Gündəm

Keşikçidağ məsələsi kimin xeyrinə həll olunacaq?
Xarici işlər naziri Ceyhun Bayramov Bakıda rəsmi səfərdə olan gürcüstanlı həmkarı David Zalkaliani ilə Gürcüstan-Azərbaycan dövlət sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı müzakirə aparıb. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Hər iki nazir qısa müddətdə komissiyanın iclasını çağırmaqla bağlı razılıqlarını və istəkli olduqlarını ifadə ediblər. Qeyd olunub ki, bu məsələ müvafiq komissiyanın fəaliyyəti çərçivəsində Gürcüstan və Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələrinə və hər iki ölkənin maraqlarına uyğun şəkildə həllini tapmalıdır.

XİN başçılarının müzakirəsini "Sherg.az”a təhlil edən politoloq Sədrəddin Soltan Azərbaycan və Gürcüstanın strateji müttəfiq olduğunu söyləyib:

"İki ölkə ərazisini birləşdirən bir sıra ortaq və beynəlxalq layihə var. Təəssüf ki, Azərbaycan-Gürcüstan arasında sərhədlərin bölünməsi və təsdiqlənməsi məsələsinə dair müəyyən problemlər mövcuddur. Bu problemləri də Gürcüstandakı ara qarışdırıcı qüvvələr yaradırlar. Çünki tarixən həmin ərazilər Azərbaycanın olub. Ümumilikdə götürdükdə o ərazilər Borçalıya daxildir və Borçalı da Azərbaycan türklərinin tarixi torpaqlarıdır. Sadəcə olaraq SSRİ gəldi və dünya dəyişdi. İndi isə SSRİ-dən qalma xəritə əsasında müttəfiq olan bütün ölkələrin sərhədləri müəyyənləşib”.

S.Soltan vurğulayıb ki, Azərbaycanla Gürcüstan arasında mübahisəli sayılan ərazilər SSRİ-dən qalan xəritələrə əsasən ölkəmizindir:

"Lakin Gürcüstandakı bəzi qüvvələr ermənilik edirlər. Hesab edirlər ki, guya Gürcüstan Avropa ölkəsidir və Avropa İttifaqında (Aİ) bəzi qüvvələr onları dəstəkləyəcək, onlar da bu dəstək sayəsində torpaqlarımıza yiyələnəcəklər.

Ona görə də Gürcüstanla aramızdakı əsas problemli məsələ Keşikçidağ kilsəsidir. Gürcülər də bu əraziyə iddia edirlər ki, guya həmin kilsə gürcülərin xristian məbədidir. Eynilə ermənilər Azərbaycan torpaqlarındakı qədim xristian məbədlərinə necə iddia edirdilərsə, gürcülər də həmin addımı atır.

Keşikçidağ məbədinin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyil. Azərbaycan mənbələrinə görə, Keşikçidağ məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər.

Amma həm ermənilər, həm gürcülər, həm də dünyada onları dəstəkləyən havadarlar unudurlar ki, Azərbaycan türkləri İslamandan əvvəl xristianlığı qəbul ediblər. Azərbaycanın xristianlıqla bağlı öz təriqəti olub. Təəssüf ki, gürcülərin baş keşişi və prezidenti bu cür təhrikedici məsələlərə imza atır. Lakin Gürcüstanda da tarixi və dünyanı yaxşı dərk edən adamlar kimin torpağının hara qədər olduğunu yaxşı bilirlər.

Tarixdə elə məsələlər var ki, münaqişə yaranmasın deyə onları bir müddət sonraya saxlayırlar. Hesab edirəm ki, gürcülərin iddialarını da zamana buraxmaq lazımdır. Sözügedən torpaqlarda Azərbaycan əsgərləri dayanır. Keçmiş Rusiya tarixi də həmin ərazilərin bizim olduğumuzu təsdiqləyir”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər