Dünya

Nikoldan ittiham: Siz 7 rayonu qaytarırdınız, Bakı isə…
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Təxmin edirəm, indi çoxları təəccüblənir ki, mən nə danışıram. Mən o şeylərdən danışıram ki, onlar 2000-ci illərdə hər bir erməni vətəndaşa bəlli idi. Onlar ən yüksək səviyyədə izah edirdilər ki, bütün bunlar Ermənistanın diplomatik uğursuzluğudur. Ancaq vaxt, görünür, unutqanlıq yaradır və yaxud yaddaşı dumanlandırır, bəziləri isə bundan istifadə edirlər.

Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı Robert Köçəryanın ittihamlarına cavab verərkən deyib.

Paşinyan deyib ki, beynəlxalq ictimaiyyətin münasibəti 2020-də deyil, 25 il əvvəl formalaşıb:

"Dağlıq Qarabağın ərazi bütövlüyü çərçivəsində mübahisələndirilməsi 25 il əvvəl yaranıb. Həmin vaxt Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı kimi tanınmağa başlayıb. Son iki ildə isə biz bundan çıxmağa çalışmışıq.

Bizi günahlandırırlar ki, müharibə Ermənistanın diplomatik uğursuzluğu nəticəsində baş verdi. Heç kəs soruşmur ki, Ermənistan nə vaxt Qarabağ məsələsində diplomatik uğur qazanıb? 1995-ci il ATƏT-in Lissabon sammiti uğurlu diplomatiya idimi? Hansı ki, Birinci Qarabağ savaşından dərhal sonra beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ probleminin Azərbaycanın tərkibində həll edilməsi barədə mövqe ortaya qoydu. 1998-ci ildə "ümumi dövlət” prinsipi masada olarkən 7 rayonun qaytarılması və Dağlıq Qarabağın Azərbaycanın tərkibində olması barədə dəqiq göstərilən tələblə müzakirə diplomatik uğur idi? Yoxsa 1999-cu ildə ATƏT-in İstanbul memorandumunda konfliktin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin nəzərdə tutulması diplomatik uğur sayılır?

Madrid prinsipləri diplomatik uğur kimi təqdim edilir. Halbuki orda aydın şəkildə göstərilir ki, Dağlıq Qarabağ yalnız Azərbaycan razı olduğu halda müstəqil ola bilər. Budurmu diplomatik uğur?

2011-ci ilin Kazan danışıqları diplomatik uğur sayıla bilər? Hansı ki, Azərbaycan qapını çırpdı, ancaq Ermənistan rəhbərliyi müsahibələr verdi ki, biz 7 rayonu qaytarmağa hazırıq, ancaq Azərbaycan daha çox istəyir”.

Paşinyan 25 il ərzində bütün beynəlxalq sənədlərdə Azərbaycanın ərazilərinin işğal olunduğu faktının dəqiqliklə göstərildiyini xatırladıb:

"2013-cü ildə Azərbaycan hərbi eskalasiyaya başlayarkən onu heç kim ittiham etmədi. Niyə? Ona görə ki, təyyarədə tualetə girib qapını bağlayarkən, orda "occupated” yazılır (Köçəryanın sitatina işarə edilir – red.). Çoxları inanmır, ancaq bu sitat 2000-ci ildə danışıqlar aparan şəxsin sözləridir”.

Paşinyan Rusiyanın mövqeyinə də diqqət çəkib və bu ölkənin də əraziləri qaytarmağı tələb etdiyini vurğulayıb:

"Yaxşı, biz Rusiya ilə münasibətləri korladıq, siz isə yaxşı saxlayırdınız. Əgər siz belə yaxşı münasibət saxlayırdınızsa, bizim strateji müttəfiqimizlə Qarabağın statusunu niyə həll etmədiniz? Niyə 2016-cı il aprel savaşından sonra Azərbaycan cəzalanmadı? Çünki siz getdiniz və başaşağı razılaşdınız ki, Azərbaycanın müharibə aparmaq haqqı var və Bakının haqqını legitimləşdirdiniz”.


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər