Gündəm


Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 19-da parlamentdə çıxışı zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında yeni sənədin imzalanmasına hazırlıq getdiyini bildirib.

Sənədin 2 bəndi məlum olub. Sənədə əsasən:

1. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və ardından demarkasiya üzrə Birgə Komissiya yaradılır.

2. Azərbaycan Respublikası və Ermənistan Respublikası hökumətləri Komissiya çərçivəsində 31 may 2021-ci il tarixinədək milli nümayəndə heyətləri təşkil edəcəklər.

Sənədin digər bəndləri haqqında isə hələ ki məlumat verilmir.

Qeyd edək ki, Paşinyanın bu açıqlaması Ermənistanın siyasi gündəmində böyük çaxnaşmaya səbəb olub. Buna səbəb isə delimitasiya və demarkasiya zamanı SSRİ xəritələrinin və sərhəd bölgüsünün əsas götürüləcəyinin bildirilməsidir.

"Belə olduğu halda, Ermənistanın sənədi imzalaması, Azərbaycanın sərhədlərini rəsmən tanıması de-facto Qarabağı Azərbaycanın sərhədləri daxilində tanıması deməkdir. Daha dəqiq desək, bu sənədin imzalanması, Ermənistanın, Dağlıq Qarabağın Sovet Azərbaycanından deyil, SSRİ-dən ayrılması faktından imtina etməsi deməkdir. Əslində, bu, bizim tərəfdən Qarabağın Azərbaycan ərazisi kimi tanınması deməkdir” - David Qalstyan "Sputnik Armenia”da yayımlanan məqaləsində yazır.

Məqalədə, həmçinin, sosial şəbəkələrdə bəzi erməni politoloqları arasında "Uti Possidetis” ("Sənin olana sahib çıx") prinsipinə əsaslanan Azərbaycan tezisinin səsləndiyi və bu sənədin imzalanmasından sonra tezisin təsdiqlənəcəyi qeyd olunub.

"2008-ci ildən bəri Azərbaycanın hüquqi mövqeyi çox aydındır. Mövqeyini BMT-yə göndərdiyi memorandum formatında bildirdi. Bunlar əlli ilə yüz səhifəlik təfərrüatlı hüquqi sənədlər idi. Ermənistan isə bu səviyyədə praktik olaraq heç nə etmədi.

Müharibənin başlanğıcında müxtəlif ölkələrə Azərbaycanın tezisi təfərrüatlı və dəqiq şəkildə göstərildi. 30 ildir ki, Azərbaycan "ev tapşırığını” yerinə yetirir, ancaq erməni tərəfi etmir.

Əsas günahkar Paşinyanın rəhbərlik etdiyi hazırkı hökumətdir, ancaq təkcə o deyil. Bütün əvvəlki səlahiyyətlilər də heç bir şey etmədi” - müəllif yazır.

"Beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərə” müraciət edən Paşinyanın bu tezisini necə "zərərsizləşdirmək" olar sualına cavab olaraq, məqalədə, nə qədər ironik olsa da, 3 yol göstərilib:

1. Təzyiq və ya güc tətbiqi təhdidi var idi, bu səbəblə Paşinyan da bu barədə danışırdı

2. Nikol Paşinyan dəli olub

3. Paşinyan cinayətkardır və ya xaindir.

"Beynəlxalq hüquq baxımından yalnız bu üç "əsaslandırma" mövcuddur. Texniki cəhətdən isə çox güman ki, sadəcə ilk variantı sübut etmək mümkün ola bilər”, - yazıda bildirilib.

Qeyd edək ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada "ayrılmasının" Sovet qanunlara zidd olması hələ o zaman ali konstitusiya səviyyəsində təsdiqlənmişdir. Azərbaycan müstəqillik əldə etdikdə, həmin dövrdə tətbiq olunan qanunvericiliyə əsasən, Dağlıq Qarabağ birmənalı şəkildə Azərbaycan ərazilərinin tərkib hissəsi hesab olunurdu. Dağlıq Qarabağın "Ermənistana birləşdirilməsi" və ya "müstəqilliyi"nin əldə edilməsi ilə bağlı Ermənistanın iddiaları beynəlxalq hüquqda qəbul edilmiş "Uti Possidetis" prinsipinə ziddir və bu səbəbdən beynəlxalq hüquq çərçivəsində əsassızdır.

"Uti Possidetis" prinsipi aydın şəkildə müəyyən edir ki, Azərbaycan müstəqilliyini əldə etməmişdən öncə Sovet qanunları ilə müəyyən edilmiş sərhədləri daxilində müstəqilliyini elan edib.// "AzPolitika.info"


22-05-2021, 16:05

Son xəbərlər

Miqrasiya işçilərinin geyim normalarına dəyişiklik edildi

Müdir tapşırarsa, işçinin ezamiyyətə getməsi məcburi olacaq

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişdi

Alimentlə əlaqədar işçinin maaşından tutulmanın yuxarı həddi müəyyənləşdi

Buna görə kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək

Bir sıra hallarda hamilələrə əlavə məzuniyyət veriləcək

Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq

Məsafədən iş əmək müqaviləsi ilə tənzimlənəcək

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq

Prezident Rauf Vəliyevi vəzifəsindən azad etdi - Yeni təyinat

İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi

“Neomotors” barəsində Dövlət Agentliyində iş qaldırıldı – SƏBƏB

"Bələdiyyələrin “qəbiristanlıq yeri satan təşkilat” kimi tanınması təhlükəsi yaranır"

İşğaldan azad olunan ərazilərdə bələdiyyələr yaradılacaq? – AÇIQLAMA

Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi

Suriya prezidenti Almaniyaya gedir

Balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqləndi

Tramp Qəzzanı idarə etmək üçün "Sülh Şurası"nın yaradıldığını açıqlayıb

Tovuzda bağça müdirinə keçmiş həyat yoldaşı xəsarət yetiridi

“Bakı metrosu” informasiya təhlükəsizliyinə 308 min xərcləyəcək

Səfər Mehdiyevin şirkətində rəhbər dəyişikliyi: Direktor vəzifədən getdi

Faiq Namazovun rəhbəri olduğu “Darvaz MMC” MTK aparılan tikinti zamanı sakinlər üçün təhlükəli vəziyyət -Video

"Qarabağ" qələbə qazandı

Şənbə günü sulu qar yağacaq

Ramiz Mehdiyevin gəlininə məxsus bank yenə yalan məlumat yaydı – TƏFƏRRÜAT

Ermənistanda maye qazın qiyməti bahalaşıb: “günahkar” Azərbaycan imiş

“Atena”nın rəqabət qanunvericiliyini pozduğu aşkarlanıb

Şıxlinskilər və Səfərov qardaşlarının işi üzrə andlılar məhkəməsinin kollegiya heyəti formalaşdırılıb

Esmira İbrahimlinin qanunsuz estetik əməliyyatının qurbanı-Şikayətçidir - Foto // Video

Azərbaycanda daha 135 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Sürücülər “Azparking”in yeniliyindən narazıdır: “Bunu düzəldin, sonra boş status yazarsız”

Putinin adamından Paşinyana sərt XƏBƏRDARLIQ – Zəngəzur vaqiəsi

Bütün xəbərlər