpaqlarını hərbi yolla geri qaytarır. Livan erməniləri isə yağışdan çıxıb yağmura düşdü.

Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir”.


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər