Gündəm

Azərbaycanla Ermənistan arasında lobbi və maraq mübarizəsi Ukraynaya keçib. Ukraynadan bir gün fərqlə gələn iki xəbər bundan xəbər verir.

Bu fikirləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, əvvəlcə Ukraynanın Ali Radasında Xocalıda azərbaycanlıların soyqırımının tanınması məsələsinin müzakirə ediləcəyi xəbəri yayılıb: "Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun sözlərinə görə, Azərbaycan-Ukrayna parlamentlərarası qrupu və Ali Radanın xarici əlaqələr komitəsinin üzvləri ilə bu mövzuda ilkin müzakirələr aparıblar və yaxın vaxtlarda bu məsələnin Rada komitəsində nəzərdən keçirilməsi gözlənilir. Bu günə qədər Çexiya, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Qvatemala, Şotlandiya və ABŞ-ın 19 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan parlament aktları qəbul ediblər. Ukrayna parlamentinin bu sıraya qoşulması Ukrayna-Azərbaycan münasibətlərinə müsbət təsir edərdi. Ancaq bu məqamda Ukraynadan başqa bir xəbər də gəldi”.

İkinci xəbər isə Ukrayna Ali Radasında xanım deputat Darya Volodinanın "erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsinin qeydə alınması ilə bağlıdır: "Maraqlıdır ki, Darya Volodina Vladimir Zelenskinin rəhbəri olduğu "Xalqın qulluqçusu” partiyasının üzvüdür. Darya Volodina parlamentdə maliyyə, gömrük və vergi komitəsinin üzvüdür. Bunun özü də sual doğurur ki, dəxli olmayan komitənin üzvü nədən "erməni soyqırımı” mövzusuna maraq göstərir?

 

 
Ukrayna parlamentində Xocalı soyqırımının tanınması ilə bağlı təşəbbüsün müzakirəyə açılmasıyla eyni gündə "erməni soyqırımı” məsələsinin də qabardılması təsadüfi deyil. Bu Ukraynada azərbaycanlılarla erməni diasporları arasında gedən mübarizənin təcəssümüdür. Ukraynada azərbaycanlılarla ermənilərin sayı təxminən eynidir. Buna baxmayaraq, etiraf etmək lazımdır ki, Ukraynadakı erməni diasporunun arxası daha güclüdür, ermənilərin Arsen Avakov kimi güclü naziri var ki, onu hətta Vladimir Zelenski vəzifəsindən uzaqlaşdıra bilmir. Təsadüfi deyil ki, Ukrayna parlamentində 10 ildə 4 dəfə "erməni soyqırımı”nı qəbul etdirməyə çalışan qrupun arxasında məhz Arsen Avakov dayanıb. Budəfəki erməni təşəbbüsünün arxasında da onun dayandığına dair şübhələr var. Nə olsun ki, təklifi irəli sürən deputat Zelenskinin partiyasındandır. Arsen Avakovun qrupu "soyqırımı” təklifinin məhz hakim partiyadan irəli sürməsilə izi itirməyə çalışıb. Yəni guya bu məsələdə onun əli yoxdur”.

Politoloq bildirib ki, böyük ehtimalla Ukrayna parlamenti "erməni soyqırımı” qətnaməsini qəbul etməyəcək: "Rada eyni təşəbbüsləri 2013, 2015 və 2019-cu illərdə də rədd etmişdi. Çünki rəsmi Kiyev adi məntiqdən çıxış edir. Ukraynanın bölgədə əsas tərəfdaşları Azərbaycan və Türkiyədir. Həm Bakı, həm də Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistan isə BMT-dəki səsvermələrdə Krımın Ukrayna ərazisi kimi göstərən qətnamələrin əleyhinə səs verir. Kiyev İrəvanın Ukrayna torpaqlarını zəbt edən Rusiyanın vassalığı olduğuna şübhə etmir. Elə buna görə də Vladimir Zelenski bölgə ölkələrindən yalnız Azərbaycana və Türkiyəyə səfər etməyi lazım bildi.

"Erməni soyqırımı” qətnaməsinin Ukrayna parlamentində bu dəfə də qəbul edilməyəcəyini ermənilər də bilirlər. Sadəcə, onların bu hiyləgərliyinin arxasında Ukrayna parlamentinin Xocalı soyqırımını tanımasını əngəlləmə istəyi dayanır. Yəni ermənilər Rada rəhbərliyinə demək istəyirlər ki, "əgər erməni soyqırımını tanımırsınızsa, onda Xocalı soyqırımını da tanımayın”. Ukrayna parlamentində "erməni soyqırımı” təşəbbüsünün Xocalı soyqırımının tanınması təşəbbüsündən bir gün sonra qəfil peyda olması da bundan xəbər verir. Nə qədər ki, Arsen Avakov Ukraynanın daxili işlər naziridir, bu ölkədəki erməni diasporu təxribatlarına ara verməyəcək. Vladimir Zelenkisinin və onun tərəfdarlarının Arsen Avakova ən layiqli cavabı Radanın Xocalı soyqırımını tanıması olar”. (publika.az)

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər