Siyasət

"Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir. Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.

Mumtv.az bildirir ki, bu fikirləri Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüş zamanı səsləndirib. Sergey Lavrovuz fikirlərini saytımıza şərh edən politoloq Zaur Məmmədov bildirib ki, bu şərtlər Azərbaycana sərf etmir:

"Sergey Lavrovun bildirdiyi bu məsələ əslində yeni bir fikir deyil. Biz bilirik ki, 2016-cı ilin aprel hadisələrindən sonra Azərbaycan və Ermənistanda bu mövzu ekspertlər tərəfindən şərh olunmuşdu. Məsələ burasındadır ki, 5 rayonun qaytarılması əvəzində əraziyə Sülhməramlıların yerləşdirilməsi və nəqliyyat-kommunikasiya sisteminin bərpası ilk baxışdan normal görünsə də, Sülhməramlıların yerləşdirilməsi burada təhlükəli məqamdır. Gürcüstan timsalında biz bu Sülhməramlıların yerləşdirilməsinin nəticəsinin nə olduğunu görürük.

Sülhməramlıların hansı tərkibdə olmasından asılı olmayaraq, əraziyə xarici qüvvələrin yerləşdirilməsi gələcəkdə Qarabağı müharibə yolu ilə almağı çətinləşdirəcək. Düşünmürəm ki, bu təklif qəbul edilər.

Yaxşı olardı ki, Rusiya və digər ölkələr Azərbaycanla Ermənistanı təklikdə buraxsınlar, iki tərəf münaqişəni ya danışıqlarla, ya da müharibə meydanında həll etsin. Hər halda müxtəlif qüvvələr burada öz məqsədlərini güdürlər. Sülhməramlıların yerləşdirilməsi təklifində də ciddi məqsədlər var. Məqsəd Rusiyanın Qafqazda təsirini gücləndirməkdir".

Mövzu ilə bağlı saytımıza danışan politoloq İlyas Hüseynov isə bildirib ki, sözügedən şərtlər Azərbaycan üçün qəbuledilməzdir və bu Qarabağın bizdən alınması deməkdir:

"Bildiyiniz kimi, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan Mili Məclisin sədri Sahibə Qafarova ilə görüşü zamanı beş rayonun qaytarılmasını, kommunikasiyalarin açılması və sülhməramlı qüvvələrin yerləşdirilməsini qeyd edib. Burada əsas plan beş rayon əvəzinə sülhməramlı qüvvələrin yerləşdirilməsi və Ermənistanla sərhədlərin açılmasıdır. Bu plana görə işğal altında olan ərazilər tam olaraq azad olunmur. Rusiyanın sülhməramlı qüvvələrinin buraya yerləşdirilməsi isə bütövlükdə Qarabağın Azərbaycandan alınması deməkdir və Azərbaycan bununla da öz ərazi bütövlüyünü hərbi yolla həllindən məhrum olur. Buna görə də, Azərbaycan XİN Rusiya Xarici işlər naziri Sergey Lavrovun bu bəyanatına cavab verməlidir və belə şərtlərin Azərbaycan üçün qəbuledilməz olduğunu vurğulamalıdır".

"Digər tərəfdən qeyd etmək lazımdır ki, Sergey Lavrovun açıqlamasından sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova nazirin Qarabağ münaqişəsi haqda olan fikirlərinə aydınlıq gətirib. Zaxarova bildirib ki, Rusiya nazirinin sitatının düzgünlüyünə gəldikdə, bu məlumatı gəldiyi mənbələrə yönəltmək istərdim. Buna görə də, düzünü desəm, bunun üzərində dayanmayacağam. Zaxarova ardınca qeyd edib ki, Dağlıq Qarabağ nizamlanmasına gəlincə, bu gün Lavrovun Azərbaycan tərəfi ilə görüşü zamanı, Dağlıq Qarabağın status məsələlərinin həlli, habelə ətrafındakı ərazilərin azad edilməsi daxil olmaqla, əvvəllər səsləndirilən əsas həll prinsipləri müzakirə edilib. Son olaraq Zaxarova Rusiyanın bu mövzuda mövqeyinin yaxşı bilindiyini bəyan edib".

Cavidan Mirzəzadə / Metbuat.az


Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər