Gündəm

İrəvanın
Azərbaycan dünəndən 10 min hərbçimizin qatıldığı geniş miqyaslı antiterror təlimlərinə başlayıb. Bu gün isə cəmi 4 ay öncə işğalçı ordusu darmadağın edilmiş Ermənistan guya cavab olaraq martın 20-dək davam edəcək və 7500 hərbçinin cəlb ediləcəyi iddia olunan "taktiki-peşəkar” təlimlərə start verir. Guya ki, ermənilərin də döyüşən ordusu varmış.

Sözsüz ki, qalib tərəf olsaq da, kapitulyasiya edən ölkədə gedən prosesləri Azərbaycan diqqətlə izləyir və izləməyə davam edəcək. Ona görə ki, məğlub olmasına rəğmən, Ermənistanda hələ də radikal-revanşistlərin müharibə-qisas çağırışları kifayət qədər ucadan səslənir, rəsmi İrəvan isə qonşu Türkiyə və Azərbaycanla böyük sülh müqavilələri imzalamağa tələsmir - ya ictimai rəyin buna tam hazır olmamasından ehtiyatlanaraq tələsmir, ya da sadəcə, öz xislətinə uyğun olaraq tərəddüd edir.

Hər iki halda nəticə eynidir. Yəni məğlub Ermənistan dövlət və cəmiyyət olaraq sülhə, qonşularla əmin-amanlıq, dinc şəraitində yaşamağa hazır deyil. Bunu Qarabağda qalmış və Rusiya sülhməramlılarının arxasında gizlənib cəsarətə gələn separatçı tör-töküntülərin son həyasız açıqlamaları bir daha təsdiqləyir.

Separatçılar, o sırada özünü "artsax təhlükəsizlik şurasının katibi” adlandıran Xocalı hərbi canisi Vitali Balasanyan, baş separatçı-quldurbaşı Araik Arutyunyan, habelə qondarma "xin” rəhbəri David Babayan (hər üçü Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib) son vaxtlar hətta "modern ordu” quruculuğundan dəm vururlar. Demək, barıtımızı quru, "Dəmir yumruğu” saz vəziyyətdə saxlamalı, döyüş qabiliyyətimizi mütəmadi şəkildə artırmalıyıq.

*****

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, kiçik bir ərazidə, Azərbaycan Ordusunun dörd tərəfdən mühasirəsində olan ermənilərin Qarabağda "güclü ordu” qurması mifdir. "Bundan əlavə, orada erməni silahlı birləşmələrinin Ermənistan tərəfindən təchizatı da mümkün olmayacaq. Artıq Ermənistan hökuməti orduya ayrılan vəsaiti azaldıb”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan orduya ayrılan vəsaiti azaltmaqla, bundan sonra Ermənistan ordusunun modernləşdirilməsində və yenidən qurulmasında maraqlı olmadığını ortaya qoyub: "Paşinyanın bu addımı həm də Qarabağdakı silahlı birləşmələrin saxlanması üçün vəsaitin kəsilməsi deməkdir. Əgər Ermənistan ordusuna ayrılan maliyyə azaldılırsa, yeni silahların alınması təxirə salınırsa, separatçı Balasanyan qanunsuz silahlı erməni birləşmələrini necə gücləndirəcək? Balasanyan arxayındır ki, bunu Rusiya edəcək. Amma Rusiyanın buna gedəcəyini düşünmürəm. Hazırda Türkiyə və Azərbaycan bölgədə üstün mövqedədir. Belə bir hal olarsa, bu, Rusiya üçün baş ağrısı ola bilər. Buna görə də Kreml belə bir addıma getməyəcək”.

Ekspert bildirib ki, İrəvan Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi imzalamaq istəyirsə, öncə Ermənistan bu iki ölkəyə qarşı ərazi iddiasına son qoymalıdır. "İndi bölgədə reallıq elədir ki, bundan sonra Ermənistana güclü ordu lazım olmayacaq. Paşinyan da orduya ayrılan vəsaiti azaltmaqla Ermənistanı yeni mərhələyə aparmaq istəyir. Qarabağdakı silahlı erməni birləşmələrinin varlığına gəldikdə, qənaətimcə, Azərbaycan bu istiqamətdə hərəkətə keçməlidir”, - deyə o əlavə edib.

*****

Hərəkətə isə artıq keçilib - müharibədən sonra ilk dəfə antiterror təlimlərinə start verilib. Acından ölən, neçə aydır böhran girdabında çabalayan Ermənistanın öz aləmində Azərbaycana "güc nümayişi”nə - təlimlərinə gəlincə, rusiyalı tanınmış siyasi-hərbi ekspert İqor Korotçenkonun haqlı vurğuladığı kimi, bu, İrəvanın "stəkanda fırtına yaratmaq” cəhdindən savayı bir şey deyil. "Müharibəni uduzan Ermənistan artıq kənara çəkilməli və zingildəməməlidir”. Bu da onun sözləridir.

Amma görünən mənzərə budur ki, uduzan ölkə kənara çəkilmək istəmir və zingildəyir. Yenə zərbə yemək istəyir. Olsun. Bakı bu dəfə əsla aman verməyəcək və nöqtəni nidaya çevirəcək! Bunun üçün Azərbaycan dövlətinin hərbi potensial da, siyasi iradəsi də yetərlidir. Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün az öncə keçirdiyi mətbuat konfransında son olaraq bu barədə qarşı tərəfi sərt şəkildə xəbərdar edib.

"Ermənistanda qeyri-sabit siyasi vəziyyət qaldıqca Qarabağda ermənilər tərəfindən təxribatlar baş verə bilər”.

Bunu isə Rusiya Dövlət Dumasının MDB İşləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov deyib. Onun sözlərinə görə, Ermənistandan fərqli olaraq (istər Serj Sərkisyan olsun, istərsə də Nikol Paşinyan) Azərbaycan Prezidenti İlham Əliyev hər şeyi aydın başa düşür və həmişə düzgün addımlar atır: "5 ildən sonra - Rusiya sülhməramlıları Qarabağı tərk etdikdən sonra onların yerinə azərbaycanlılar gələcək. Ən əsası budur ki, Qarabağ erməniləri bundan yalnız uda bilər. Gec-tez sülhməramlılar öz vəzifələrinin öhdəsindən gələcək və bu əraziləri tərk edəcək. Onda Azərbaycan Qarabağın erməni əhalisinin etimadını bərpa edəcək. Düşünürəm ki, bundan sonra Qarabağ erməniləri üçün daha yaxşı tarixi dövr başlayacaq”, - deyə rusiyalı siyasətçi bildirib.

*****

Başqa sözlə, separatçı-radikal ünsürlərin davam edən həşiri, "dövlətcik” oyunu və pislikləri yenə özlərinə, lap dəqiqi, erməni xalqına qalacaq. Odur ki, bu xalq nə qədər tez onları çıxdaş və rədd eləsə, bir o qədər tez normal həyata qayıda bilər. İkinci mexanizm bunu Azərbaycan silahlı qüvvələrinin və ya xüsusi təyinatlılarının həyata keçirməsidir. Lakin ikinci variant əlbəttə ki, qarşı tərəfə yeni qanlar, itkilər vəd edir.

Seçim həmişəki kimi, özlərinindir...
"Yeni Müsavat”

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər