Gündəm


"Qaragöl adlanan ərazi tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib”. - Ermənistan mətbuatı bir neçə gündür ki, hay-həşir salıb. Ermənistan tərəfi gölün Azərbaycanın nəzarəti altına keçməsindən narahatdır. Gorus icmasının ciddi risk altına düşdüyü, susuz qaldığı bildirilir.

Daha əvvəl isə Azərbaycan silahlı qüvvələrinin Ermənistanın Sisyan şəhəri yaxınlığında İşxanasar dağı ərazisində "dövlət sərhədini keçdiyi" və Verişen yaşayış məntəqəsi istiqamətində "3 kilometr irəli gəldiyi" açıqlanmışdı.

Ermənistan qəzetləri Sünikə qoşun gətirildiyindən, 3-cü Ordu Korpusunda həyəcan siqnalı verildiyindən, Gorus, Qafan və Meğri sakinlərinə özünümüdafiə üçün hazır olmaq əmri verildiyindən yazıb.

Hətta Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan həmin gün axşam keçirdiyi Təhlükəsizlik Şurasının iclasında Sünik vilayətində baş vermiş hadisəni "diversiya müdaxiləsi" adlandırıb. O, qeyd edib ki, mayın 12-si səhər Azərbaycan silahlı qüvvələri Sevliç (Qaragöl) ərazisində dövlət sərhədini keçib, 3,5 kilometr Ermənistan ərazisinin içərisinə daxil olub. Paşinyan Azərbaycan tərəfinin göl üzərində nəzarəti ələ keçirməyə cəhd etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən bu məlumatlarla bağlı hələ ki, hansısa reaksiya verilməyib.

Onu da qeyd edək ki, sərhədlərinə "diversiya müdaxiləsi”nin edildiyini bildirən Ermənistan hakimiyyəti erməni qəzetlərinin əksinə olaraq hərbi əməliyyatlardan danışmağa lüzum görməyib. Nikol Paşinyanın Təhlükəsizlik Şurasının iclasında işlətdiyi ifadələrdən də bu aydın sezilir: "Ermənistan yaranmış vəziyyətlə barışa bilməz, lakin bizim bir nömrəli vəzifəmiz vəziyyəti danışıqlar yolu ilə, o cümlədən diplomatik həll etməkdir. Lakin bu, variantlardan biridir". Baş nazir vəzifəsinin icraçısı Azərbaycan hərbçilərinin silahdan istifadə etmədiklərini də etiraf edir.

Bəs əslində Azərbaycan-Emənistan sərhədində nə baş verir? Bu daha əvvəl edildiyi ki, sərhədlərin delimitaziyasıdır?

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Bizim.Media-ya açıqlamasında bildirib ki, burada hansısa hərbi əməliyyatların başlanmasından söhbət getmir:

"Sadəcə sərhədlərin delimitaziyası və daha sonra demorkasiyası aparılır. Sərhədlər Sovet dövrü xəritələri və digər məlumatlar əsasında müəyyənləşdirilir və daha sonra bu təsdiq edilir. Azərbaycan iki bölgədə - Zəngəzur və Göyçə gölü ətrafında ələ keçirilmiş torpaqları qaytarmaq məqsədilə sadə bir əməliyyat keçirərək, irəlliləyir və ordunun istinad nöqtələri qurulur. Bu Azərbaycanın öz torpaqlarının özünə qaytarılmasıdır. Eyni proses Qazaxda da, ola bilsin Kəlbəcərdə də baş versin. Ermənilər vaxtilə siçovul kimi Azərbaycan sərhədlərini pozublar, hətta işğal olunmuş ərazilərdə də sərhədlərin yeni konfiqurasiyasını yaradıblar. İndi Azərbaycan həmin əməliyyatları pozur”.

Qabil Hüseynli bildirir ki, ermənilərin qaldırdığı hay-küy heç bir nətcə verməyib:

"Rusiyada da yaxşı başa düşürlər ki, Azərbaycan delimitizasiya prosesini həyata keçirir, bu heç Ermənistanın siyasi dairələrində də ciddi reaksiya doğurmayıb. Üç gündür ki, danışıqlar gedir, çalışırlar ki, Azərbaycanı geri çəkilməyə məcbur etsinlər. Azərbaycanın isə əsaslı faktları var”.

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər