Gündəm


Ukraynanın ərazi bütövlüyü məsələsində rəsmi Bakının hansı mövqe sərgiləməsi son aylarda müzakirə edilən məsələlərdən birinə çevrilib. Buna ən çox səbəb də II Qarabağ savaşında Kiyevin Azərbaycana verdiyi dəstəkdir.

Son olaraq "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu məsələyə toxunub. O deyib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünə dəstək verməlidir: "Rusiya amilindən çəkinmək lazım deyil. Bəziləri fikirləşə bilər ki, Ukraynaya dəstək versək, bu, Kremlin xətrinə dəyəcək və bizə Dağlıq Qarabağda problem yaradacaqlar.

Bu problem onsuz da var. Ukraynadakı hadisələrə gözümüzü yummaqla Rusiyanın bizə dəstəyini artıracağını düşünürüksə, yanılırıq.

Kiyev 44 günlük müharibə günlərində Azərbaycana hansı dəstəyi vermişdisə, Ukrayna XİN hansı dəstək bəyanatları yaymışdısa, Donbasda müharibə başlasa, eynisini Azərbaycan XİN səsləndirməlidir. Biz Rusiya ilə tərəfdaşlığın əleyhinə deyilik, ancaq müttəfiqlərimizi dəstəkdən də imtina edə bilmərik”.

Sabiq dövlət müşaviri Qabil Hüseynli də eyni cür düşünür: "Kreml onsuz da sağ-soluna baxmır. Ürəyindən nə keçirsə, onu həyata keçirməyə çalışır. Ukraynanın düşdüyü vəziyyət beynəlxalq hüquq normalarına görə dəyərləndirilməlidir. BMT-nin bununla bağlı qərarları var və həmin qərarlar öndə tutulmalıdır. Diqqətlə baxanda görürük ki, Rusiya sözün həqiqi mənasında Krımı ilhaq etdi. Ardınca bu bəs deyilmiş kimi, Luqansk və Donetsk vilayətlərində yenə də rusdilli əhalinin separatçılığından və özlərinin hərbi yardımından istifadə edərək bu ərazilərdə qondarma respublikalar yaratmaqla bir növ bu yerləri də ilhaq etdi. Ukrayna Azərbaycan ərazilərinin işğal edilməsini hər zaman pisləyib və bunu işğalçı fakt kimi qəbul edib. Təkcə Ukraynanın bizi müdafiə etdiyinə görə deyil, beynəlxalq hüquq normalarında bu məsələ necə təqdim olunursa, biz də o cür etməliyik. Bu, qatı işğal faktıdır, müstəqil dövlətin ərazisinə təcavüz olunub. Bunu Azərbaycan da, hər bir dövlət də pisləməlidir. Ukraynadan öncə Kremlin dəstəyi ilə Azərbaycan ərazilərinin işğalı prosesi olub, onun ardınca Gürcüstanda Abxaziya və Cənubi Osetiyanın işğalı faktı baş verdi. Moldovada da yumşaq formada bütün bunlara bənzər proseslər yaşandı”.

Q.Hüseynli SSRİ-nin bərpası niyyətindən də söz açdı: "Birilərinin beynində SSRİ-ni bərpa etmək düşüncələri hələ də qalmaqdadır. Onun üçün də SSRİ-nin xarabalıqları üzərində müstəqillik qazanan dövlətlərə qarşı ərazi təcavüzü aparılır. Son vaxtlar Ukrayna özünü səfərbər etməyə çalışır. Bunun üçün ciddi ordu quruculuğu ilə məşğul olur. Amerika, NATO bu məsələlərdə ona yardım etməyə çalışır. Qardaş Türkiyə Rusiya ilə normal münasibətlərini qoruyur. Amma çəkinmədən Ukraynaya hərbi yardım göstərir. Krımın işğal edildiyini, bu ərazinin Ukraynaya məxsus olduğunu bildirir. Hətta Ukraynanın şərqindəki torpaqların da ona məxsus olduğunu deyir və Rusiyanı bu işlərə müdaxilə etməməyə çağırır. BMT-nin də fikri bu mövqedədir. Dünya ictimaiyyətinin böyük hissəsi haqqı müdafiə edirsə, Ukraynanın bu məsələdə haqlı olması hər kəsə sübutdur. Bu ölkənin apardığı haqq mübarizəsidir.

Biz çox ehtiyatlı bir şəkildə Ukraynanın mübarizəsinin haqq işi olduğunu deməliyik. Biz onlara silah satmırıq, vermirik. Bəziləri kimi könüllü dəstələr də göndərmirik. Sadəcə, beynəlxalq faktların təsdiq edilməsi ilə mövqeyimizi nümayiş etdiririk. Bu mövqeyə görə heç kim heç kimi ittiham edə bilməz. Onsuz da nəzərə almaq lazımdır ki, Rusiya postsovet ölkələrinin demək olar ki, hamısına qarşı ərazi iddiaları irəli sürür. Rusiyanın bu cür davranışları dünya ictimai rəyinin daha da mənfiyə doğru getməsinə gətirib çıxarır. Kreml başa düşməlidir ki, bu formada davranışlarına davam etməsi gələcəkdə dünyada ona qarşı hərəkətlənmənin olması ilə nəticələnə bilər. Rusiyanın etdikləri soyuq müharibə illərindən sonra pis və yaxşı formalaşmış dünya nizamının pozulmasına gətirib çıxarıb. Bunun pozulması isə qarşıdurmalara gətirir. Məncə, şimal qonşumuzun hərəkətlərinin qınanması, bunun beynəlxalq hüquqa zidd olması faktının qeyd edilməsi həm də özümüzün haqq işimizin müdafiə olunması deməkdir”.
"Yeni Müsavat”

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər