Siyasət

Ermənilər Şuşadakı məcsidi kimin üçün təmir edirlər? — AÇIQLAMA
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

"Dostum Kamal Əli "ermənilər Şuşa məscidini niyə təmir edirlər” sualına cavab axtarır. Bu suala mən də günlərdir cavab tapmağa çalışıram. Erməni separatçıları Şuşanı 27 ildir işğal altında saxladıqları halda dağıtdıqları məscidin bərpasına niyə bu il başlayıblar? Bu qərarı indi niyə veriblər? Bu suallara da cavab tapmağa çalışmalıyıq".


MUMTV.az xəbər verir ki, bu fikirləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. 


Onun sözlərinə görə, erməni separatçıları illərdir işğal etdikləri torpaqlarda heç nə etmirdilər, sadəcə Ermənistandan və Suriyadan imkansız ailələri Şuşaya, Laçına və Kəlbəcərə köçürürdülər:


"Buna baxmayaraq dağıtdıqları infrastruktura dəymirdilər, pul xərcləmirdilər. O zaman düşünürdük ki, yəqin ermənilər də anlayır ki, nə zamansa onlara aid olmayan Şuşanı, Laçını və Kəlbəcəri boşaltmaldırlar və əgər buna gedəcəklərsə niyə bu yerlərə pul xərsləsinlər ki? Ancaq vəziyyət indi dəyişib.


Ermənilər son illər həm Şuşa, Laçın və Kəlbəcərə daha çox erməninin köçürülməsinə çalışırlar, həm də bu yerlərdə infrasturktur çalışmalarını sürətləndiriblər, yollar tikirlər, kiçik müəssisələr açırlar, nəyisə təmir edirlər və s. Bu o deməkdir ki, ermənilər daxilə Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılmasına hazır olsalar da, Şuşa, Laçın və Kəlbəcərdən imtina etmək fikirləri yoxdur. Elə buna görə də ermənilər işğal altındakı Ağdam məscidini yox, Şuşa məscidini təmir edirlər. Hətta erməni separatçıları hipotetik olaraq Laçın və Kəlbəcərdən imtina haqqında düşünsələr də, Şuşadan ikiəlli yapışmağa çalışacaqlar. Ermənilərin Şuaşadakı məscidi təmir etmələri də məhz bununla bağlıdır. Şuşa onlar üçün Xankəndini nəzarətdə saxlamaq qədər vacibdir. Sadəcə, başqa bir sual da meydana çıxır: Ermənilər Şuşadakı məcsidi kimin üçün təmir edirlər? Axı Şuşa məscidində namaz qılacaq bir müsəlman belə yoxdur.

 

Image result for Elxan Şahinoğlu


Ermənilərin Şuşa məcsidini hansısa İran şirkəti ilə birgə təmir etməsinin arxasında xüsusi plan dayanır. İrəvanda da azərbaycanlıların məcsidi var. 1999-cu ildə beynəlxalq təşkilatların xətti ilə İrəvanda olanda həmin məcsidə baş çəkdim və orada ancaq bir neçə İran vətəndaşını gördüm. Ermənilər (ermənilər deyərkən 3 qüvvənin birgə fəaliyyətini nəzərdə tuturam: Dağlıq Qarabağdakı serməni separatçıları, Ermənistan hakimiyyəti və dünyadakı erməni lobbisi) eyni plan əsasında da Şuşa məscidini İran vətəndaşlarının istifadəsinə vermək istəyirlər. Ancaq Dağlıq Qarabağ Ermənistan deyil. Əgər İran vətəndaşı rahat İrəvana gedib oradakı məsciddə nazam qıla bilərsə, Şuşada bunu rahat edə bilməyəcək. Birincisi, Azərbaycan İran vətəndaşlarının Dağlıq Qarabağa səfərlərinə, o cümlədən Şuşaya gəlişlərinə etiraz edəcək, notalar göylərdə uçuşacaq. İkincisi, Tehran Bakı ilə münasibətlər korlanmasın deyə özü vətəndaşlarını bu təxribatlardan çəkindirməlidir. Halbuki, iranlı diplomatlardan biri mənim Şuşa məscidinin təmirində İran şirkətinin iştirakına etirazıma reaksiyası belə olmuşdu: "Burda nə pis iş var ki? Niyə Azərbaycan İran şirkətinin Dağlıq Qarabağdakı məscidin təmirinə bu qədər etiraz edir?”. Ona bunun niyəsini detallı şəkildə anlatdıqda mübahisə böyümüş söhbət həmişəki kimi "Azərbaycan İsraillə niyə əməkdaşlıq edir” sualı səviyyəsinə enmişdi.


Buna baxmayaraq, Tehran Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı oradakı ermənilərin "Dağlıq Qarabağ Ermənistandır” şüarından dərs götürüb. Azərbaycan ictimaiyyətinin və İran azərbaycanlılarının kəskin etirazı Tehranı erməni məsələsində diqqətli olmağa vadar edir. Digər tərəfdən ABŞ sanksiyaları ilə üzləşən İranın Azərbaycanla iqtisadi və Rusiya ilə birgə regional əməkdaşlığı inkişaf etdirməyə marağı daha böyükdür. Bu səbəbdən Tehran Şuşa məcsidinin bərpasına maraq göstərən şirkətlərini və Dağlıq Qarabağa qeyri-qanuni səfərlər barədə düşünən vətəndaşlarını xəbərdar etməlidir.

 

Qayıdaq ermənilərin Şuşa məscdinin bərpası məsələsinə, onlar bunu etməklə Azərbaycana və beynəlxalq aləmə mesaj göndərməyə çalışırlar ki, "Şuşanı heç bir halda boşaltmayacaqlar”, tam əksinə, bu şəhərdə erməniləşdirmə siyasətini gücləndirəcəklər. Bərpa olunmuş məscid onlara bir simvol olaraq lazımdır ki, Şuşada erməni kilsəsi ilə bərabər məcsid də var. Erməniləri "bəs bu məcsiddə kim ibadət edəcək” sualı maraqlandırmır, bu sualın cavabını onlar sonraya saxlayıblar, hətta imkanları olsa İrandan Şuşa məcsidinə bir axund da təyin edərdilər.


Azərbaycan XİN işğal altındakı Şuşa məscidinin təmirinə etiraz edib. Ancaq bu erməni separatçılarını bu az narahat edir. Separatçıları heç beynəlxalq təşkilatlar və ATƏT-in Minsk Qrupu həmsədrləri "işğal altındakı Şuşa məscidini hansı məqsədlə təmir edirsiniz” sualı ilə narahat etmirlər. Demək verilən və verilməyən bəyanatlarla kifayətlənmək olmaz. Biz elə alətlərdən istifadə etməliyik ki, erməni separatçıları özlərinə aid olmayan və heç zaman yaşamadıqları torpaqlarda məscid bərpası, köçürmə və müəssisələrin açılması siyasətindən imtina etsinlər. Bu alətləri işə salmasaq işğal altındakı bölgələrdə erməni təxribatlarının qarşısını almaq çətin olacaq"./Demokrat.az

Son xəbərlər

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bu vitaminlər həyat üçün təhlükə yarada bilər

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə xəbərdarlıq - VİDEO

"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini istifadəyə verib

Dostlarınız sizə zərər verə bilər - Bürclər nə deyir?

Azərbaycanda dollar bahalaşa bilər? - AÇIQLAMA

ABŞ Senatında Ukrayna və İsrailə yardımla bağlı konsensus əldə olunub

Akademik Zərifə Əliyevanın anım günüdür

Sudanda münaqişə ərzində 13 mindən çox insan həyatını itirib

ABŞ İsraili müdafiə etməyə hazırdır - Lloyd Ostin

"Sülh müqaviləsinin imzalanmasında maraqlıyıq” - Tokayev

Nazir Ermənistanın mədəni irsimizi məhv etməsindən danışdı

Büdcə pulları YOXA ÇIXIR... başçının umrunda da deyil... - AXI NİYƏ?

Oğluna 120 min dollarlıq maşın alan, bacısı oğluna vəzifə verdirən müavin yenidən gündəmdə - İLGİNC

Minlərlə taksi şoferini işsiz qoyan üç məmur üzə çıxdı

Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi - DETALLAR

Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb

Bütün xəbərlər