Gündəm
Gündəm / Cəmiyyət
Nazir Baş İdarənin rəisini işdən çıxardı
Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsinin rəisi Adil Şirməmməd oğlu Əliyev vəzifəsindən azad edilib.
"MUMtv.az"ın Qaynarinfo-dan əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.
İdarənin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, Adil Əliyev 2014-cü ildə Səbail rayonu Badamdar qəsəbəsində qonşularının torpaqlarını zəbt etməklə gündəmə gəlmişdi.