Siyasət

“DTK Ermənistanda və Qarabağda rəhbərləri və təxribatçıları həbs etməli idi” – Video
 
 
 
 

 
 
"SSRİ-yə ən güclü zərbəni özgə ərazilərini ələ keçirmək məqsədilə açıq silahlı münaqişəyə başlamış ermənilər vurub. Orada ermənilər yaşasa da, Konstitusiya, qanun baxımından Dağlıq Qarabağ Azərbaycanın ərazisi idi”.
MUMTV.az xəbər verir ki, bunu jurnalist Ruslan Qurbanova müsahibəsində Rusiya Ali Sovetinin sonuncu sədri Ruslan Xasbulatov deyib. Müsahibənin tam versiyası YouTube videohostinqində yerləşdirilib. 14-cü dəqiqədən başlayaraq baxın.

"Bu məsələni sülh yolu ilə həll etmək əvəzinə, onlar silahlı mübarizəyə başlamaq qərarı verdilər. Bütün dünya o vaxt SSRİ-də mərkəzi hakimiyyətin zəifliyini gördü. Bu məsələ ilə DTK məşğul olmalı və Qorbaçovun birbaşa göstərişlərini gözləməməli idi, çünki dövlətin müdafiəsi bu strukturun birbaşa vəzifəsidir”, – o bildirib.

Xasbulatov qeyd edib ki, DTK Ermənistanda və Qarabağda iyirmi nəfərə yaxın rəhbəri və təxribatçını həbs etməli və qan tökülməsini dayandırmalı idi.

"Sovet İttifaqı Qafqazdan dağılmağa başladı. Qarabağda müharibə başlayanda Baltikyanı ölkələr gördülər ki, heç kim hərəkət etmir və öz müstəqillikləri məsələsini qaldırdılar. O vaxt mən Rıjkovdan (SSRİ Nazirlər Şurasının sədri – red.) soruşdum ki, niyə Azərbvaycanla Ermənistan arasında münaqişəni başlamaqda günahı olanlar cəzalandırılmır? O dedi ki, bu işlə Volski məşğul olur. Amma Volski sərf mülki adamdır. Separatçılar dövlətə qarşı çıxış edəndə onlarla sərt davranmaq və həbs etmək lazımdır. O vaxt Ermənistanda dəmir əllə qayda-qanun yaradılsaydı, qurbanlar olmazdı. DTK konstitusiya quruluşunu bərpa etməli, yaxasını kənara çəkərək siyasi qərar gözləməməli idi. Belə olardısa, SSRİ dağılmazdı. Heç kim ayrılmaqla bağlı cınqırını da çıxara bilməzdi”, – o deyib.

Xasbulatov eyni zamanda Rusiyanın Qafqaz ölkələri ilə bağlı siyasətini tənqid edib.

"Mən qəti razı deyiləm ki, indi federal hakimiyyət yalnız bir Qafqaz ölkəsinə vurğu edir – bu da SSRİ-nin dağılmasının səbəbi olmuş Ermənistandır. Mənə elə gəlir ki, Azərbaycan və Gürcüstanla yaxın münasibətlərin qurulması Rusiya üçün daha sərfəli olardı”, – o qeyd edib.

Qeyd edək ki, bir müddət öncə Ruslan Xasbulatov Tatarıstan mətbuatında buna oxşar fikirlər səsləndirmişdi və həmin müsahibə virtualaz.org-da dərc olunmuşdu.

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər