Siyasət

Ermənilərin Tovuz təxribatından sonra müttəfiqlərinin Ermənistana dəstək verməməsi rəsmi İrəvanı ciddi şəkildə narahat edir. Bu gün erməni ictimaiyyətində belə bir rəy formalaşıb ki, müharibə başlasa, heç kəs Ermənistana yardım etməyəcək. Məhz bu reallıqlar Ermənistan rəhbərliyini təşvişə salıb.

Mumtv.az bildirir ki, bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Ermənistan Müdafiə naziri David Tonoyanın İranın bu ölkədəki səfiri Abbas Badaxşan Zouri ilə görüşməsi və görüşdə İranın hərbi attaşesinin iştirak etməsi ilə bağlı danışarkən deyib. O bildirib ki, Ermənistan Türkiyənin Cənubi Qafqazda Azərbaycanla birlikdə hərbi təlimlər keçirməsini Rusiya və İranın maraqlarına təhdid kimi göstərməyə çalışır:

"Məlum Tovuz hadisələri fonunda dünyanın bir çox ölkələri rəsmi şəkildə Azərbaycana dəstək verdi. Rusiya neytral mövqe sərgilədi, İran isə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklədiyini elan etdi. Ötən gün Ermənistan Müdafiə naziri Rusiyanın bu ölkədəki səfirliyinin hərbi attaşesi ilə görüş keçirdi. İran səfiri ilə Ermənistan XİN rəhbərinin deyil, müdafiə nazirinin görüşməsi bu prosesin davamıdır. Yəni bu görüşlərin ardı gələcək. Ermənistan bütün mümkün diplomatik variantlara əl atmağa davam edəcək. Çox güman ki, bu istiqamətdə işlər görülür”.

Politoloq bildirib ki, Ermənistanın həm Rusiya, həm də İranla hərbi müstəvidə əməkdaşlıq etməsi region üçün təhlükə yaradır:

"Məsələ ondadır ki, bu təhlükə Moskva və Tehran üçün daha böyükdür. Çünki Ermənistan rəhbərliyi israrla bu ölkələri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək istəyir. Bu ölkələrin zəifləməsi isə İrəvana sərf edir. Bu gün Azərbaycan həm İran, həm də Rusiya ilə çoxtərəfli əlaqələrə malikdir. Bu ölkələrlə ciddi şəkildə hərbi və iqtisadi sahədə əməkdaşlıq edir. Rəsmi Bakı heç vaxt bu iki ölkəni özü üçün təhdid hesab etməyib. Bu mənada Ermənistanın təxribatçı, diplomatik fəaliyyətlərinin də qarşısını almaq zəruridir”.


Son xəbərlər

2100-cü ilə qədər supervulkan püskürməsi ehtimalı var? - Dünya böyük bir fəlakətlə üzləşə bilər

“Körpü Bina Tikinti” Bakıda yaşıllıq belə məhv edir- Fotofakt

“Şirin Su”dan imtina edənlər artır: “Bu sudan pis qoxu gəlir

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək

"Qarabağ" Azərbaycan çempionatları tarixində əsrin rekorduna imza atdı

İcra Hakimiyyətində təkbaşına "iclas" keçirən vəzifəli şəxs cəzalandırıldı

Ukraynanın müdafiə naziri danışıqlara hazır olduğunu açıqladı

DYP-nin texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişib

Bu məhsullar bahalaşıb - SİYAHI

Xaçmaz ELi NURuna "çətir tutan" Elnur Rzayevdən narazıdır - VİDEO

Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb

5000-ə yaxın müəllimin işinə xitam verildi

Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

Rusiya bu ölkənin hava məkanını pozdu: Dərhal müdaxilə olundu

Baxışımız dəyişməyib: Niderland sağçılarından Rusiya ilə bağlı çağırış

Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun

Bu ölkədə dünyanın ən böyük yeraltı termal gölü tapıldı

Milli ideyalar Azərbaycanı layiq olduğumuz yerə gətirib çıxarıb

DYP piyadalara müraciət etdi

Niderland parlamentinin deputatı Benilüks Azərbaycanlıları Konqresinin fəaliyyəti barədə məlumatlandırılıb

Alimlər kvant kompüteri vasitəsilə ilə öyrəndilər: Dünyanı dəhşətli aqibət gözləyir

İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verdi

Bosfor boğazında gəmilərin keçidi müvəqqəti dayandırıldı

Azərbaycan nefti bahalaşdı

Zelenski ilə görüşəcəyi tarix bəlli oldu

ABŞ Ukraynaya qoşun göndərməyəcək - SƏBƏBİ

“Best Beef”in istehsal etdiyi kolbasa və sosisləri yararsız çıxdı-Alıcılar belə aldadılır….

Bu energetik içkilər xərcəng yaradır……

Azərbaycan bu yolu dəhliz adlandıracaq - Simonyandan yeni iddialar

“Tamstore”də vaxtı keçmiş məhsullar satılır-Fotofakt

İlham Əliyev bu əsasnaməni təsdiqlədi

Prezident sərəncam imzaladı

Bütün xəbərlər