Gündəm

"Bu cür ciddi bir hərbi qarşıdurmaya başlayarkən Nikol Paşinyanın gözləntilərinin nə olduğu çox maraqlıdır, çünki onun özü, müdafiə naziri və bu məsələ ilə əlaqəli bütün Ermənistan rəsmiləri yaxşı anlayır ki, bu gün Azərbaycan Ermənistandan qat-qat güclüdür”.

Mumtv.az bildirir ki,bunu APA -nın Gürcüstan bürosuna açıqlamasında gürcü politoloq Tengiz Txilava deyib. Onun sözlərinə görə, regionda destabilizasiya yaratmağa yönəlmiş belə bir addım atarkən Ermənistan rəhbərliyinin qalibiyyət ümidi və gözləntisi olmayıb.

"Təəssüf ki, qonşu Ermənistan bir daha Azərbaycana qarşı destabilizasiyanın təşəbbüskarı oldu. Artıq buna destabilizasiya da demək olmur, faktiki olaraq artıq müharibə başlayıb. Bunun səbəbini tapmaq üçün hər şeydən əvvəl Ermənistanın indiki vəziyyətinə nəzər salmalıyıq.

Aydın görünür ki, ölkənin istər daxili və xarici siyasəti, istərsə iqtisadiyyatı Rusiyadan asılıdır və bu ölkədən idarə olunur. Hərbi cəhətdən də Ermənistan tamamilə Rusiyadan asılıdır. Ona görə də düşünürəm ki, bu vəziyyətdə olan bir dövlət hər hansısa bir addım atmadan öncə mütləq bir şəkildə Rusiyaya xəbərdarlıq edib”, - o əlavə edib.

T. Txilavanın sözlərinə görə, Paşinyan hakimiyyəti sələflərindən fərqli olaraq, xaricdəki erməni diasporunun da münaqişəyə cəlb edilməsinə səy göstərir və bu, onun yaxın vaxtlarda hakimiyyətdən gedəcəyinə işarədir: "Paşinyanın indiki mövqeyi əvvəlki kimi, çox da iddialı deyil. İlk vaxtlar bir çox vəd verildi, amma həyata keçirilmədi. Epidemioloji vəziyyətin idarə oluna bilinməməsi və iqtisadiyyatın pisləşməsi isə onun nüfuzunu zəiflətdi. İndi Paşinyan çalışır ki, insanların diqqətini başqa yönə çəkərək mövqeyini az da olsa əlində saxlaya bilsin. Ermənistanın hazırkı hökuməti elə addımlar atır ki, indiyədək heç bir hakimiyyət bu cür addımlar atmayıb. Xaricdəki erməni diasporunun müharibəyə cəlb edilməsi buna nümunə ola bilər. Əvvəl bu cür hal baş vermirdi, bizim yadımızdadır ki, iyul toqquşmaları zamanı Azərbaycanın diaspor nümayəndələrinin müxtəlif ölkələrdə keçirdiyi dinc aksiyalara necə hücum edirdilər. Bu, onu göstərir ki, Nikol Paşinyan artıq getmək üzrədir. Onun indiki vəziyyətdə qalib gəlməsi isə qeyri mümkündür. Biz görürük ki, Azərbaycan tərəfi bir gecədə nə qədər uğurlar əldə etdi və irəlilədi. Təbii ki, hər zaman olduğu kimi Ermənistan tərəfi bunu etiraf etmədi, ancaq "Qarabağ”ın "prezidenti” məcbur qaldı ki, itkilərini etiraf etsin. Azərbaycan üçün öz torpaqlarının azad edilməsi çox vacibdir”.


Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər