Gündəm

Paşinyan növbəti dəfə BİABIR OLDUErmənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə BBC-nin müxbirinin sualları qarşısında aciz vəziyyətə düşərək pərt oldu.

Mumtv.az bildirir ki, bundan əvvəl BBC-nin "HARDTalk" proqramında özünü rüsvay edən Paşinyan bu dəfə jurnalist İohan Fişerin ədalətli və sərt suallarını cavablandıra bilməyərək rəzil duruma düşdü.

 

Ermənistanın baş naziri hər müsahibəsində məntiqsiz, absurd, bir-birinə tamamilə zidd olan fikirlər söyləməklə artıq bütün dünyada qeyri-ciddi siyasətçi kimi qəbul edilir. Verilişdə "Qarabağ Ermənistan torpağıdır" kimi təxribatçı sözlər söyləyib ardından başqa bir müsahibəsində "biz güzəştə hazırıq" deməsi onun nə dərəcədə qeyri-ciddi olmasının göstəricisidir.

Ermənistanın baş nazirinin düşünmədən, məsuliyyətsizcəsinə verdiyi cavablara görədir ki, jurnalist İohan Fişerin ona "Sizin bu cür danışığınızdan belə görünür ki, siz razılığa yer qoymamısınız" deyir. Jurnalistin "Siz münaqişəni başa çatdırmaq üçün Dağlıq Qarabağın ətrafındakı əraziləri geri qaytarmağa hazırsınızmı?" sualına "bu, bir səbəbdən yerinə yetirilmədi. Azərbaycan Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi hüququnu tanımaqdan imtina etdi", - deyə cavab verməsi ilə Paşinyan özünü daha gülünc vəziyyətə saldı. Axı jurnalist ona Dağlıq Qarabağa bitişik işğal olunmuş rayonlarla bağlı sual verir. Məlum olduğu kimi, bu rayonlarda heç vaxt ermənilər yaşamayıb və burada hansı müqəddəratdan söhbət gedə bilər?!

BBC-nin müxbirindən "İyirmi ildən çoxdur ki, Ermənistan Dağlıq Qarabağı və ətraf əraziləri qeyri-qanuni şəkildə işğal edib" sözləri qarşısında düşdüyü vəziyyətin daha da çətinləşdiyini görən Paşinyan buna söz tapa bilməyib "Üzr istəyirəm bu, həqiqətə uyğun deyil" deməklə kifayətlənsə də, jurnalistin ard-arda "Bu, həqiqətə uyğundur. Beynəlxalq hüquqa, BMT Baş Assambleyasının bəyannamələrinə baxın", "Siz demək istəyirsiniz ki, sizin tarixi iddianız var, lakin beynəlxalq hüquq qarşısında siz səhvsiniz", "BMT qətnamələrində yazılıb ki, o torpaqlar Azərbaycana aiddir. Gəlin bunu dəqiq qeyd edək" kimi suallar yağdırması Ermənistanın baş nazirinə tərs sillə effekti yaratdı və təbii ki, ənənəsinə uyğun olaraq o, suallara cavab verməkdən yayındı, məntiqsiz fikirlər söyləyib sərsəmləməyə başladı.

Beləliklə, Paşinyan özünü növbəti dəfə dünya ictimaiyyətinin qarşısında rüsvay etdi. O, yenə də acı həqiqətlər qarşısında pərt durumda qaldı. Ermənistanın baş naziri bu vəziyyətə artıq öyrəşib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə bir neçə dəfə debatlarda iştirak edərək dövlətimizin başçısının tarixi faktlara əsaslanan fikirləri qarşısında söz tapa bilməyib gülünc vəziyyətlərə düşüb. Xarici jurnalistlərin suallarını cavablandırarkən də o, hər dəfə kəkələyərək nəsə demək istəyir. Lakin hər zaman olduğu kimi, heç bir fakta əsaslanmayan, siyasi reallığa uyğun olmayan fikirlər söyləməklə nə qədər savadsız və məntiqsiz olduğunu bütün dünyaya nümayiş etdirir.

Budəfəki rüsvayçı müsahibəsində də Paşinyan nə dərəcədə savadsız, səriştəsiz "siyasətçi" olduğunu bir daha bütün dünyaya göstərdi.

(Sonxeber.az)

Son xəbərlər

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Bütün xəbərlər