Dünya

Ukrayna DTX-nın rəisi tanınmış azərbaycanlı diaspor lideri barədə deportasiya qərarı verdi — Saakaşviliyə GÖRƏ (ŞOK FAKTLAR)
 
 
 
 
 
 
 
 
 
 

"Ukrayna Azərbaycanlılarının birləşmiş diasporu” ictimai təşkilatının rəhbəri Hikmət Cavadovun Bakıya və ya üçüncü ölkəyə deportasiya edilməsi barədə rəsmi qərar ortaya çıxıb. 


Bu barədə Demokrat.az-a Ukraynadakı Azərbaycan diaspor təşkilatından məlumat daxil olub. 


Məlumata görə, 2018-ci ilin sentyabrında Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri, ordu generalı Vasili Grıtsak 05.05.1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Cavadov Hikmət Əlövsət oğlunun Azərbaycana və ya üçüncü ölkəyə məcburi qaytarılması haqqında qərar verib. 


Sənəddə qeyd olunur ki, Hikmət Cavadov media vasitəsi ilə, həmçinin ictimai çıxışları zamanı etiraz əhval-ruhiyyəsinin qaldırılması, Ukrayna dövlətinin ali idarəetmə orqanlarına inamsızlığın formalaşdırılması məqsədi ilə Ukraynanın dövlət orqanları və Ukraynada yaşayan digər millətlərin nümayəndələri haqqında fitnəkar şüarları səsləndirir. 

 

Image result for Грицак Василий


Eyni zamanda, o, Ukraynada hakimiyyət nümayəndələrinə qarşı hörmətsizlik və təhqir nümayiş etdirir, bu da öz növbəsində kütləvi mitinq iştirakçıları və hüquq-mühafizə orqanları arasında fiziki qarşıdurma üçün şərt yaradır, məsuliyyəti xüsusilə Ukrayna Cinayət Məcəlləsinin 294-cü maddəsi (Kütləvi iğtişaşlar) və 161-ci maddəsində (İrqindən, millətindən və ya dinindən asılı olaraq vətəndaşların bərabərliyinin pozulması) nəzərdə tutulur.  


Həm də Hikmət Cavadov sözügedən hərəkətləri ilə Ukraynada dinlərarası və millətlərarası vəziyyətin kəskinləşməsinə səbəb ola bilər. Sadalanan məsələlərlə əlaqədar Hikmət Cavadovun Azərbaycana və ya üçüncü ölkəyə məcburi qaytarılması haqqında qərar verilir.

 

Image result for Hikmət Cavadov saakaşvili


Marqaqlıdır ki, Ukraynanın ordu generalı səviyyəsində Hikmət Cavadovun deportasiyası barədə qərar verilsə də, amma sonradan müəmmalı şəkildə bu qərar icra edilmir. Buradan belə düşünmək olar ki, Hikmət Cavadov müəyyən imtiyazlar qarşılığında Ukraynanın xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilib. Bəlkə də elə bu səbəbdəndir ki, Hikmət Cavadov onun haqqında çıxarılmış deportasiya qərarından az sonra Rusiyanın yüksək dövlət rəhbərlərinə qarşı "savaş" açıb, onları pisləyən yazılar yayır. Təbii ki, bu gün Rusiya ilə dərin münaqişə yaşayan Ukrayna dövləti üçün "üçüncü" ölkələrin vətəndaşları tərəfindən Kreml hakimiyyətini "vurdurmaq" rəsmi Kiyev üçün göydəndüşmə bir fürsət idi. Buna Hikmət Cavadovun timsalında azda olsa nail oldular. Görünür, Ukraynanın müəyyən rəsmi dairələri Azərbaycanın da Rusiya ilə özü kimi münaqişə yaşamasını arzulayır. Hikmət Cavadov kimi həvəskar diaspor nümayəndələri isə bəlkə də fərqinə varmadan buna alət olurlar. 


Bu gün Azərbaycan Rusiya ilə strateji müttəfiq olan dövlətdir, milyonlarla soydaşımız hazırda bu ölkədə işləyib yaşayır, dolanışıq mənbəyi kimi baxır. Eyni zamanda ən böyük problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin də sülh yolu ilə həllində Ukraynadan milyon dəfə çox Rusiyadan nə isə gözləyirik. Axı belə bir məqamda özünü Prezident İlham Əliyevin "dəstəkçisi" kimi göstərən, hakimiyyətin müəyyən qanadı ilə bağları olan Hikmət Cavadovun Rusiya prezidentini, onun xarici işlər nazirini açıq təhqir və tənqid edən açıqlamalar verməsi kimə fayda verə bilər?!

 

Image result for Порошенко


Qeyd edək ki, özünü Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarının icraedicisi kimi təqdim edən Hikmət Cavadov bu yaxınlarda Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporu adından sabiq Odessa qubernatoru Mixail Saakaşvilinin yaratdığı yeni "Təmizlik Uğrunda Hərəkat”ı yaxından dəstəkləməklə, bu ölkənin rəsmi şəxslərinin Azərbaycan dövlətinə qarşı münasibətlərində "soyuqluq" yaradıb.  


Təsadüfi deyil ki, bir müddət əvvəl Saakaşvilini sərhəddə qarşılamağa gedənlər arasında Hikmət Cavadov da olub. Sonradan Kiyevin mərkəzində keçirilən mitinqlərdə də diaspor rəhbəri aktivliyi ilə diqqəti cəlb edib. Hətta, Mixail Saakaşvili etirazçıların Ali Rada qarşısında yaratdığı çadır şəhərciyinə baş çəkərkən, burada Hikmət Cavadovla da görüşüb. Həmin vaxt Azərbaycan mediası yazırdı ki, M.Saakaşvili  H.Cavadovla söhbətində bu mitinqlərə dəstək verdiyi üçün Azərbaycan diaspor nümayəndələrinə təşəkkürünü bildirib:


"Saakaşvili qeyd edib ki, Ukraynadakı azərbaycanlıların ona verdiyi dəstəkdən xəbərdardır və bu barədə məlumatları daimi olaraq izləyir. Öz növbəsində diaspor rəhbəri H.Cavadov da Saakaşviliyə onu sona kimi dəstəkləyəcəklərini və hər gün etirazçıların yanında olduqlarını deyib”.

 

Image result for Hikmət Cavadov saakaşvili


Hətta məlumata görə, Hikmət Cavadov Saakaşvilinin aksiyalarına qatılaraq, onun tərəfdarlarını "peraşki" və digər yüngül yeməklərlə təmin edib. 


Daha sonra o, Mixail Saakaşvili tərəfdarlarının Maydanda keçirilən böyük mitinqində çıxış edib və Poroşenko hakimiyyətini istefaya səsləyib.


Şübhəsiz, bütün bunlardan sonra Azərbaycan hakimiyyətini tənqid edən Ukrayna siyasi elitasının üzvlərini yaxşı başa düşmək olur. Ən azı ona görə ki, eyni vaziyyəti biz Bakıda yaşasaydıq, bəlkə də daha radikal qərarlar qəbul edərdik. Məsələn, əgər bu gün Ukraynanın Azərbaycanda Diaspor qurumu, yaxud bir Mədəniyyət Mərkəzi olsaydı və onun rəhbəri Milli Şuranın mitinqində Əli Kərimliyə dəstək versəydi, buna rəsmi Bakının reaksiyası necə ola bilərdi?...

 

Image result for Əli Kərimli saakaşvili


Digər tərəfdən, indiki vəziyyətdə daha bir sual diqqətimizi cəlb edir: Ukraynada mövcud siyasi durumun gərginləşməsi kimin marağındadır? Bu məsələ Azərbaycanın siyasi maraqlarına uyğundur? Təbii ki, birmənalı olaraq "yox” cavabı verə bilərik. Deməli, burada hansısa ölkələrin marağından söhbət gedə bilər. Bu zaman isə belə qənaətə gəlmək olur ki, Hikmət Cavadov həmin ölkələrin siyasətinə birbaşa xidmət edir. 


Ancaq bizim üçün cavabsız qalana bir sual da odur ki, ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev və Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov hara baxır?!

Son xəbərlər

İcra başçısı vətəndaşların torpaqlarını təkrar onlara satır - BU NƏDİ BELƏ?!

Əhməd Vəliyevə məxsus olduğu deyilən MMC Dövlət Xidmətini məhkəməyə verdi

Maaş, pensiya və müavinətlər artacaq - 2 milyard ayrıldı

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub - FOTO

Dövlət Əmək Müfəttişliyi Xidmətində yeni təyinat - ƏMR

Paşinyan: Ermənistan Azərbaycandan qaz tədarük edə bilər

BMT-dən şad xəbər: Dəhşətli vulkana rəğmən, ozon təbəqəsi bərpa olunur

"Tez-tez qrip olmaq o deməkdir ki..." - SN

"İrəvan və Bakı ilk dəfə dövlətlərarası səviyyədə sənəd imzalayıblar" - Paşinyan

"Dəryaz" qəzetinin rəhbəri tutuldu - "BANDOTDEL"dən ƏMƏLİYYAT

Noldu, “Aztelekom”? - Daha bahalı hələ daha sürətli demək deyil

Dubayda uçan taksilər istifadəyə veriləcək

Elton Məmmədovun məhkuma çevirdiyi keçmiş şərikinin şikayəti təmin olunmadı – 30 milyonluq məsələ araşdırılacaqmı?

Qəbələnin Kiçik Pirəli kəndində yaşayan evdar qadınların “biznesini” Bakıda kimlər idarə edir - İLGİNC FAKTLAR

Hacıqabul və Salyan İcra başçıları vəzifələrindən azad edildilər

"Türkiyə ilə diplomatik əlaqələr qurmalı, quru sərhədlərini açmalıyıq" - Paşinyan

Sabah Bakıda yağış yağacaq

"Ermənistan region ölkələrinin ərazi bütövlüyünü tanıyır" - Paşinyan

B12 vitamininin mənbəyi

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

Zeynal Nağdəliyev Rüstəm Xəlilovu kollektivə təqdim etdi

Dəniz taksiləri istifadəyə verilsə tıxaclar azalar? - AÇIQLAMA

7 saylı Yol İstismar İdarəsi "COP 29-dan necə pul çıxarır"? - FOTO

Əmirullayevin "ac həriflər"i - məktəblər sələmçilərin, jalüz pulu yığanların əlində yesir qalıb...

Birinci Qarabağ müharibəsinin daha 4 itkin şəhidi dəfn ediləcək

NATO-nun baş katibi Putinin bəyanatlarını saxta adlandırdı

"Gələn il sosial xərclər 14 faiz artırılacaq" - İqtisadçı

Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanıldı

Məşhur aviaşirkətlər İsrailə uçuşları dayandırdı

Bakıda yeni ekspres marşrut fəaliyyətə BAŞLAYACAQ

Azərbaycanda Milli Musiqi Günüdür

Bütün xəbərlər