Gündəm

Anar Məmmədov:Ermənistan hakimiyyətində xaos açıq şəkildə özünü göstərir




 
 
 
 










Hər bir ölkənin inkişafı və xalqın təhlükəsizliyi o ölkənin prezidentinin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində həyata keçirilir.

Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük inam bəsləyir və dövlət başçısının həyata keçirdiyi siyasəti tam dəstəkləyir. Çünki Azərbaycan əhalisi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsini öz firavan və təhlükəsiz həyatında görür və ona görə də, əhali Prezidentə inanır və dövlət başçısının ətrafında sıx birləşib. Eyni zamanda, Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir. Əlbəttə, bu sabitliyə və təhlükəsiz həyat şəraitinə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində nail olunub. Xalq da bunu görür və doğru seçim edir.
Ermənistan xalqı isə, hələ də bu günə kimi, bu reallığı görə bilmir və nəticədə, küçə "demokratı”nın hakimiyyətə gəlməsində nə qədər səhvlərə yol verdiyini anlamırlar. Məhz bu səbədən də, işğalçı ölkədə iqtisadi böhran və xaos dərinləşməkdədir.
Son günlərdə Ermənistanda siyasi və sosial-iqtisadi böhran daha da acınacaqlı vəziyyətə çatmışdır. Bütün dünya ölkələrini bürümüş pandemiya Ermənistan hökumətini tamamilə iflic vəziyyətinə salıb. İşğalçı ölkənin hakimiyyəti heç bir halda böhrandan çıxış yolu tapa bilmir. Ölkədə iqtisadiyyatın sürətli tənəzzülü, dövlət qurumlarının öz funksiyasını icra edə bilməməsi, xüsusilə də, hakimiyyətlə xalq arasındakı problemlər böhranı daha da dərinləşdirir. Belə olan təqdirdə isə Paşinyan hökumətinə qarşı müxalifətin etirazları daha mütəşəkkil, ardıcıl xarakter daşıyır. Baş Nazir Nikol Paşinyanın Ermənistan daxilində reytinqi ciddi problemlər fonunda sürətlə düşür. Bir tərəfdən pandemiyanın gətirdiyi ciddi problemlər, digər tərəfdən Rusiya ilə "qaz anlaşması”nın əldə edilməməsi, habelə, ölkə daxilində vətəndaş həmrəyliyinin mövcud olmaması Paşinyan iqtidarını küncə sıxır. Ermənistan hökuməti bütün problemləri koronavirusla əlaqələndirməyə çalışır, lakin müxalifət böhranın başlıca səbəbi kimi Paşinyanın səriştəsizliyini önə çıxarır. Hökumətə qarşı təzyiqlər artdığı bir zamanda "Çiçəklənən Ermənistan Partiyası”nın sədri Qaqik Çarukyan isə daha da fəallaşır. O, Baş nazir Paşinyanın istefa etməsini tələb edən siyasi cinaha yaxınlaşıb və hökumətin 97 faizinin deyil, 100 faizinin istefa etməsi gərəkdiyini bildirib ki, bu da açıq-aşkar Paşinyana meydan oxumaqdır. Təbii ki Paşinyan ilk fürsətdə Çarukyan təhlükəsini uzaqlaşdırmaq istəyəcək amma bu siyasi olaraq hələlik mümkün deyil. Çünki Ermənistan iqtidarının həyata keçirdiyi siyasət tam səmərəsizdir. İndi cəmiyyətdə ziddiyyətlər getdikcə artır.
Bütövlükdə götürdükdə, Ermənistanda daxili sosial-siyasi və iqtisadi böhranın daha da dərinləşdiyini demək olar. Yuxarıda aparılan müqayisələr açıq göstərir ki, burada hansısa konkret çıxış yolu tapıldığından söhbət gedə bilməz. Paşinyan iqtidarının yaratdığı səriştəsizliklər bütün müsbət cəhdləri məhv edir. Bunun fonunda cəmiyyətdə parçalanma və qarşıdurmaların meydana gəlməsi ehtimalı isə az deyil. Bundan sonra daha geniş və güclü çaxnaşmaların meydana gəlməsi zəruri hal alır. İşğalçı ölkədə sürətlə pisləşən vəziyyət mövcud hakimiyyətdən narazılığı daha da artırır. Amma görünən budur ki, Nikol Paşinyan üçün bunlar hansısa önəm kəsb etmir. Bu hökumətin xarici siyasət kursunda da müəyyənlik, səbatlılıq yox dərəcəsindədir. Paşinyan həm Qərbə, həm də Rusiyaya yarınmağa, nəticədə hər iki tərəfdən başının sığallamasına nail olmağa çalışır. Bu davranışın əziyyətini isə Ermənistan əhalisi çəkir. Paşinyana və təmsil etdiyi siyasi qüvvələrin bu kimi çətinliklərdən çıxmaq üçün, ilk növbədə, cəmiyyətin etibarını itirməməsi vacib şərtdir. Hələ ki ölkəsinin təməl problemlərini həll edə bilmədiyindən Nikol Paşinyan Ermənistan cəmiyyətinin başını qatmaqla məşğuldur. Bu vəziyyət uzandıqca o, özünü də çaş–baş vəziyyətə salır. Belə davam edərsə, bundan sonra onun ölkə ictimaiyyətinə yalanlar danışıb, şər-böhtan kampaniyasına başlayacağı gözlənilir. Nəticədə Ermənistanda 1999-cu ilin oktyabrı, 2008-ci ilin martı və 2018-ci ilin mayının təkrarlanacağı istinsa olunmur. Bu gedişlə isə Ermənistan Paşinyan dönəmində daha sürətlə məhvə doğru gedəcək. Daha doğrusu, Paşinyan başda olmaqla hazırki prezident komandası proseslərin inkişafını nəzarətdə saxlaya bilmir. Bu isə heç cür normal idarəetmə sistemi qura bilməyən Ermənistan hakimiyyətində xaosun açıq şəkildə özünü göstərdiyindən xəbər verir.
(Yenigundem.az)

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər