Siyasət

Paşinyan aqoniyada: Onun siyasətindən narazılıq kütləviləşir
 
 
 
 
 
 
 

 

 
 
 
 

Son vaxtlar işğalçı Ermənistanda baş verən hadisələr ölkə rəhbəri Nikol Paşinyanın dövləti idarə etmək qabiliyyətində olmadığından xəbər verir. Yerli kütləvi informasiya vasitələri, həmçinin tanınmış ictimai-siyasi xadimlər də etiraf edirlər ki, artıq baş nazir aqoniya vəziyyətindədir.

Bir yandan da Azərbaycan ordusu bütün istiqamətlərdə hücumu davam etdirir, onlarla kilometr irəliəyib, onlarla yaşayış məntəqəsi azad edilib, erməni hərbi birləşmələri çoxlu sayda hərbi texnika və canlı qüvvə itirir və geri çəkildiyini rəsmən etiraf edir. Ermənistan sosial şəbəkələrində yayılan məlumata görə, cəbhə bölgəsində 5 minə yaxın erməni zabit və əsgərləri haqda məlumat yoxdur.

Ermənistanda demoqrafik böhran vaxt keçdikcə dərinləşir. Son 28 ildə ən azı 1,5 milyondan artıq vətəndaş xaricə köçüb. Ermənistan əhalisinin sayı 1991-ci ildə 3 505 258 nəfər idisə, 2019-cu ildə bu rəqəm 3 milyondan da aşağı düşüb.

Onsuz da ağır vəziyyətdə olan Ermənistan iqtisadiyyatı mühraribə üçün resurslar tapa bilmir, xarici ianələr buna kifayət etmir, nəinki əhalini, cəbhə xəttini belə təmin etmək mümkün olmur - ərzaq, dərman, silah, hətta hərbi paltar çatışmır

Cəbhədəki uğursuzluq sosial-iqtisadi böhrana, o da öz növbəsində siyasi böhrana gətirib çıxarıb. Artıq "Qarabağ klanı” aktivləşib, Koçaryan yenidən ortaya çıxır – Qarabağa "külli-miqdarda silah” gətirməsi haqda şayihələr yayır, özünü yenidən "Qarabağın xilaskarı” obrazında təqdim edir.

Baş verənlər Ermənistanda və hakimiyyət daxilində panika yaradıb – təhlükəsizlik strukturunun cəmi 4 ay əvvəl təyin olunmuş rəhbəri işdən çıxarılıb, Paşinyan "cəbhədə satqınlıq” haqda danışır, ölkədə xəyanətkarların "ovu” başlayır və bütün bunların fonunda hökumət rəsmən senzuraya keçir.

İndi Ermənistanda maksimalizm və radikallıq nəinki pik həddə çatıb, hətta aqressivlik çəmiyyətin içərisinə nüfuz etməyə başlayıb. Bu gün hakimiyyətini xilas etmək, kütləni öz maraqlarına istiqamətləndirmək üçün Paşinyanın yeganə çıxış yolu ənənəvi "xarici duşmən” obrazını yenidən və daha emosional çalarlarla zənginləşdirib ictimai-siyasi dövriyyəyə buraxmaqdır. Əvvələr, hətta sovetlər dönəmində "soyqırım", "qaniçən türklər," "düşmən xalqların əhatəsi" kimi stereotiplər erməni cəmiyyətinin səfərbər olunmasında mühüm pol oynayıb. Lakin hazırda gözlənilən effekti vermir. İrəvanın siyasətindən narazılıq getdikcə kütləviləşir. Hesabı bəlli olmayan əsgər ölümləri, Azərbaycan ordusunun öz ərazisini sürətlə təmizləməsi və s. yaxın vaxtlarda Ermənistanda hakimiyyətə qarşı kütləvi etiraz aksiyalarının başlayacağını proqnozlaşdırmağa əsas verir.

(Lent.az)

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər