Gündəm

MUMtv.az: -  “Hacı” ləqəbli Məhərrəm Novruzovun qaranlıq əməllərindən ötən reportajımızda qısa bəhs etmişdik. Material Reallıq TV də yayımlanandan sonra Məhərrəm Novruzovun rəhbəri olduğu “Bağçalı Evlər” şirkətinin Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş 93” yaşayış kompleksindən redaksiyamıza çoxlu məktublar daxil omaqdadır. Qurtuluş 93 – də tikilən binaların “Bağçalı evlər” şirkətinə məxsus olması və satılan evlərə sahiblənən vətəndaşların aldadılması ciddi narazılığa səbəb olub. Belə ki, şirkət rəhbəri Məhərrəm Novruzov evləri vətəndaşlara satarkən onların mənzillərinin tezliklə özəlləşdiriləcəyinə və çıxarışla təmin olunacağına söz veribmiş. Lakin illər keçməsinə baxmayaraq vətəndaşlar Məhərrəm Novruzovun sözünə əməl etmədiyini və onları aldatdığını görürlər. Bununla yanaşı Qurtuluş 93 – ün rəhbəri mənzillərə təbii qazın verilməsini də həyata keçirtməkdən yayınır və vətəndaşlar qarşısında götürdüyü öhdəlikləri icra etməkdən imtina edir. Təbii qazın verilməməsi yaşayış kompleksində vətəndaşların ciddi problemlərlə üz üzə qoyub. Dəfələrlə “Hacı” ləqəbli Məhərrəm Novruzova müraciət edən sakinlər verdiyi öhdəlikləri yerinə-yetirməyi tələb etsələrdə onun cavabı eyni olub: Kim istəmir Qurtuluşda yaşamasın. Təbii qazın mənzillərə verilməməsi Məhərrəm Novruzova əlavə qazanc gətirməkdədir. Hacı qış payız və qış mövsümündə hər mənzilə görə 40 manat pul yığır və bunu verməyənləri müxtəlif üsullarla cəzalandıra bilir. Yaz və yay mövsümündə hər evdən 25 – 30 manat pul toplayan Novruzovun özəl qaydaları yaşayış kompleksinin sakinlərini bezdirib. Olunan çoxsaylı şikayətlərə və narazılıqlara Məhərrəm Novruzovun cavabı qısadır – Gedin hara şikayət edirsiniz edin. Mənim arxamda nazir dayanır. Narazılıqlara məhəl qoymayan “Hacı” Masazırdan keçən böyük neft və qaz kəmərlərinin üzərində böyük tikintilər aparmaqdadır. SOCAR şirkətinə məxsus olan həmin ərazilərdə qanunsuz tikintilərin aparılması böyük təhlükə mənbəyi olsa da Məhərrəm Novruzova “dur” deyən yoxdur. Xatırladaq ki, kəməe üzərində  tikilmiş “Xəzər Food” restoranı və digər bu kimi iaşə obyektləri hazırda fəaliyyət göstərir və onların fəaliyyəti böyük faciə ilə sonuclana bilər. Day dayısı nazir olan “Hacı”nın laqeyd münasibəti daha bir neçə insanın həyatına son qoya bilər. Biz Reallıq Tv olaraq Məhərrəm Novruzovun arxalandığı nazir day – dayısının kimliyinə növbəti araşdırmalarımızda aydınlıq gətirəcəyik. Xatırladaq ki, “Hacı” ləqəbli Məhərrəm Novruzovun fəaliyyəti daim qanunları pozmaqla müşaiyyət olunub və ölkə mediasında dərc edilən xəbərlər arasında “Bağçalı evlər” şirkətinin rəhbərinin pandemiya və karantin dövründə, hətta novruz bayramı dönəmində bəzi ailələrin dolanışığına müdaxilə etməsi halları da baş verib ki, bunun nəticəsində “Hacı”nın evinin qarşısında intihara cəhd də edilib. Məhərrəmov Novruzovun kriminal keçmişi ilə bağlı 2017-ci ildə Ukraynanın Lvov şəhərində yaşayan azərbaycanl iş adamı Nazim Qəzənfərovun mediaya açıqlamaları olmuşdu. O bildirmişdi ki, Məhərrəm Novruzov əmlakını zor gücünə qəsb edib. Onun açıqlamasında qeyd olunurdu: “Bildiyiniz kimi bir ilə yaxındır əmlakımı zor gücünə qəsb edən, onun üçün gördüyüm işlərin – tikdiyim obyekt və restoranların pulunu verməkdən imtina edən “Qurtuluş – 93” Yaşayış Kompleksinin sahibi Məhərrəm Novruzov pulla saxladığı adamları ilə birgə mənim başıma silah dayayaraq etibarnaməyə qol çəkdirib. Məni buraxandan sonra isə elə həmin gün notariusa gedib etibarnaməni ləğv etdirmişəm. İki gün sonra isə məni təkrarən tutublar, zorla pasportum və firmanın sənədləri əlimdən alaraq məcburi qaydada, silahlı təhdidlə öz maşınlarında notariusa aparıbar. Elə orada da alqı-satqı edib pulları mənimsəyiblər. Qəzənfərov daha sonra bildirir: O gündən də əmlakımın geri qaytarılması uğrunda mübarizə aparır, təzyiqlərlə üzləşirəm. Bu təzyiqlərin davamı Məhərrəm Novruzovun sifarişi ilə Azərbaycanda tikdiyim yaşayış və qeyri-yaşayış sahələrinin qarşılığında alacağım pulun kiçik bir hissəsi olaraq baş etibarnamə ilə verilən “Mersedes ML” markalı avtomobil və “Qurtuluş-93”də yerləşən üç otaqlı mənzil də əlimdən alınıb. Qardaşım Qəzənfər Qəzənfərovun işə heç bir aidiyyatı olmadığı təqdirdə Şabran polisinə, oradan da Bakıya aparılıb. Lakin mətbuatın məsələni işqılandırmasından sonra onu sərbəst buraxıblar. Məhərrəm Novruzov isə iddia edib ki, Azərbaycana valyuta gətirmək xatirinə Ukraniyada iş görmək istəyib. Bəs nə üçün o bu pulları qanuni yolla deyil, qeyri-qanuni yollarla ölkədən çıxarırdı? Əgər o dediyi pulları qanuni yolla çıxarıbsa, buyursun, ortaya sənəd-sübut qoysun”. Bildirək ki, Reallıq Tv iş adamı Nazim Qəzənfərovun söylədiyi faktları araşdırır və yaxın günlərdə həmin araşdırmanı diqqətinizə çatdıracağıq. Məhərrəm Novruzovun və yaxınlarının qanunsuz əməlləri bunlarla bitmir. // reallıq.tv


Son xəbərlər

Nazir Baş İdarənin rəisini işdən çıxardı

Paşinyanın impiçmenti ilə bağlı hakim partiyadan AÇIQLAMA

Mamayı məscidinin açılışı oldu

"Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib" - Mirzoyan

Qarabağa girişi məhdudlaşdırılıb? - DİN-dən açıqlama

Pensiya və maaşlarda artım olacaq? - AÇIQLAMA

Prezident və xanımı Üzeyir Hacıbəylinin ev-muzeyində

Prezident və xanımı Şuşada

YAP parlament seçkilərinə hazırlaşır

Gələn ay Şuşada "ASAN xidmət" mərkəzi açılacaq

Ərdoğan Amerikaya gedəcək

"Qəbzlərin ölüm təhlükəsi var" - XƏBƏRDARLIQ

Şənbə günü 25° isti olacaq

Azərbaycanda üç bədii, iki sənədli və bir cizgi filmi çəkiləcək

"Bravo"dan yemək aldı, içindən dırnaq çıxdı - ŞOK görüntülər !

Bakının bu ərazisində evlər plana düşdü: Kompensasiya nə qədər olacaq?

Azərbaycanlı İŞİD-çi qohumlara hökm oxundu - Ağır cəza

İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad - VİDEO

Veteran pulları ilə bağlı təklif: 160 manat olsun!

Maqnit qasırğası gözlənilir

Komitə sədrindən boşanmalar və erkən nikahlarla bağlı AÇIQLAMA

DİN-in rəhbər heyəti Heydər Əliyevin məzarını ziyarət etdi

İrəvan günə etirazlarla başladı - VİDEO

İlham Əliyev və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR

"Dollar və avro lazımsız valyutalardır" - Lukaşenko

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Paşinyanın istefası tələbi niyə cavabsız qalıb?

Paytaxtın iki rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

Qusarda “yaşıl soyqrım”ın xeyir-duasını Baş Nazir verib - İDDİA

Qida təhlükəsizliyimizdən OĞURLANAN MİLYONLAR... - "ƏMİN" ƏLLƏRDƏDİR...

Keşlə bazarı sökülür? - Rəsmi açıqlama

Bütün xəbərlər